Aşura mərsiyyəsi
Ya Hüseyn aşiqləri,bəzmi-əza gündür bugün,
Dini-İslam eşqinə gün rəhnümə günüdür bugün
Kim tutar bu gün əgər əhli-beyt əzasını,
Kim qoşar səsin səsə, o göstərər vəfasını.
Ruzi-məhşərdə alar Şühadədən şəfasını,
Çünki hər ahu-zarə dərdə-dəva gündür bugün,
Dini-İslam eşqinə gün rəhnümə gündür bugün
Yer üzü,həm göyü üzü qarə sızlar belə,
Yalvarıb xilqət, üzü yarə tutub sızlar belə.
Cüt gözündən axan yaş qarə tutub sızlar belə,
Hürtəza gündür bugün, həm Müctəba gündür bugün,
Ya Hüseyn aşiqləri, bəzmi-əza gündür bu gün,
Ya Hüseyn aşiqləri, bəzmi-əza gündür bu gün.
Qurban etdi canını, əhli-əyalı-yarınu,
Ehsan etdi mülkünü, həm yoxun, həm də varını,
Eşqi-canan xətrinə verdi tam ixtiyarını,
Yarı-ənsarla edən canlar fəda gündür bu gün,
Ya Hüseyn aşiqləri, bəzmi-əza gündür bu gün.
Verdi canın sibhi-Peyğəmbər-Əkbərinə,
Teşnə, tifil qundağda, hülqü oxlanan Əsğərim
Əbbası-Ələmdarın, Ovnu-Qasimi-Cafərin,
Həqq işə səslər salan haqq basədə gündür bu gün.
Ya Hüseyn aşiqləri, bəzmi-əza gündür bu gün.
Fatimə gələr ağlar, həm də peyğəmbər babası,