» » » Peyğəmbərin (s) Qədir-Xum günündə söylədiyi xütbədən


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Peyğəmbərin (s) Qədir-Xum günündə söylədiyi xütbədən
0
Müəllif: Fatimə Nuri Xuda | 29-03-2016, 16:00 | Baxılıb: 682
 
 
Peyğəmbərin (s) Qədir-Xum günündə söylədiyi xütbədən

◘Qədir-xum günü həzrət Peyğəmbərin (s) göstərişinə əsasən onun üçün hazırlanmış minbərə qalxıb xütbə oxudu. Xütbə əsnasında əlli dəfədən artıq camaata xitab edib vilayət, Həzrət Əlinin (ə) canişinliyi, xilafətə tə`yin olunması barədə onlara göstərişlər verdi və bu məsələlərdə çoxlu tə`kid edib bu məsələni onlara tamam-kamal çatdırdı. İndi biz o həzrətin (s) misilsiz və qiymətli sözlərindən bə`zilərini sizə təqdim edirik:
◘Ey camaat! Allah onu (Əlini (ə)) sizə rəhbər tə`yin edib. Ona itaət etmək ənsar, mühacir və tabeindən olan saleh əməl sahiblərinə, şəhərli və kəndli, ərəb və əcəm, azad və qul, kiçik və böyük, ağ və qara dərili və yeganə Allaha sitayiş edən hər kəsə vacibdir. Onun hikməti rəvan, danışığı haqq, fərmanı itaət olunmalıdır. Onunla müxalifət edən məl`undur. Ona itaət edən Allahın rəhmətinə qovuşar.
◘Ey camaat! Bura mənim dayanacağım axırıncı yerdir. Eşidin və itaət edin. Öz Pərvərdigarınızın fərmanı qarşısında baş əyin. Allah sizin yeganə mə`budunuz və yeganə rəbbinizdir. Ondan sonra itaət olunmalı kəs onun elçisi Məhəmməddir (s). Məndən sonra itaət olunmalı şəxs isə Əlidir. O sizin vəliniz, rəhbəriniz və imamınızdır. İmamət nəsli Qiyamətə qədər mənim nəslimdən və onun övladlarındandır. Allahın halal etdiklərindən başqa halal və Onun haram etdiklərindən başqa haram yoxdur.
◘Ey camaat! Allah bütün elmləri mənə öyrətmiş, mən də Allahın mənə öyrətdiyi bütün elmləri Əliyə öyrətmişəm.
◘Ey camaat! Əli (ə) barədə yolunuzu azmayın, ondan uzaq düşməyin və dediklərindən üz döndərib ona qarşı itaətsizlik göstərməyin.
◘Ey camaat! Allahın onu üstün tutduğu kimi siz də üstün tutun və onu tanıyıb qəbul edin. Çünki onu Allah seçib tə`yin edib.
◘Ey camaat! Bilin ki, o, Allah tərəfindən tə`yin olunmuş bir imamdır. Buna görə də Allah onun vilayətini inkar edənləri bağışlamaz və heç vaxt onların bu günahlarından keçməz!
◘Ey camaat! Allah bu fəzilət və üstünlüyü mənə əta edib və bunun vasitəsi ilə mənə minnət qoyub və mənə ehsan edib.
◘Ey camaat! Əlini yüksək tutun və ona ikram edin. O məndən sonra bütün insanlardan – istər kişi olsun, istərsə də qadın - üstündür. Allah bizim vücudumuzun bərəkətinə görə məxluqatına ruzi verir və onları saxlayıb yaşadır.
◘Ey camaat! Bilin ki, o, "Cənbillah”dır. (yə`ni, onun vilayətini qəbul etmək, Allaha itaət və bəndəlikdir). Allah-təala Öz nazil etdiyi kitabda buyurur: 
[”Cənbillah” barəsində etdiyim səhlənkarlıqlara görə vay halıma!]
◘Ey camaat! Qur`an üzərində dərindən düşünün, onun ayələrini dərk edin, onda olan möhkəm ayələrə nəzər salın və mütəşabih ayələrin ardınca getməyin. And olsun Allaha! Mənim əlindən tutduğum kəsdən başqa (yə`ni, Əlidən (ə) başqa) kimsə sizə Allahın nəhy etdiklərini bəyan etməz və həmin ayələrin düzgün izahını verə bilməz.
◘Ey camaat! Əli (ə) və nəslimdən olan pak imamlar "siqli-əsğər” (yə`ni, çox böyük dəyərə malik olan kiçik əmanət) və Qur`an isə "siqli-əkbər”dir (yəni, çox böyük dəyərə malik olan böyük əmanət). Bunların hər biri digərindən xəbər verir. Bunların heç biri Behiştdəki Kövsər Hovuzunun yanında mənə qovuşanadək digərindən ayrılmaz.
◘Ey camaat! Əli (ə) mənim qardaşım, vəsim, elmimin varisi, məndən sonra ümmətim arasında və Allahın kitabının təfsirində mənim canişinimdir. Allahın fərmanına əsasən deyirəm: "İlahi, onunla dost olanla dost, düşmən olanla da düşmən ol!”
◘Ey camaat! Bilin ki, Allah sizin dininizi Əlinin (ə) imaməti ilə kamil etdi. Kim ona və onun mənim nəslimdən olan övladlarına iqtida etməsə və onları öz imamı kimi qəbul etməsə, o həmin kəslərdən olacaq ki, onların əməlləri batil və özləri də e`tibardan düşmüş kəslərdir.
◘Ey camaat! Əli (ə) mənə sizin hamınızdan artıq kömək edib və mənim üçün sizin hamınızdan daha yaxın və daha layiqlidir. Mütəal Allah da, mən də ondan çox razıyıq.
◘Ey camaat! O, Allah dininin yavəri, Allah rəsulunun müdafiəsindən ötrü döyüşçüdür. O, pak təqvalı və hidayət olmuş hidayətçidir. Sizin peyğəmbəriniz (s) peyğəmbərlərin ən üstünü, Əli (ə) vəsilərin ən üstünü, onun mənim nəslimdən olan övladları da canişinlərim və imamların ən üstünüdür.
◘Hər bir peyğəmbərin canişinləri onun öz sülbündəndir. Mənim canişinlərim isə Əlinin sülbündəndir.
◘Ey camaat! Bilin ki, İblis Adəmi həsəd üzündən Behiştdən çıxardı. Elə isə Əliyə (ə) həsəd aparmayın. Əgər belə etsəniz, əməlləriniz batil olar və hədərə gedər, qədəmləriniz titrəyər.
◘Ey camaat! Allaha, Onun peyğəmbərinə və nazil etdiyi Nura iman gətirin!
◘Ey camaat! Mən sizi qorxudub çəkindirirəm. Mən Allahın sizin üçün göndərdiyi elçisiyəm. Məndən öncə də peyğəmbərlər gəlib getmişdir. Məgər ölsəm yaxud öldürülsəm keçmiş cahiliyyətinizə gerimi dönəcəksiniz?
◘Ey camaat! Müsəlman olduğunuza görə Allaha minnət qoymayın, yoxsa Onun sizə qəzəbi tutar və sizə əzab göndərər. Həqiqətən, Allahın əzabı günahkarların püsqusundadır.
◘Ey camaat! Məndən sonra sizə elə kəslər rəhbərlik edəcək ki, sizi ona tərəf də`vət edib, Qiyamət günü də sizə heç bir kömək etməyəcəklər.
◘Ey camaat! Allah da, mən də həmin rəhbərlərə nifrət edirik.
◘Ey camaat! Onlar, onların tərəfdarları, ardıcılları və dostları Cəhənnəmin ən dərin qatlarına yuvarlanacaqlar.
◘Ey camaat! Mən imamət və xilafəti özümdən sonra sizin aranızda Qiyamət gününə qədər irs və əmanət olaraq qoyub gedirəm. Mən sizə çatdırmaqdan ötrü mə`mur olunduğum vəzifəmi yerinə yetirdim. Burada olanlar bunu qaib olanlara çatdırsınlar.
◘Ey camaat! Allah, Onu, ayələrini, hökmlərini inkar etmələri üzündən hər bir abadı bərbad edər. Allah sizin vəlinizdir. Bunlar onun və`dələridir. Allah və`d etdiyi hər bir sözdə haqlıdır və və`d etdiyi hər bir sözünə də vəfa edər.
◘Ey camaat! Sizdən öncə bir çox ümmətlər yollarını azdılar. Allah da onları məhv etdi. Allah keçmişdəkiləri də, gələcəkdəkiləri də məhv etməyə qadirdir.
◘Ey camaat! Cənnətlə cəhənnəm arasında təfavüt çoxdur. Bizim düşmənlərimiz Allahın lə`nət etdiyi kəslərdir. Dostlarımız da Onun sevdiyi kəslərdir. 
◘Ey camaat! Bilin ki, mən peyğəmbərəm, Əli isə mənim vəsim, canişinimdir. Agah olun ki, axırıncı imam olan Həzrət Məhdiyyi-Qaim də (ə) bizdəndir.
◘Ey camaat! "Həcc”, "Səfa”, "Mərva” və "Ümrə” ilahi mərasimlərdəndir. Hər kəs Həcc, yaxud Ümrə  ziyarətini yerinə yetirsə, iki dəfə təvaf etməyinin heç bir eybi yoxdur.
◘Ey camaat! Allah evinin həcc ziyarətini yerinə yetirin. Bu ziyarəti yerinə yetirən elə bir yoxsul yoxdur ki, sonradan dövlətli olsun və  bu ziyarətdən üz döndərən elə bir imkanlı şəxs yoxdur ki, sonradan fəqir və yoxsul olsun.
◘Ey camaat! Həcc mərasimi zamanı Ərəfatda dayanan elə bir mö`min yoxdur ki, Allah onun bütün keçmiş günahlarını əfv edər və həcc mərasimi bitdikdən sonra onun əməlləri yenidən yazılmağa başlayar.
◘Ey camaat! Hacılara kömək olunar, onların çəkdikləri xərclərin hamısı ödənilər. Allah yaxşı əməl sahiblərinin səylərini zay etməz.
◘Ey camaat! Həcc ziyarətini düzgün din, fəhm və biliklə yerinə yetirin və bu ziyarəti yerinə yetirərkən müqəddəs məkanlardan tövbə və günahlardan qayıtmaqla geri dönün.
◘Ey camaat! Allahın sizə buyurduğu kimi namaz qılın və zəkat verin. Əgər, müddət sizin üçün uzun olsa, ya səhlənkarlıq etsəniz, yaxud da unutsanız, Əli sizin rəhbəriniz və (dini məsələləri) açıqlayanınızdır.
◘Ey camaat! Sizi hidayət etdiyim hər bir halal və çəkindirdiyim hər bir haram olduğu kimi qalır. Mən onların heç birini əvəz etməmişəm. Agah olun ki, əmr be mə`rufun başı budur ki, mənim nə dediyimi biləsiniz, onu eşidib-bilməyənə çatdırasınız, ona həmin sözü qəbul etməsini göstəriş verəsiniz və onu bu sözlə müxalifət etməkdən çəkindirəsiniz.
◘Ey camaat! Qur`an sizə imamətin Əlidən sonra onun övladlarına çatacağını bildirir. Mən sizi agah etdim ki, onlar mənim və Əlinin nəslindəndir. Allah-təala buyurur:
[Onu nəslində həmişəlik bir söz qərar verdi.]
Mən də sizə deyirəm həmin bu iki şeydən (Qur`an və itrətdən) yapışsanız, heç vaxt yolunuzu azmazsınız.
◘Ey camaat! Təqva! Təqva! Qiyamətdən qorxun. Allah buyurur: 
[Həqiqətən, Qiyamətin zəlzələsi çox böyük və dəhşətli bir şeydir.]
◘Ey camaat! Sizin sayınız çoxdur və hamınız bir-bir gəlib bey`ət edə bilməzsiniz. Allah-təala mənə göstəriş verib ki, sizdən Əlinin və ondan sonra onun mənim nəslimdən olan övladlarının mö`minlərin rəhbəri və xilafətin canişinləri olmağını dildə iqrar etməyinizlə söz alım. Elə isə, siz də hamılıqla deyin: "Biz eşitdik və itaət edirik.”
◘Ey camaat! Nə deyirsiniz? Bəs, elə isə, Allah hər bir gizli səsdən və nəfəsdən də agahdır. Hər kəs hidayəti seçsə, onun öz xeyrinədir və hər kəs də zəlaləti seçsə, öz zərərinədir. Hər kəs bey`ət etsə, Allaha bey`ət edib: 
[Allahın (qüdrət) əli onların əllərinin üzərindədir.]
◘Ey camaat! Allahdan qorxun, Əli, Həsən, Hüseyn və digər imamlarla bey`ət edin.
◘Ey camaat! Sizə dediklərimi deyin, Əliyə "əmirəlmö`minin” kimi salam verin və deyin: "Eşitdik və itaət etdik. Pərvərdigara, bizi bağışla, axır dönüş Sənədir. Həmd olsun Allaha ki, bizi hadayət etdi. Əgər Allah bizi hidayət etməsəydi, yolu tapmaz və hidayət olmazdıq.”
◘Ey camaat! Həqiqətən, Əliyyibni-Əbutalibin (ə) fəzilətləri Allahın sizə nazil etdiyi Qur`anda kifayət qədər bəyan olunub.
◘Ey camaat! Hər kəs Allaha, Onun rəsuluna, Əliyə və sair imamlara itaət etsə, həqiqətən də böyük bir hidayətə, böyük bir nicata nail olmuşdur.
◘Ey camaat! Ona ilk öncə bey`ət edənlər, onu sevənlər, ona "Əmirəl-mö`minin” kimi salam verənlər nicat tapacaq və ne`mətlərlə dolu olan behiştlərdə olacaqlar.
◘Ey camaat! Allahın sizdən razı olmasına səbəb olacaq sözü deyin. Əgər yer üzərində olan insanların hamısı kafir olsalar, Allaha heç bir ziyan verə bilməzlər. İlahi, mö`min və mö`minələri bağışla və kafirlərə qəzəb et! Həmd olsun aləmlərin rəbbinə!”
Bu zaman hamı Peyğəmbərin (s) çağırışına cavab olaraq bir ağızdan uca səslə dedi: "Bəli, eşitdik və Allahın, Onun Rəsulunun (s) göstərişinə qəlbimiz, dilimiz və əllərimizlə itaət edirik.”
 
 
Kitabın adı: Nəsihətlər (On dörd məsumun (ə) buyurduqları və min bir hikmətli söz)
Müəllif: Ayətullah Meşkini

 
 
Bölmə: Hədislər / Hədislər-yazılı
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.