Məsələ 236: Əgər bir şəxs müəyyən bir iş, misal üçün izdivac üçün istixarə etsə, istixarənin nəticəsinə əməl etməsi vacib deyildir.
İmam: "İstiftaat" 2-ci cild, 75 və 76-cı suallardan istifadə etməklə.
Bəhcət, Xamenei, Fazil: İstifta
Məsələ (Sual) 237: Ümumiyyətlə islam nəzərindən həyatın mühüm məsələlərində, o cümlədən izdivac, yaxud mühüm qərar qəbul etmələr zamanı təsbeh Quran, yaxud zatur-riqa ilə istixarə etmək səhihdirmi?
Cavab: İmamlardan gəlib çatan yollarla işlərin hansı birini seçməkdə sərgərdançılığı (misal üçün, iki yol ayrıcında qalmaq) aradan qaldırmaq məqsədi ilə Allah-Taala ilə məşvərət və istixarə etməyin işkalı yoxdur.
İmam "İstiftaat" 2-ci cild, sual 73 Bəhcət, Xamenei Fazil: İstifta
Məkarim: Əlbəttə, istixarə məşvərət və təhqiqdən sonra və çətinliyin həll olunmadığı halda edilməlidir. İstifta
Məsələ (Sual) 238: İstixarə düzgündürmü? Hər hansı bir xeyir iş qabağa gələn zaman istixarə edib pis gələrsə, istixarəyə əməl etməliyikmi və ona etiqad bağlamalıyıqmı?
Cavab: Bu, etiqad prinsiplərindən deyildir ki, ona etiqad bəsləmək lazım olsun; amma sərgərdançılıq vəziyyətində rəca ümidi ilə eybi yoxdur.
İmam "İstaftaat" 2-ci cild, sual 74 Xamenei və Məkarim: İstifta
Məsələ (Sual) 239: Mən bir qız üçün elçiliyə getmişdim. İlk mərhələlərin ötməsindən və təhqiqat apardıqdan sonra özləri də bizim yaxşı adam olmağımızı bildilər və başqaları da bunu dedilər. Lakin atası gedib istixarə etdi və pis gəldi. Biz "yaxşı iş istixarə istəməz" dedik, lakin o deyir ki, mən istixarəyə arxa çevirə bilmərəm. Xahiş edirəm deyin görək, bu istixarə düzgündürmü?
Cavab: İstixarə ilzama səbəb olmaz (ona əməl etmək vacib deyildir).
İmam "İstiftaat" 2-ci cild, sual 75
Bəhcət, Xamenei, Fazil: İstifta
Mənbə: "Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri" kitabı.