Bəndələr bəndəlik etmək istəmir,
Can verən Allaha hörmət bəstəmir,
Haqqa dəstək olub, zülmü pistəmir.
Bu nə dövran, bu nə gündü İlahi?
Gövdəli ağaclar toxmun unudub,
Tanrı çox ağacı sonda qurudub,
Allahla döyüşdə hamı uduzub.
Bu nə üsyan, bu nə səhvdi İlahi?
Qarışqaya döndər bütün dünyanı,
Sadəliyin çatsın bizə anlamı,
Min bəlayla imtahan et insanı.
Bu nə qürur, bu nə kindi İlahi?
Günəş, ayda xidmət edir insana,
Təmiz hava gəlir girir bu cana,
Qol qoymayır yenə insan vicdana.
Bu nə şüur, bu nə candı İlahi?
Haqqın səsin elə kəsin deyirlər,
Günah, küfrə yönəlibdir meyillər,
Haqqa üsyan edib, qəddin əyirlər.
Bu nə zülm, bu nə qandı İlahi?
İçimi yandırır Səni dananlar,
Səni saymayanlar, Səni satanlar,
Sən ruh üfürdüyün bax bu insanlar.
Nə demək istəyir görən İlahi?
Bu nə küfr, bu nə şirkdi İlahi?
Biz Nuha çox zülm verdik boğulaq,
Salehin dəvəsin kəsdik qırılaq,
Musa üçün firon olduq, bayılaq.
Bu nə xidmət, bu nə qəsdi İlahi?
Əlacımız olsa Səni danarıq,
Bütün taxt-tacına sahib çıxarıq,
Tükənməz nəfsimiz yenə umarıq.
Bu nə məxluq, bu nə ruhdu İlahi?
Dünyanın ağası, Sultanı Odur,
Cahanın bənnası, quranı Odur,
Bir sifətdə sonsuz sima yaradır.
Bu nə qüdrət, nə qələmdi İlahi?
Hikmət üzündəndir onun işləri,
Tükənmək bilməyir, heç bəxşişləri,
Vurub hər zərrəyə gül nəqşləri.
Bu nə bəzək, bu nə xaldı İlahi?
İtaət bəndəyə şərəf gətirər,
Qəlbində hikmətdən güllər bitirər,
İnsanı ucaldar, haqqa yetirər.
Bu nə sirrdi, nə səfadı İlahi?
Sən gəl Rəhman, Quran deyən bəndə ol,
Doğru yolda, doğru olan dində ol,
Rəbbin haqdır, səndə haqq tərəfdə ol.
Bu nə seçim, bu nə yoldu İlahi?
Qədəm götür Tanrı üçün evinə,
Səni görüb uca Tanrı sevinə,
Gətir tövbə zikrin, o lal dilinə.
Bu nə sükut, bu nə dildi İlahi?
Bizdən haqqı demək, Rəbbdən hidayət,
Şərab, qumar, Allah üçün cinayət,
Şeytan edər qəlbə şirklə sirayət.
Bu qəflət bu nə xamdı İlahi?
Səni doğma əllər qəbrə uzadar,
Ata, Ana, dostlar səni unudar,
Günah, səhvin ruhla, qəbrin qaraldar.
Bu nə cəza, nə hesabdı İlahi?
Fuad nəfsə etibar yox amandı,
Bu atəşdən qurtuluş tək imandı,
Kəfən götür, gedək dünya yalandı.
Bu nə sərvət, bu nə sondu İlahi?
İslamaDogru.Biz