Söhbət etməyin hökmləri
a) Kişinin naməhrəm qadınlarla söhbət etməsi
Məsələ 169: Kişilər aşağıdakı şərtlərlə naməhrəm qadınlarla söhbət edə bilərlər:
1-Ləzzət və reybə qəsdi olmasın.
2-Bu cür söhbət etməklə günaha düşülməsin.
İmam, Fazil, Məkarim: "Ürvə", "Nikah", 39-cu məsələdən istifadə etməklə.
İmam: Təhrirul-vəsilə, "Nikah", məsələ 29.
Xamenei:İstifta.
Sistani: "Minhacus-salihin", "Nikah", 29-cu məsələdən istifadə etməklə.
Fazil: " "Camiül-məsail"", cild, 1, sual 1718. Bəhcət: Ləzzət qəsdi olmadan naməhrəm qadının səsini eşitmək caizdir. "Tovzihul-məsail", məsələ 1936.
Məsələ 170: Zərurət halı olmadan naməhrəmlə söhbət etmək məkruhdur. Xüsusilə əgər dinləyici cavan olarsa.
İmam, Fazil, Məkarim: "Ürvə", "Nikah", məsələ 39.
İmam: "Təhrir", "Nikah", məsələ 29 və İstifta.
Bəhcət: Belə ki, ləzzət qəsdi olmazsa. İstifta.
Sistani: Əgər ləzzət qəsdi və harama düşmək qorxusu olmazsa caizdir. İstifta.
Məsələ 171: Əgər bir kişi naməhrəmlə söhbət edəcəyi təqdirdə günaha düşəcəyini bilirsə, onunla söhbət etməməlidir. İstər qadın kişini günaha salacağı tərzdə olsun, yaxud da ki, kişinin günaha düşməyinə səbəb olan mətləb barəsində söhbət etsinlər.
İmam, Fazil, Məkarim: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.
Bəhcət: "Tovzihul-məsail", 1936-cı məsələdən istifadə etməklə.
Xamenei: İstifta.
Sistani: "Minhacus-salihin", "Nikah", 29-cu məsələdən istifadə etməklə.
Məsələ 172: Əgər kişi naməhrəmi haram işə salmaq məqsədi ilə onunla söhbət etsə haramdır.
İmam: "Təhrir", "Nikah", 29-cu məsələdən istifadə etməklə, İstifta.
Bəhcət, Xamenei, Fazil, Məkarim: İstifta.
Sistani: "Minhacus-salihin", 29-cu məsələdən istifadə etməklə.
* NƏTİCƏDƏ: Başqalarını şəhvətə salmaq məqsədi ilə edilən söhbətlər, misal üçün şəhvəti təhrik edən səhnələri nəql etmək və sair haramdır.
Məsələ (Sual) 173: Kişi, onunla ləzzət qəsdi ilə söhbət etmək istəyən naməhrəm qadınla danışa bilərmi? (Belə ki, kişi özünün günaha düşməyəcəyini bilirsə.)
Cavab: Caiz deyildir.
İmam, Bəhcət, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta.
Məsələ 174: Əgər kişi naməhrəmlə söhbət etdiyi təqdirdə o qadının günaha düşəcəyindən qorxursa, gərək onunla söhbət etməsin.
İmam, Fazil, Məkarim: "Ürvə" , "Nikah", məsələ 39.
İmam: "Təhrir", "Nikah", məsələ 29.
Bəhcət, Xamenei, Sistani: İstifta.
Məsələ 175: Əgər bir kişi naməhrəmlə söhbət edəcəyi təqdirdə onu şəhvət məsələlərindən başqa bir günaha salacağını bilirsə, o qadınla söhbət etməsi caiz deyil.
İmam, Fazil, Məkarim: "Ürvə", "Nikah", məsələ 39.
İmam: "Təhrir", "Nikah", məsələ 29 və İstifta.
Bəhcət: "Tovzihul-məsail", 1936-cı məsələdən istifadə etməklə.
Xamenei: İstifta.
Sistani: "Minhacus-salihin", "Nikah", 29-cu məsələdən istifadə etməklə.
Misal üçün: Kişi bilir ki, o naməhrəmlə söhbət edəcəyi təqdirdə yalan deməyə məcbur olacaq, yaxud qeybət edəcək, yaxud töhmət vuracaq, istər qadın kişini günaha vadar etsin, yaxud da onun özü söhbət vasitəsilə bu günahlara batsın.
Məsələ 176: Hər kəslə və hər şey barəsində şəhvət və ləzzət qəsdi ilə söhbət etmək caiz deyildir. (Həyat yoldaşı istisnadır.)
İmam, Fazil, Məkarim: "Ürvə", "Nikah", 39-cu məsələdən istifadə etməklə.
İmam: "Təhrir", "Nikah", məsələ 29.
Xamenei: İstifta.
Sistani: "Minhacus-salihin", "Nikah", məsələ 29.
Məsələ 177: Kişilərin qadınları təqlid etmək səsi ilə və bunun əksinə danışmalarının hökmü nədir?
Bəhcət: Əgər fəsad olmazsa işkalı yoxdur. Əks halda, caiz deyildir. İstifta.
Sistani: Haram işə gətirib çıxarmazsa, caizdir. İstifta.
Məkarim: Haram bir işə səbəb olmazsa, misal üçün, günaha təşviş olunma, yaxud xüsusi bir şəxsə hörmətsizlik olmazsa, işkalı yoxdur. İstifta.
Diqqət yetirilməli məsələlər
Bəzi hallarda şeytan bəzi kişilərin qəlbinə o qədər nüfuz edir ki, onların gündəlik rəftar və davranışlarını şübhəli edir. Buna görə də hərdən belə olur ki, bir kişi naməhrəmlə ünsiyyətdə olmağa o qədər meyl edir ki, sanki onun məhrəmidir. Misal üçün, hər hansı bir mətləbi kişidən soruşa bildiyi halda naməhrəm bir qadından soruşur. Bəzən öz söhbətlərini naməhrəmlə uzadır ki, onunla daha artıq söhbət etsin. Naməhrəmlə səfərə çıxmaq, əyləncə məqsədi ilə gəzmək onun üçün daha artıq cazibəli olur. Əgər bir yerdə bir naməhrəm olsa, o da həmin yerdə olmağa daha çox maraq göstərir. Qonaqlıqlarda çalışır ki, naməhrəmlə daha artıq söhbət etsin, onlarla daha artıq ünsiyyətdə olsun, naməhrəmin müqabilində hər bir şeydən artıq özündən canfəşanlıq etsin və bir sözlə, naməhrəmin iştirak etdiyi hər bir işdə başqalarından artıq maraq göstərir və sair.
Kişilər və xüsusilə əziz cavanlar bu cür işlərdən şiddətlə çəkinməlidirlər, çünki bu kimi münasibətlər və söhbətlər adətən ləzzət və reybə qəsdi ilə yanaşı olur və təbiidir ki, şərən haram olacaqdır.
b) Qadının naməhrəm kişi ilə danışması.
Məsələ 178: Qadınlar aşağıdakı şərtlərlə naməhrəm kişi ilə danışa bilərlər:
1-Ləzzət və reybə qəsdi olmasın.
2-Öz səslərini nazikləşdirməsinlər.
3-Günaha düşmək qorxusu olmasın.
İmam, Fazil, Məkarim:"Ürvə", "Nikah", məsələ 39.
İmam: "Təhrir", "Nikah", məsələ 29,
Sistani: "Minhacus-salihin", "nikah", məsələ 29.
Bəhcət: Qadınlar naməhrəmlə söhbət edərkən gərək şəhvəti təhrik edən hər bir şeydən çəkinsinlər. İstifta.
Məsələ 179: Qadınların zərurət halı olmadan başqa hallarda naməhrəmlə danışmaları məkruhdur.
İmam, Fazil, Məkarim: əvvəlki məsələlərin mənbələri.
Bəhcət: Məkruhdur, yalnız şəhvətin təhrik olunmasına səbəb olduğu hal istisnadır ki, bu halda ondan çəkinmək lazımdır. İstifta.
Sistani: Əgər ləzzət qəsdi və harama düşmə qorxusu olmazsa, caizdir. İstifta.
Məsələ 180: Qadınların naməhrəm kişiləri harama salmaq məqsədi ilə onlarla söhbət etməsi caiz deyildir. İstər onların dediyi mətləb nəticəsində günaha düşsün, yaxud elə desin ki, naməhrəmin özü günaha düşmüş olsun: Misal üçün, təhrikedici səhnələri danışmaqla, yaxud eşitməklə naməhrəmin təhrik olunduğu şeyləri bəyan etməklə.
İmam, Fazil, Məkarim: "Ürvə", "Nikah", 39-cu məsələdən istifadə etməklə.
İmam: "Təhrir", "Nikah", məsələ 29.
Sistani: "Minhacus-salihin","nikah", məsələ 29.
Bəhcət və Xamenei: İstifta.
''Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri" kitabı