Günəş sönməz
+5
Müəllif:
Zumral | 9-01-2014, 07:34 | Baxılıb: 1 587
Inanırıq, Günəş sönməz!
Tarixə qanla yazıldı,
Dünya ondan ibrət aldı,
Görünməmiş bir şücaət,
Görünməmiş bir cəsarət,
Nə qədər ki, dünya durur,
Bu mərasim bitməyəcək.
Haqq yolunda o tökülən,
Qızıl qanlar itməyəcək.
İnsan qıyar öz canına,
Ancaq qıymaz övladına.
Gör nə ürək sahibiydi,
Haqqın necə aşiqiydi.
Yetmiş iki şəhid verdi,
Övladları başda getdi.
Verdi sərvər qardaşını,
Yaydı haqqın sədasını,
Verdi körpə balasını.
Din yolunda üsyan etdi,
Nəyi varsa qurban etdi.
Girdi hünərlə meydana,
Oxlar sancıldı gül cana.
Sübüt etdi aşiq nədir,
Onun eşqi göylərdədir.
Heyrətə gəldi fələklər,
Ah-fəğan etdi mələklər.
Tanrım ona alqış dedi,
Cənnətin sərvəri etdi.
Axdı Fərat yana-yana,
Suları döndü al qana,
Necə qıydılar bu cana.
Bir içim su vermədilər,
Zülmü ərşə dirədilər.
Yer-göy ağladı Hüseynə,
Lənət oxuyub düşmənə.
Zənn etməyin İmam öldü,
İnanmarıq günəş söndü.
İmam Hüseyn qəlblərdədir.
Biz anladıq iman nədir,
O, yaşatdı dinimizi,
O, fəth etdi qəlbimizi.
Quran yanmaz, Hüseyn ölməz,
Onlar haqqın işığıdır,
İnanırıq, Günəş sönməz!
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.