Yer yoğikən, gök yoğikən var olan,
Ərş yüzündə qəndildəki nur olan,
Gahi mərkəz olub, gahi gen olan,
Əlidir, Şahi - Mərdan Əlidir.

Al qırmızı geyüp küffarı qıran,
Dutup əjdərhanın ətrafın dolan,
Qəvvaslığ eyləyüp mühiti bulan,
Əlidir, Şahi - Mərdan Əlidir.

Yolda Muhammədin xatəmin alan,
Peygambər vasisi musahip yaran,
Təri qətrə ilə ziramə ərən,
Əlidir, Şahi - Mərdan Əlidir.

İbrahimə, Davut, Musaya əsa,
Beyli xəndan olup şirnüma isə,
Keşişi dirildif girən atəşə,
Əlidir, Şahi - Mərdan Əlidir.

Çar məlunun gördügünü seyr edən,
Məğribdən top atıp məşriqdən tutan,
On səkkiz min aləmləri var edən,
Əlidir, Şahi - Mərdan Əlidir.

Pir Sultanın dərdinə dərman qılan,
Cümləyi məst edib sevdaya salan,
Babi - şəhri- elmin sahibi olan,
Əlidir, Şahi - Mərdan Əlidir.

Müəllif: Vəli Pir Sultan Abdal