Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Söhbət etməyin hökmləri
a) Kişinin naməhrəm qadınlarla söhbət etməsi
Məsələ: Kişilər aşağıdakı şərtlərlə naməhrəm qadınlarla söhbət edə bilərlər:
1-Ləzzət və reybə qəsdi olmasın.
2-Bu cür söhbət etməklə günaha düşülməsin.
İmam, Fazil, Məkarim: "Ürvə", "Nikah", 39-cu məsələdən istifadə etməklə.
İmam: Təhrirul-vəsilə, "Nikah", məsələ 29.
Xamenei: İstifta.
Sistani: "Minhacus-salihin", "Nikah", 29-cu məsələdən istifadə etməklə.
Fazil: " "Camiül-məsail"", cild, 1, sual 1718.
Bəhcət: Ləzzət qəsdi olmadan naməhrəm qadının səsini eşitmək caizdir. "Tovzihul-məsail", məsələ 1936.
Məsələ 170: Zərurət halı olmadan naməhrəmlə söhbət etmək məkruhdur. Xüsusilə əgər dinləyici cavan olarsa.
İmam, Fazil, Məkarim: "Ürvə", "Nikah", məsələ 39.
İmam: "Təhrir", "Nikah", məsələ 29 və İstifta.
Bəhcət: Belə ki, ləzzət qəsdi olmazsa. İstifta.
Sistani: Əgər ləzzət qəsdi və harama düşmək qorxusu olmazsa caizdir. İstifta.
Məsələ: Əgər bir kişi naməhrəmlə söhbət edəcəyi təqdirdə günaha düşəcəyini bilirsə, onunla söhbət etməməlidir. İstər qadın kişini günaha salacağı tərzdə olsun, yaxud da ki, kişinin günaha düşməyinə səbəb olan mətləb barəsində söhbət etsinlər.
İmam, Fazil, Məkarim: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.
Bəhcət: "Tovzihul-məsail", 1936-cı məsələdən istifadə etməklə.
Xamenei: İstifta.
Sistani: "Minhacus-salihin", "Nikah", 29-cu məsələdən istifadə etməklə.
Məsələ: Əgər kişi naməhrəmi haram işə salmaq məqsədi ilə onunla söhbət etsə haramdır.
İmam: "Təhrir", "Nikah", 29-cu məsələdən istifadə etməklə, İstifta.
Bəhcət, Xamenei, Fazil, Məkarim: İstifta.
Sistani: "Minhacus-salihin", 29-cu məsələdən istifadə etməklə.
* NƏTİCƏDƏ: Başqalarını şəhvətə salmaq məqsədi ilə edilən söhbətlər, misal üçün şəhvəti təhrik edən səhnələri nəql etmək və sair haramdır.
Məsələ (Sual) 173: Kişi, onunla ləzzət qəsdi ilə söh¬bət etmək istəyən naməhrəm qadınla danışa bilərmi? (Belə ki, kişi özünün günaha düşməyəcəyini bilirsə.)
Cavab: Caiz deyildir.
İmam, Bəhcət, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta.
Məsələ: Əgər kişi naməhrəmlə söhbət etdiyi təqdirdə o qadının günaha düşəcəyindən qorxursa, gərək onunla söhbət etməsin.
İmam, Fazil, Məkarim: "Ürvə", "Nikah", məsələ 39.
İmam: "Təhrir", "Nikah", məsələ 29.
Bəhcət, Xamenei, Sistani: İstifta.
Məsələ: Əgər bir kişi naməhrəmlə söhbət edəcəyi təqdirdə onu şəhvət məsələlərindən başqa bir günaha salacağını bilirsə, o qadınla söhbət etməsi caiz deyil.
İmam, Fazil, Məkarim: "Ürvə", "Nikah", məsələ 39.
İmam: "Təhrir", "Nikah", məsələ 29 və İstifta.
Bəhcət: "Tovzihul-məsail", 1936-cı məsələdən istifadə etməklə.
Xamenei: İstifta.
Sistani: "Minhacus-salihin", "Nikah", 29-cu məsələdən istifadə etməklə.
Misal üçün: Kişi bilir ki, o naməhrəmlə söhbət edəcəyi təqdirdə yalan deməyə məcbur olacaq, yaxud qeybət edəcək, yaxud töhmət vuracaq, istər qadın kişini günaha vadar etsin, yaxud da onun özü söhbət vasitəsilə bu günahlara batsın.
Məsələ: Hər kəslə və hər şey barəsində şəhvət və ləzzət qəsdi ilə söhbət etmək caiz deyildir. (Həyat yoldaşı istisnadır.)
İmam, Fazil, Məkarim: "Ürvə", "Nikah", 39-cu məsələdən istifadə etməklə.
İmam: "Təhrir", "Nikah", məsələ 29.
Xamenei: İstifta.
Sistani: "Minhacus-salihin", "Nikah", məsələ 29.
Məsələ: Kişilərin qadınları təqlid etmək səsi ilə və bunun əksinə danışmalarının hökmü nədir?
Bəhcət: Əgər fəsad olmazsa işkalı yoxdur. Əks halda, caiz deyildir. İstifta.
Sistani: Haram işə gətirib çıxarmazsa, caizdir. İstifta.
Məkarim: Haram bir işə səbəb olmazsa, misal üçün, günaha təşviş olunma, yaxud xüsusi bir şəxsə hörmətsizlik olmazsa, işkalı yoxdur. İstifta.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |