İlahi dərgahdan kömək dilərik.
Müqəddəs sevgi, məhəbbət, istək,
Bağlarıq sidqi-qəlb Tanrıya iman,
Gözlərik səni ya Sahib-Zaman!
Bu var-nemətə şükür edək, şükür,
Haqqın yoluyla yol gedək, şükür,
Haqqı izləyək, haqq güdək, şükür,
Zikr edər ülvi niyyəti, insan,
Gözlərik səni ya Sahib-Zaman!
Tanrı möcüzə göstərsə belə,
Əfv söyləyib, gətirməz dilə.
Düşmən kəsilib bülbülə, gülə,
Eyləyib günah yaxşıya yaman,
Gözlərik səni ya Sahib-Zaman!
Sənsən aləmin hüccətullahı,
Zaman qüvvəsi, qüdrətullahı!
Övladı-Rəsul mürvətullahı,
Hökmü-ədalət bərqərar fərman,
Gözlərik səni ya Sahib-Zaman!
Qiyam-qiyamət, hesab sənlədir,
Səbr, dözümə sirab sənlədir.
İlahi eşqi-mehrab sənlədir,
Ümid, axirət-zamana güman,
Gözlərik səni ya Sahib-Zaman!