385. Müstəhəbb ibadətlər
1752.Müstəhəbb ibadət.
Qur‘an:
«Gecənin bir vaxtı durub, ancaq sənə xas olan nafilə (müstəhəbb) namazı qıl. Ola bilsin ki, Rəbbin səni bəyənilib təriflənən bir məqama çatdırsın.»
Hədis:
6261.Allahın Peyğəmbəri (s): «Həqiqətən, qəlblərin üz tutmaları və üz döndərmələri var. Buna görə də üz tutanda müstəhəbbiləri yerinə yetirin, üz döndərəndə isə vacibləri yerinə yetirməklə kifayətlənin.»
6262.Fuzeyl: «Həzrət İmam Baqirdən (ə) «o kəslər ki, namazlarını hifz edərlər» ayəsi haqda sual soruşdum. Buyurdu: Məqsəd, vacib olan namazlardır.»Dedim: «O kəslər ki, daim namaz qılarlar» ayəsinin mə‘nası nədir? Buyurdu: Məqsəd müstəhəbb namazdır.»
1753.Vacibləri müstəhəblərdən qabağa salmaq və üstün tutmaq.
6263.İmam Əli (ə): «Heç bir vacib əməldə səhlənkarlıq, heç bir müstəhəbdə isə məcburiyyət olmamalıdır.»
6264.İmam Əli (ə): «Müstəhəblər vaciblərə ziyan vurduqda, müstəhəbləri kənara qoyun.»
6265.İmam Əli (ə): «Müstəhəblər vacib olan əməllərə ziyan vuran zaman, Allaha yaxınlaşmağa səbəb olmazlar.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild