Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
QADININ UŞAQLARDAN ÖRTÜLMƏSİ
Uşaqlar ya müməyyizlik həddinə çatmışlar, ya da çatmamışlar:
Məsələ: Əgər uşaqlar (istər oğlan, istərsə də qız, istər məhrəm, istərsə də naməhrəm) müməyyiz həddinə çatmasalar, bədəni, hətta övrəteyni belə onlardan örtmək vacib deyil.
İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaq.
İmam, Fazil və Məkarim: "Ürvə", "nikah", məsələ: 34.
Bəhcət, Xamenei və Təbrizi: İstifta
Sistani: "Minhacus-salihin", "nikah", məsələ: 25.
Əgər müməyyizlik həddinə çatmış olsalar, ya qızdırlar, ya da oğlan:
Məsələ: Əgər müməyyiz uşaq qız olarsa qadınlar öz övrətini ondan örtməlidirlər.
İmam Fazil Məkarim "Ürvə", Sətr və satir, 1-ci məsələdən əvvəl.
Bəhcət: İstifta.
Sistani: "Minhacus-salihin", Əhkamut-təxəlli, 55-ci məsələdən əvvəl.
Əgər oğlan olarsa, ya məhrəmdir, ya da naməhrəm:
Məsələ: Əgər müməyyiz olan oğlan uşağı məhrəmdirsə, qadınlar üçün övrəteyni ondan örtməsi lazımdır.
İmam Fazil Məkarim, "Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaq.
Bəhcət: İstifta.
Sistani: "Minhacus-salihin", Əhkami təxəlli, 55-ci məsələdən qabaq.
Məsələ: Əgər müməyyiz olan oğlan uşağı naməhrəmdirsə, qadınlara, övrəteynlərini onlardan örtməyin vacib olmasından əlavə, ehtiyat-vacibə görə, gərək bütün bədəni – üz və əllər istisna olmaqla – ondan örtsünlər.
İmam: "Təhrir", "nikah", məsələ 26.
İmam: İstifta.
Bəhcət: "Tovzihul-məsail", məsələ 1937.
Sistani: Əgər naməhrəm oğlan uşağı müməyyiz olsa və qadının bədəninə baxması şəhvətinin təhrik olunmasına səbəb olduğu ehtimalı verilərsə, övrəteyni ondan örtmək vacibdir, ehtiyat-vacibə görə bütün bədən – üz və əllər istisna olmaqla – ondan örtməlidir.
Fazil: Övrəteyni müməyyiz uşaqdan örtmək vacibdir, amma övrəteyndən qeyri yerlər şəhvəti təhrik edib fəsada səbəb olmadığı təqdirdə, zahirən vacib deyildir. İstifta.
Məkarim: Ehtiyat-müstəhəbə görə qadın gərək öz bədənini və saçlarını yaxşını və pisi başa düşən həddi-büluğa çatmayan və şəhvət qüvvələri nəzərindən müməyyiz olan bir həddə çatan oğlan uşağından örtsün. Lakin əllər və üz lazım deyildir.
"Tovzihul-məsail", məsələ 2082.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |