Çadraların hökmləri
Məsələ (Sual) 120: Naməhrəmin qarşısında arxadan işıq saçdıqda bədənin kölgəsinin bir miqdarı aşkar olduğu bəzi çadraları naməhrəm müqabilində geyməyin hökmü nədir? Caizdir, ya yox?
Cavab: Əgər bədənin dərisi görünməzsə və ardınca da fəsad gətirməzsə, işkalı yoxdur.
İmam: "Əhkamu izdivac" kitabının istiftası, səh.195-dən istifadə etməklə.
Xamenei və Məkarim: İstifta.
Bəhcət: Ehtiyata riayət etsinlər. İstifta.
Sistani: Onu geymək işkallıdır. İstifta.
Fazil: İşıq saçan zaman geysələr və ona örtük aid edilməzsə, caiz deyil. İstifta.
Məsələ (Sual) 121: Şermən (parıldayan) çadralar geyməyin hökmü nədir?
Cavab: Əgər camaat arasında diqqəti cəlb etməzsə, işkalı yoxdur.
İmam, Xamenei, Fazil, Məkarim: İstifta.
Diqqət: Nəzər-diqqəti cəlb etməsi iki amilə bağlıdır:
1-Bəzən qadınlar müəyyən yerlərdə parıldayan çadra ümumiyyətlə geymirlər, bu halda bir qadın geyərsə, diqqət cəlb olunur və nəticədə parıldayan çadra geymək caiz deyildir.
2-Əgər müəyyən bir yerdə qadınlar parıldayan çadra geysələr, lakin çadra diqqəti cəlb edəcək bir vəziyyətdə olsa, yenə də onu geymək caiz deyildir.
Məsələ 122: Arxasından qadın saçları, yaxud bədənin hər hansı bir yeri görünən çadraları geymək caiz deyildir. Qadınlar, xüsusilə evdə əgər naməhrəm olarsa, belə çadraları geyməkdən çəkinməlidirlər.
İmam, Təbrizi, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaq.
İmam və Xamenei: "İstifta.
Bəhcət: "Tovzihul-məsail", 1937-ci məsələdən istifadə etməklə.
Sistani: "Minhacus-salihin", "nikah", 18-ci məsələdən istifadə etməklə; "Tovzihul-məsail", məsələ: 2444.
Məsələ 123: Əgər bir qadın bədəninin həcmini arxadan göstərən bir çadra geysə, lakin çadranın altında kifayət qədər örpəyi olsa, misal üçün, məqnə örtmüş olsa, corabı, paltarının qolu kifayət qədər olsa, şəri cəhətdən bu iş caizdirmi?
Cavab: Əgər bədən görünməsə və bu cür geyinmənin fəsadı da olmazsa, işkalı yoxdur.
İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 1-ci məsələdən əvvəldən istifadə etməklə.
İmam: "Əhkami izdivac"" kitabından istifadə etməklə, səh.195 və "İstifta.
Təbrizi və Xamenei: "İstifta.
Bəhcət: Naməhrəmi təhrik etməzsə, işkalı yoxdur. İstifta.
Sistani: Əgər bədən görünməzsə və onun geyinməsi də adətən fəsada səbəb olmazsa, işkalı yoxdur.
"Minhacus-salihin", "nikah", 18-ci məsələdən istifadə etmklə və İstifta.
Diqqət və ehtiyat: Çadradan hicab ünvanı ilə istifadə edən qadınlar aşağıdakı hallarda hər vaxtdan daha artıq hicablarına riayət etməlidirlər:
Naməhrəmlə al-ver edən zaman, naməhrəmlərin qarşısında çadralarını qaydaya salan zaman, naməhrəmə bir şey verib, yaxud ondan bir şey alan zaman, naməhrəmin qarşısında bir iş görən zaman – istər evdə, istərsə də kənar yerlərdə – naməhrəm şəxsin müqabilində paltar, qab və ya hər hansı başqa bir şey yuyan zaman, süfrə salan, yaxud süfrəni yığan zaman.
Qeyd olunan halların hamısı və ona oxşar hallarda qadınlara təklif olunur ki, çadranın altında da kifayət qədər örpəyə malik olunsunlar və yaylıq, məqnə örtmək, qolu qısa olduğu halda xüsusi qola taxılan şeylərdən istifadə etmək çadra altında qadınları öz hicabına tam riayət etməyə kömək edə bilər və Allah-taalanın razılığının qazanılmasına səbəb ola bilər.
Məsələ (Sual) 124: Əgər bir şəxs bir qızın elçiliyinə getsə və qız da onu qəbul etməzsə, əgər o şəxs qohumlardan olsa və sonralar da bir-birləri ilə görüşsələr, oğlan hələ evlənməmiş olsa, qız onun qarşısında necə olmalıdır: Hicabın vacib həddindən artıq hicaba riayət etməlidirmi, yoxsa onunla danışarkən daha artıq ehtiyatlı olmalıdır?
Cavab: Fəsad və günaha səbəb olan hər bir işdən, eləcə də harama düşmək qorxusuna səbəb olan hər bir işdən çəkinmək lazımdır.
İmam, Sistani və Fazil: İstifta.
* NƏTİCƏDƏ: İmam Xomeyninin bu fətvasına əsasən, misal üçün əgər üzü və əlləri açıq olmaq oğlanın ona ləzzət qəsdilə baxmasına səbəb olarsa, əllərini və üzünü örtsün, yaxud əgər onunla danışmaq onun fəsada düşməsinə səbəb olarsa, mümkün qədər onu tərk etməlidir.
Mənbə: "Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri" kitabı