Ey qəflət içində yatan insan, belə getməz!
Ey küfrə bürünmüş içi şeytan, belə getməz!
Bir gün alacaqlar verilən ruhu bədəndən,
Ya qismət ola, olmaya bir parça kəfəndən,
Tək-tək olacaq sorğu-sual qəbirdə səndən,
Bəsdir daha gəl eyləmə nöqsan, belə
getməz!
Ey qəflət içində yatan insan, belə getməz!
Ey küfrə bürünmüş içi şeytan, belə getməz!
Ey həcci ziyarət eliyən sahibi-dövlət,
Vardırsa kasıb bəndələrin də sənin əlbət,
Sən yağlı yesən amma kasıb çəksə əziyyət,
Qusdurmalıdır Tanrı sənə qan, belə getməz!
Ey qəflət içində yatan insan, belə getməz!
Ey küfrə bürünmüş içi şeytan, belə getməz!
Bir məmmədəminçün kasıba tənə edirsən,
Amma bədəni çılpağa dollar da verirsən,
Əslində yetim həqqini zülm ilə yeyirsən,
Bir gün qalacaq xanəsi viran, belə getməz!
Ey qəflət içində yatan insan, belə getməz!
Ey küfrə bürünmüş içi şeytan, belə getməz!
Ey qızları pozğunluğa vadar edən ərkək,
Gəl qeyrətə, mundar əməlindən daha əlçək,
Qoyma bu könül mülkünə tor qursun
hörümçək,
Bir gün olacaqsan axı peşman, belə getməz!
Ey qəflət içində yatan insan, belə getməz!
Ey küfrə bürünmüş içi şeytan, belə getməz!
Həzrət Əli təqvalı olub, sən nə edirsən?
Öz eşqinə sevdalı olub, sən nə edirsən?
Hər bir sözü mənalı olub, sən nə edirsən?
Boş-boş danışırsan elə dastan, belə getməz!
Ey qəflət içində yatan insan, belə getməz!
Ey küfrə bürünmüş içi şeytan, belə getməz!
Dillərdə gəzir ayə, əməllərdə əsər yox,
Əmr etməyə arvadlara heç bizdə hünər yox,
İslamın adından savayı indi xəbər yox
Ey təkcə adın dildə müsəlman, belə getməz!
Ey qəflət içində yatan insan, belə getməz!
Ey küfrə bürünmüş içi şeytan, belə getməz!
Döndər başını bax dala gör bir nələr oldu,
Firon kimi insanlara dünya zəhər oldu,
Çox şahlıq edənlər dönüb axır nökər oldu,
Dünyaya edən canını qurban, belə getməz!
Ey qəflət içində yatan insan, belə getməz
Ey küfrə bürünmüş içi şeytan, belə getməz!
İnsan daha bəsdir, bu cinayətlərə son qoy,
Töhmətlərə, böhtanlara, qeybətlərə son qoy,
Bidətlərə, rüşvətlərə, şəhvətlərə son qoy,
Gər etsə nəzər Xaliqi-Sübhan, belə betməz!
Ey qəflət içində yatan insan, belə getməz!
Ey küfrə bürünmüş içi şeytan, belə getməz!
İnsanlar azıb amma xəta yox bu zamanda,
Allah buyurub hər şeyi hikmətli "QURAN”da,
Səbr eylə Rasim naümid olma bu cahanda,
Axır gələcək Sahibi-dövran, belə getməz