Haqq Əlinin aşiqi Əli haqqın sədasıdır,
Mən kimin mövlasıyam Əli onun mövlasıdır.
Qadir Allah əmrini izhar edib hikmətinən,
Rəhmətən lil aləmin tutdu əlin hörmətinən,
Qaldırıb əllərini haqqa tərəf qüdrətinən,
Mən kimin mövlasıyam Əli onun mövlasıdır
Hüccətim oldu tamam möminlərə rəhbər odur,
Fatehi - Xeybər odur, haqqa vətənpərvər odur,
Qəm günündə pasiban ol saqeyi - Kövsər odur,
Mən kimin mövlasıyam Əli onun mövlasıdır.
Haqq Rəsuləllah mənəm şahidəm Allah sözünə,
Nur məlaik, insi - hura heyran olmuş özünə,
Axdı göz yaşı müdam baxdı Əlinin üzünə,
Mən kimin mövlasıyam Əli onun mövlasıdır.
Əli möminlərə can, abi - həyatın özüdür,
Möminlərə bilərsiniz Əli, abi - Həyatın özüdür,
Əlinin hər sözü Allah - Rəsuləllah sözüdür,
Əli Allahın əli, Əli Allahın gözüdür,
Mən kimin mövlasıyam Əli onun mövlasıdır.
Çeşmi nurim Fatimə həm Həsəneynimdir mənim,
Ayeyi - Təthirə bürhan Səqəleynimdir mənim,
Eyləməz fərq sizə əsla Əli eynimdir mənim,
Ona ədavət edən yolun azar zülm eyləyər,
Kin - küdurət möminin əməllərin kül eləyər,
Əlinin eşqi susuz səhraları gül eləyər,
Mən kimin mövlasıyam Əli onun mövlasıdır.
Ona ədavət edən yolun azar zülm eyləyər,
Kin - küdurət möminin əməllərin kül eləyər,
Əlinin eşqi susuz səhraları gül eləyər,
Mən kimin mövlasıyam Əli onun mövlasıdır.
Sev Əlini sevəni ya Rəbb özün rəhmət elə,
Ona düşmən olana düşmən olub nifrət elə,
Fərəcin acil elə, Məhdi gələ hörmətilə,
Nuri, zikr et gecə - gündüz eşqilə, izzətilə,
Mən kimin mövlasıyam Əli onun mövlasıdır.