Məsələ 288: Ləhv məclisləri ilə münasib olan mütrib musiqi çalmaq, ona qulaq asmaq, istər kişilər, istərsə də qadınlar üçün caiz deyildir, hətta qeyri-musiqi alətləri ilə olsa belə, o cümlədən, tava, vedrə və s.
İmam, Xamenei, Məkarim: İstifta.
İmam: "İstiftaat", "məkasibi mühərrəmə", Sual: 25.
Təbrizi: Ləhvi musiqi (əyyaşlıq və kef məclislərinə münasib olan məxsus alətlərlə çalmaq) və ona qulaq asmaq caiz deyildir, istər toy məclislərində olsun, istərsə də başqa məclislərdə, mütrib və ləhvi musiqinin haram olmasında musiqinin əyyaşlıq məclislərinə münasib olan musiqi olması şərt deyildir və ona qulaq asmaq haramdır. İstifta.
Bəhcət: "Tovzihul-məsail", "müxtəlif məsələlər", 20-ci məsələdən və İstiftadan istifadə etməklə.
Sistani: "Minhacus-salihin", "məkasibi mühərrəmə", 20-ci məsələdən istifadə etməklə.
Fazil: "Camiul-məsail", 987-988-ci suallardan istifadə etməklə.
Məsələ 289: Mütrib musiqini lent yazılarına qulaq asmaq istər kişilər, istərsə də qadınlar üçün caiz deyildir.
İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil və Məkarim: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.
Məsələ (Sual) 290: Mütrib musiqi dedikdə, nə nəzərdə tutursunuz?
Cavab: Ləhv və ləib məclisləri ilə münasib olan musiqidir.
İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani: İstifta.
Təbrizi: "Siratun-nəcat", 1001-ci sualdan istifadə etməklə.
Fazil: O musiqiyə deyilir ki, ləhv və ləib məclisləri üçün münasib olsun, yəni insan üçün vəcdə gəlmək və ruh yüksəkliyi baxımından qeyri-adi bir halətin yaranmasıdır.
"Camiul-məsail", 1-ci cild, 1006-cı sualdan istifadə etməklə.
Məkarim: O musiqidir ki, ləhv, ləib və fəsad məclisləri ilə münasibdir. İstifta.
Məsələ (Sual) 291: Mütrib musiqini qeyri-mütribdən necə ayırd etmək olar, xüsusilə camaat arasında bir musiqi barəsində belə bir ixtilaf vardır: Bəziləri musiqini əvvəlcə eşitdiyi halda, misal üçün, deyirlər ki, mütribdir, bəziləri də onu eşitmədikləri halda, onu qeyri-mütrib hesab edirlər. Hər bir halda ixtilaf baş verən zaman vəzifəmiz nədir? Bu kimi musiqiləri dinləmək caizdirmi?
Cavab: Mütrib musiqinin aid edilməsində əsas meyar ya insanın öz xatircəmliyidir ki, musiqinin mütrib olmasını bilsin, yaxud da camaat arasındakı nəzərə müraciət etsin. Şəkk olunan hallarda dinləməyin eybi yoxdur.
İmam, Sistani, Xamenei, Fazil, Məkarim: İstifta.
İmam: "İstiftaat", "məkasibi mühərrəmə", 29, 31 və 40-cı suallardan istifadə etməklə.
Bəhcət: "Tovzihul-məsail", "müxtəlif məsələlər", 20-ci məsələdən istifadə etməklə.
Xamenei: İstifta.
Sistani: "Minhacus-salihin", 20-ci məsələdən istifadə etməklə.
Təbrizi: Mütrib musiqini ayırd etməkdə meyar ya insanın öz xatircəmliyidir, yaxud xübrə və mütəxəssislərin ona deməsidir. Əlbəttə, gərək başqa bir mütəxəssis şəxs onun nəzərinə müxalif olan nəzər verməsin. Amma əgər camaat arasında bir musiqi barəsində ixtilaf olsa, belə ki, insan mütrib olub-olmamasında şəkk etsə, bu surətdə ona qulaq asmaq ehtiyat-vacibə görə caiz deyildir.
"Siratun-nəcat", Sual: 1002.
Məsələ (Sual) 292: İran İslam respublikasının televiziya və radiostansiyasında efirə buraxılan musiqilərin bəziləri şah rejimi dövründə də efirə buraxılır, bəziləri də xarici kinolardan götürülmüş musiqidir, digərləri də tağut dövründəki xanəndələrin səsi olmadan verilir. Xahiş olunur ki, onların mübah və halal olan hallarını bəyan edəsiniz?
Cavab: Mütrib musiqi haramdır (hətta İran İslam respublikasının televiziya və radiosundan efirə buraxılsa da belə). Şəkk olunan səslərin isə eybi yoxdur.
İmam, Xamenei, Fazil, Məkarim: İstifta.
İmam: "İstiftaat", "məkasibi mühərrəmə", 28-29 və 31-ci suallar.
Fazil: "Camiul-məsail", 1-ci cild, Sual: 998-999.
Bəhcət: Musiqi alətləri ilə çalınan ahəng və musiqilər mütləq şəkildə işkallıdır. İstifta.
Təbrizi: Ehtiyat-vacibə görə, şəkk olunan hallardan çəkinmək lazımdır.
"Siratun-nəcat", 1002 və 1015-ci məsələlərdən istifadə etməklə.
Sistani: Musiqi ləhv və ləib məclisləri ilə münasibdir və haramdır. İstifta.
Məsələ (Sual) 293: İran İslam respublikasının televiziya və radiosundan efirə buraxılan nəğmələrin bəziləri çox tünd ahəngə malikdir, hətta insanı təbii halətdən xaric edir. Bu növ musiqiləri dinləməyin hökmü nədir? Şəhid Mütəhhərinin şəhadəti ilə əlaqədar bəstələnən musiqilər və s. kimi qəm-qüssə yaradan musiqilərin hökmü nədir? Həmçinin bu kimi musiqiləri çalmağın hökmü nədir?
Cavab: Mütrib olan hər növ musiqini çalmaq, ona qulaq asmaq caiz deyildir. Musiqinin şad, yaxud qəmli olmasının haramlığında meyar musiqi deyil, onun mütrib olub-olmamasıdır.
İmam, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim
İmam: "İstiftaat", "Məkasibi mühərrəmə", 40-cı sualdan istifadə etməklə.
Bəhcət: Mütrib musiqini dinləmək haramdır, mütribli qəmli yerlərdə də vardır. İstifta.
Təbrizi: Əyyaşlıq məclislərinə münasib olan musiqilər ləhvi musiqidir, çalmaq və ona qulaq asmaq haramdır. İstifta.
Məsələ (Sual) 294: Müğənninin şəxsiyyəti, oxumaq yeri, yaxud oxumaqda məqsəd və hədəf musiqinin hökmündə təsirlidirmi?
Bəhcət: Bu kimi işlər musiqinin haram və yaxud halal olmasında heç bir rol ifa etmir. İstifta.
Xamenei: Haram musiqi mütrib, ləhv və ləib məclislərinə münasib olan musiqilərdir və bəzən də müğənninin şəxsiyyəti, yaxud bəstələnmiş kəlam, söz, yaxud oxunan yer, yaxud sair şəraitlər musiqinin mütrib, ləhvi, haram musiqi ünvanı olmasında və yaxud başqa digər haram ünvanların aid edilməsində təsirlidir. Misal üçün, bu kimi işlərin nəticəsində fəsada səbəb olarsa. "Əcvibətül-İstiftaat", 2-ci cild, Sual:45.
Məsələ 295: Müharibə, yaxud əzadarlıq mərasimləri üçün təşkil olunan musiqilər, inqilabi nəğmələr çalmaq, yaxud onlara qulaq asmaq, bir sözlə, hər növ musiqi, mütrib olmadığı halda, işkalı yoxdur.
İmam, Xamenei, Fazil, Məkarim: İstifta.
Təbrizi: "Siratun-nəcat", 1003 və 1010-cu suallardan istifadə etməklə.
Fazil: "Camiul-məsail", 987-988-ci suallardan istifadə etməklə.
Bəhcət: Musiqi aləti vasitəsilə yanaşı olan ahəng və musiqi mütləq şəkildə işkallıdır. İstifta.
Sistani: Musiqinin haram olmasında əsas meyar ləhv-ləib və eyş-işrət məclisləri ilə münasib olmasıdır. İstifta.
Məsələ (Sual) 296: Əgər bir şəxs üçün heç bir növ ahəng və musiqi təhrik icad etməzsə, onun bu ahənglərə və musiqilərə qulaq asması necədir?
Cavab: Təbrizi: Əyyaşlıq, eyş-işrət məclislərinə münasib olan musiqi, ləhv musiqidir, ona qulaq asmaq haramdır, istər şəxs təhrik olsun, istərsə də olmasın. İstifta.
Musiqinin haram olmasında meyar camaat arasında onun mütrib olub-olmamasıdır, istər şəxs təhrik olunsun, istərsə də olmasın.
İmam, Təbrizi, Xamenei, Fazil, Məkarim: İstifta.
Bəhcət, Təbrizi, Sistani:
Bəhcət: Musiqi alətləri vasitəsilə çalınan ahəng və musiqilər mütləq şəkildə işkallıdır. İstifta.
Sistani: Yalnız ləhv və ləib məclislərinə münasib olunanlar istisna olunur. İstifta.
Ümumi bir qanun
Buna əsasən hər növ mütrib musiqini çalmaq və ona qulaq asmaq haramdır. Hətta bir kəs onun vasitəsilə təhrik olunsa, yaxud olunmasa belə, yaxud da o musiqidən ləzzət alsa və almasa da belə, istər musiqi şadlıq gətirən olsun, istərsə də qəmli, istər klassik olsun, istərsə də başqası, müsəlman olsun, istərsə də xarici, əqd və toy mərasimində olsun, istərsə başqa yerdə.
Əgər musiqi mütrib olmazsa, onu eşitmək və ya çalmağın işkalı yoxdur. Əgər bir şəxs hər hansı bir musiqi barəsində şəkdə olsa, onu eşitmək və çalmağın işkalı yoxdur.
Məsələ (Sual) 297: Qəsd ləhv və ləib olmadığı halda, bəzi musiqi növlərinə qulaq asmaq, misal üçün əsəblərin sakitləşməsi üçün yaxşı olan, yaxud bəzi təbiblərin müalicə üçün tövsiyə etdikləri musiqilər, yaxud müharibə üçün nəzərdə tutulan və ləhv və ləib məqsədi olmayan musiqilərə qulaq asmaq caizdirmi?
Cavab: Qeyd olunan halların hamısında əgər musiqi mütrib olmazsa, onu eşitməyin işkalı yoxdur.
İmam, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta.
Bəhcət: Musiqi alətləri vasitəsilə çalınan hər növ ahəng və musiqi mütləq şəkildə işkallıdır.
Təbrizi: Əyyaşlıq və əyləncə məclisləri üçün münasib olan musiqi haram və ona qulaq asmaq da haramdır, istər ona qulaq asmaqda məqsəd ləhv və ləib olsun, istərsə də başqa şey. Amma əza marşı və müharibədə çalınanların maneəsi yoxdur. İstifta.
Məsələ 298: Hər növ mütrib musiqini musiqi alətləri vasitəsilə çalmaq caiz deyildir, istər əqd məclisi olsun, istər toy məclisi, istərsə də başqa məclis, istər kişilərə məxsus olsun, istərsə də qadınlara, istər kişi vasitəsilə çalınsın, istər qadın vasitəsilə.
İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta.
Məsələ 299: Musiqi çalmaq əgər ləhv və ləib alətlərindən başqa vasitələrlə olarsa, misal üçün, teşt, qablama, vedrə və s. işkalı yoxdur. Bu şərtlə ki, mütrib şəkildə olmasın.
İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil və Məkarim: İstifta.
Sistani: Amma əgər ləhv və ləib məclislərinə münasib olan tərzdə vurularsa, ehtiyat-vacibə görə caiz deyildir.
Məsələ 300: Mütrib musiqilərə və ğina yönlü avazlara qulaq asmaq haramdır, lakin diqqəti ona yetirmədən qulağa dəyməyin işkalı yoxdur.
Təbrizi: "Siratun-nəcat", 1004-cü sualdan istifadə etməklə.
Xamenei və Məkarim: İstifta.
İzah: Yəni əgər insan musiqiyə diqqət yetirərək ona qulaq asarsa, bu, haramdır. Lakin bəzən insan qulaq asmır, lakin musiqi səsi qulağına dəyir, insan da ona diqqət yetirmir, bu surətdə işkalı yoxdur. Misal üçün, musiqi səsi qonşunun evindən gələrsə, yaxud sürücü mütrib musiqiyə səs verərsə, lakin insan o musiqiyə diqqət yetirməzsə, bu kimi hallarda musiqi insanın qulağına çatsa da, işkalı yoxdur.
Məsələ (Sual) 301: Bəzi avtobus sürücüləri biabırçı lent yazılarından və haram olmağına hökm edilən musiqilərdən istifadə edir, maqnitofon söndürülməsinə dair verilən xəbərdarlıqlara əhəmiyyət vermirlər. Bəyan edin görək, mənim bu kimi şəraitlərdə və bu kimi səslərlə qarşılaşmaqda vəzifəm nədir? Onlarla çox şiddətli şəkildə rəftar edə bilərəmmi, yoxsa təqiyyə etməliyəm?
Bəhcət: Əgər əmr be məruf və nəhy əz münkər şərtləri mövcud olarsa, vacib, əgər onlardan hər hansı birinin şərti, – o cümlədən, əmr be məruf etməyin qarşı tərəfə təsir qoyacağı, eləcə də insanın maddi və cismi cəhətdən zərərə düşməməsi ehtimalı – olmazsa, vacib deyildir. İstifta.
Xamenei: Nəhy əz münkərin zəmini gerçəkləşdiyi surətdə dildə nəhy əz münkər etməkdən artıq bir vəzifəmiz yoxdur. Əgər bu, təsirli olmazsa, özünüzü haram xanəndəliyə qulaq asmaqdan saxlayın. Əgər eyni halda onun səsi ixtiyarsız olaraq sizin qulağınıza çatırsa, sizin bu barədə heç bir vəzifəniz yoxdur. İstifta.
Məsələ (Sual) 302: Siz buyurmusunuz ki, qadının öz əri üçün oynamasının işkalı yoxdur, həmin rəqs halında da musiqiyə qulaq asmaq caizdirmi?
Cavab: Əgər musiqi mütrib olarsa, caiz deyil.
İmam, Xamenei, Fazil və Məkarim: İstifta.
Bəhcət: Rəqs etmək mütləq şəkildə caiz deiyildir və ehtiyat-vacibə görə onu tərk etmək lazımdır. Hətta qadının öz əri üçün oynaması olsa da belə. Mütrib musiqiyə də qulaq asmaq caiz deyildir.
"Tovzihul-məsail", "müxtəlif məsələlər", məsələ: 1 və 20; İstifta.
Təbrizi: Əgər onda ləhvi musiqi olarsa, caiz deyildir. İstifta.
Məsələ (Sual) 303: Musiqinin İslamda kökü olması və musiqi ilə (irfani musiqi) Allaha çatmaq barəsində deyilən sözlər barədə nəzəriniz nədir?
Bəhcət: Musiqi alətləri ilə oxunan ahənglər və musiqilər mutləq şəkildə işkallıdır. İstifta.
Xamenei: Allaha çatmaq, varlıq dünyasının əzəmətini dərk etmək, mütəal Allahı tanımaq musiqi yolu ilə deyildir, musiqinin İslam quruluşunun hədəfləri ilə ziddiyyəti vardır.
Mənbə: "Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri" kitabı.