Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
QADININ QADINDAN ÖRTÜLMƏSİ
Məsələ: Qadınlar gərək öz övrəteynini digər qadınlardan örtsünlər, bədənin başqa yerlərini ondan örtmək vacib deyildir.
İmam, Fazil və Məkarim:
"Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaq.
Bəhcət və Xamenei: "İstifta.
Sistani: "Minhacus-salihin", "əhkami təxəlli", 55-ci məsələdən qabaq.
Fazil: "Camiul-məsail", 1-ci cild, Sual: 1704.
Məsələ: Əgər bir qadın başqa bir qadının ləzzət məqsədilə onun bədəninə, yaxud əlinə və ya üzünə baxdığını bilsə, vacibdir ki, öz bədənini, əlini və üzünü ondan örtsün.
İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaq.
Bəhcət: Günaha kömək etməmək qəbilindən özünün bədən, əl və üzünü örtməsi vacibdir. İstifta
* NƏTİCƏDƏ: Hamamlarda, hovuzlarda, idman, dərzi və saç düzümü salonlarında bir qadın başqa bir qadının ləzzət məqsədilə ona baxdığını görsə, dərhal özünü ondan örtməlidir.
Məsələ: Əgər bir qadın öz bədənini başqa bir qad¬ını harama salmaq məqsədilə örtməsə, bu iş haramdır.
İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaqkılardan istifadə etməklə.
Sistani: "Minhacus-salihin", "nikah", məsələ: 18; "Tovzihul-məsail", məsələ: 2444.
Bəhcət: Örtülməsi vacib olan bədənin bir hissəsinin örtülməməsi haramdır. Hətta başqası harama düşməsə də belə. Bədənin örtülməsi vacib olmayan yerlərdə harama kömək fərz olunduğu halda onun da örtülməsi vacibdir. İstifta.
Məsələ: Qadının öz övrəteynini başqa qadınlardan örtməsi vacibdir. Hətta onlar ləzzət və reybə qəsdi olmadan baxsalar da; belə ki, yalnız zərurət halı istisna olunur.
İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaqk.
İmam, Bəhcət və Xamenei: İstifta
Sistani: "Minhacus-salihin", "nikah", 18, 20 və 21-ci məsələlərdən istifadə etməklə; "Tovzihul-məsail", məsələ: 2444.
* NƏTİCƏDƏ: "Baxmaq" bölməsində qeyd olunduğu kimi, qadınlar zərurət halına çatmazdan öncə həkimin ya¬nında öz övrəteynini aça bilməzlər. Buna görə də zərurət halı olmadan hamiləliyin qarşısını almaq əgər övrəteynini həkimin qabağında soyunmağı lazım tutursa, caiz deyildir və ondan çəkinmək lazımdır, hətta həkim qadın da olsa belə.
Həmçinin qadınlar ümumi hamamlarda özlərini gözləməli və övrəteyni örtməlidirlər. Buna görə də övrəteyni tamamilə örtməyən nazik paltarın geyilməsi caiz deyildir.
Buna əsasən, bəzi radioloji şəkillərin salınması, bətndən sinoqrafiya edilməsi, bətn daxili cihazların, aparatların bətnə salınması və s. kimi – övrəteynin başqasının qabağında açılması lazım tutulan bu kimi işlər – əgər zərurət halında olmazsa, caiz deyildir və ondan çəkinmək lazımdır.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |