![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||

QADININ UŞAQLARA BAXMASI
Məsələ: Uşaq qız olduğu halda, qadın onun müməy¬yizlik həddinə çatdığı vaxta qədər bütün bədəninə baxa bilər, müməyyizlik həddindən sonra ehtiyat-vacib onun övrəteyninə baxmamaqdır.
* NƏTİCƏDƏ:
Analar diqqət yetirməlidirlər ki, hamamlarda, yaxud hər bir başqa yerlərdə müməyyizlik həddinə çatmış qızlarının və başqa qızların övrəteyninə baxmasınlar, hətta ləzzət və reybə qəsdi olmasa belə.
Məsələ: Uşaq oğlan olduğu halda, qadın onun müməyyizlik həddinə çatmasından əvvəl bədəninin hər bir yerinə baxa bilər və müməyyizlik həddindən sonra ehtiyat-vacibə görə gərək onun övrəteyninə baxmasın. Bu məsələdə məhrəm və naməhrəm oğlanlar arasında fərq yoxdur.
İmam, Fazil, Məkarim: "Ürvə", "sətr və satir", 4-cü məsələdən əvvəldən istifadə edilməklə.
İmam: "Tovzihul-məsail", məsələ: 2436.
Sistani: "minhacus-salehin", "nikah", 12 və 24-cü məsələlərdən istifadə etməklə; "Tovzihul-məsail", məsələ: 2441.
Bəhcət, Təbrizi: Müməyyiz uşağın övrəteyninə baxmaq haramdır.
Bəhcət: "Tovzihul-məsail", 1938-ci məsələdən istifadə etməklə.
Təbrizi: "Tovzihul-məsail", 2445-ci məsələdən istifadə etməklə.
Xamenei: Qadın üçün caizdir ki, həddi-büluğa çatmamış oğlanın bədəninə ləzzət və reybə qəsdi olmadan baxsın, amma müməyyiz oğlanın övrəteyninə baxması caiz deyildir. İstifta.
Məsələ (Sual): Əgər uşağın müməyyizlik həddinə çatıb-çatmamasında şəkk olunsa, hökmü nədir?
Cavab: Müməyyiz olmayan uşağın hökmünə malikdir.
İmam, Fazil və Məkarim: "Ürvə", "nikah", məsələ: 50, səh.807.
Təbrizi, Xamenei, Sistani: İstifta
Bəhcət: Baxmaq cəhətindən müməyyiz olmayan uşağın hökmündədir, baxmayaraq ki, üqəla (əql sahibləri) tərəfindən ehtimal verilən surətdə daha yaxşısı (müstəhəb olmaq cəhətindən) tənəzzöhdür (çəkinməkdir). İstifta.
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









