[quote][/quote]
Əli kimdir?
Əli ol kəsdi ki ondan, günəş nurun alır hər an.
Əli bir şəxsidir vəsfin, edibdir Xaliqi-Sübhan.
Əli haqqdır, Əli pakdır, Əlidir kamili Quran.
Hər insan zikr edər ismin, əgər bilsə Əli kimdir.
Tapar
xoşbəxtlik, hürriyyət, bəşər bilsə Əli kimdir.
Əli kimdir?
Əli haqqa vəfadardır,Əlidir Allaha bəndə.
Demiş şənində Peygəmbər, Əlidir haqq nümayəndə.
Bəşər bilsin səadət tək, Əli can səndədir səndə.
Bir özgə rahə heç etməz,nəzər bilsə Əli kimdir.
Dünşünmə getdiyi yoldan,dönər bilsə Əli kimdir.
Əli kimdir.
Əli rəmzi şücaətdir, Əli taci İmamətdir.
Əli rahi ədalətdir, Əli şahi qəzavətdir.
Əli Allah deyil amma, Əlisizlik zəlalətdir.
Əbuzər Salman həm Miqdad qədər bilsə Əli kimdi.
Bu dünyadan edər aşiq, həzər bilsə Əli kimdir.
Əli kimdir.
Əli dəryayi ziynətdir, bəşər dərya odur gövhər.
Əlidir həmdəmi Zəhra, Əli damadı Peygəmbər.
Əlidir fatehi Xeybər, Əlidir saqeyi Kövsər.
Verib Peygəmbəri Xatəm, xəbər bilsə Əli kimdi.
Səadət axtaran şəxsə, yetər bilsə Əli kimdir.
Əli kimdir.
Odur tərifi əlaya, tamam layiq olan bəndə.
Odur aşiq olan bəndə, odur sadiq olan bəndə.
O kəsdən söz dedin Rüstəm, ona aşiq olan bəndə.
çəkərmi damənindən əl, məgər bilsə Əli kimdi.
Səadət axtaran şəxsə, yetər bilsə Əli kimdir.