Bağışlayan və mehriban Allahın adı ilə
İlham olundu yenə,aldım qələm əlimə,
Gözəl zikrin Əli can,töküldü bu dilimə.
Səni Qurandan sordum,dedi:Rəsulun özü,
Bu cümlədə toplanmış fəzilətləri sözü.
Yenə soruşdum səni dedi "təthit"ayəsin,
"Təfsiridir Mürtəza məndəki hər ayənin"
"Dedim"varmı başqa söz?"Dedi"olmadı təsdiq?
Mən oxunan Quranam,odur Qurani-natiq.
Səni İslamdan sordum,Dedi:"Dinin dirəyi,
Əlinin vilayəti,dindarlığın gərəyi"
Rəsuldan sordum dedi:"Sonsuz dəryadır Əli!
Mən kimin mövlasıyam,ona Mövladır Əli"
Mən və Əli əzəldən ilahi bir nur idik,
"Ələstu"sualaına,ilk təsdiqi biz verdik.
Mən elmlər şəhriyəm,Əli onun qapısı,
Mən həqiqət mülküyəm Əli onun qazisi.
Dünya tufanıə dərya,mənsə nicat sahibi,
Sahilə çatdırılacaq gəmi,yalnız Əlidir Əli.
Bu ümmətin atası məməm,həm də ki,Əli,
Möminlərin cəminə odur xəlifə,vəli.
Əmiri aləm mənəm,Bayraq Əli əlində,
Cənnətlə od bölgüsü ancaq Əli əlində.
Düşmənliyi nifaqdır,imandır məhəbbəti,
Söylə Əli düşməni,gözləməsin Cənnəti.
Zəhraya dedim ki,bəs,Əlini mənə vəsf et.
Dedi:"Bizdə birləşib iki bəhri həqiqət.
Bu görüşdən doğubdur ON BİR DÜRRÜ İMAMƏT.
Beləcə təkmil olub mənzumeyi-vilayət"
Səni Həsənə sordum,dedi:"Hüsnümdür Əli"
Hüseynə sordum,dedi:"Sirrimdir onda gizli."
Kəbəyə sordum səni,"Əli oğlumdur"dedi.
Onun gözü eynullah,Əlidir Allahın əli,
Bütlər yerə sərildi Yədullahın əliylə.
Sirlər aşikar oldu,haqq söyləyən diliylə,
Cəbrayıla sordum,dedi: LA FƏTA İLLA ƏLİ.
Həm mənim,həm aləmin əmiri Mövla Əli,
Birdə Zülfüqardan sordum bu dəfə səni.
Dedi:"Zülfüqar edən Əli əlidir məni,
Ağlıma sordum səni,Dedi:"Şaşqınam fəqət"
Əqli divanə edən,onun eşqidir,əlbət,
Könlümə sordum səni,Dedi:"Qürurum Əli".
Səni arifdən sordum,Dedi:"Ürfandır Əli!"
Səni möminə sordum,dedi:"İmandır Əli!".