» » » Zinətin hökmləri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6693

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6677

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Zinətin hökmləri
+10
Müəllif: Fatimə Nuri Xuda | 9-10-2014, 18:00 | Baxılıb: 1 554
 
 
 Zinətin hökmləri

Məsələ (Sual) 125: Zinət dedikdə məqsəd nədir?
Cavab: (Zinət) o şeydir ki, camaat arasında zinət hesab olunur və camaat ona zinət deyir. 
İmam: "Əhkami banovan" kitabının istiftasından istifadə etməklə, 7-ci sual, səh.19. 
Bəhcət, Sistani, Xamenei və Məkarim: İstifta. 
Fazil: "Camiul-məsail", 1-ci cild, Sual: 1707. 
Məsələ (Sual) 126: Əgər qadınlar sürməni zinət məqsədilə deyil, fiqhi baxımdan malik olduğu faydalara görə vursalar, bu halda yenə də naməhrəm qarşısında onu örtməlidirlərmi?
Cavab: Əgər camaat arasında zinət sayılırsa, örtməlidirlər, onun özünün zinət qəsdi olub-olmaması əsas deyil. 
İmam: "Əhkami izdivac" kitabının istiftası, səh.195. 
Xamenei: "İstifta. 
Fazil: "Camiul-məsail", 1707-ci sualdan istifadə etməklə. 
Bəhcət: Zinət sayılır və ona baxmaq naməhrəm şəxs üçün haramdır.
Təbrizi: Əgər qoca qarılarda, yaxud yaşlı qadınlarda adət olunan bir sürmə çəkilibsə, onu naməhrəmdən örtməsi lazım deyildir.
"Siratun-nəcat", 82-883-cü suallardan istifadə etməklə.
Sistani: Əgər sürmə çəkmək özünü göstərmək məqsədilə olmasa və təhrik də etməzsə, harama düşülməsindən də amanda olsa, işkalı yoxdur. İstifta.
Məkarim: Bu kimi hallarda, zinət rəvayətlərinin aşkar bəyanına əsasən, işkalı yoxdur. İstifta.
Məsələ (Sual) 127: Şərən qaşlarını aldırması aydın olan bir qadın hicab qaydalarına riayət etmək üçün hökmən onu örtməlidirmi, yaxud onu açıq qoya bilər?
Cavab: Örtməlidir. 
İmam: " "Əhkami izdivac"" kitabının İstiftasından, səh.195. 
Bəhcət: "İstifta. 
Təbrizi: Əgər üzün islah olunması, yaxud qaşları aldırmaq, hətta qoca arvadlarda belə adi olan bir şəkildədirsə, onu örtmək lazım deyil.
"Siratun-nəcat", 882 və 883-cü suallardan istifadə etməklə.
Fazil: Əgər camaat arasında zinət hesab olunursa, örtülməsi lazımdır.
"Camiul-məsail", 1-ci cild, Sual: 1707.
Sistani və Məkarim: Onu naməhrəmdən örtmək lazım deyil. İstifta.
Məsələ 128: Qadınlar üzlərinin və əllərinin zinətlənmiş həmin miqdarını örtə bilərlər və üzlərinin başqa yerlərini örtmək vacib deyil. 
İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani və Fazil: "İstifta. 
Məkarim: Üzü örtmək vacib deyil, hətta adi və yüngülvari zinətlər olsa belə. İstifta.
Buna əsasən: Əgər bir qadın, misal üçün yalnız qaşlarının altını götürmüş olsa, baş örpəyi, yaxud çadra örtməklə öz qaşlarının alt hissəsini örtə bilər, əgər üzünün başqa hissələrində zinət olmazsa, onu açıq qoymağın işkalı yoxdur. 
Diqqət: Bilərzik, dəstbənd və üzük (hətta nişan üzüyü olsa da belə), taxmaq, dırnaqları uzatmaq, dırnaqlara lak vurmaq, həna qoymaq, zinət üçün istifadə olunan bəzi saatları taxmaq, zinət üçün bəzi tor əlcəklərdən istifadə etmək, bütün bunların hamısı ələ aid olan zinətlərdəndir və onları naməhrəmdən örtmək lazımdır. 
Həmçinin sürmə çəkmək, qaş aldırmaq, süni kiprik qoymaq, hər növ bəzək ləvazimatından istifadə etmək, buruna halqa salmaq (bu, bəzi məntəqələrdə adətdir), sırğa salmaq, yaxud camaat arasında zinət sayılan hər hansı bir şeydən istifadə etmək hamısı üzün zinətlərindən hesab olunur və naməhrəmdən örtülməlidir. (Bu məsələdə mərcəi-təqlidlərin haram zinətlərin növləri barəsindəki nəzərlərinə diqqət yetirilməlidir.)
Məsələ 129: Üzün və əllərin örtülməsi məsələsində – zinət olduğu halda – naməhrəmlərin arasında heç bir fərq yoxdur, istər yaxın qohumlardan olsun, istərsə də yadlardan. 
İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani: "İstifta. 
Fazil: "Camiul-məsail", 1-ci cild, 1711, 1713 və 1716-cı suallardan istifadə etməklə. 
Məkarim: Əvvəlki məsələlərdən məlum oldu. İstifta

* NƏTİCƏDƏ:

 Qadınlar qohumlarının və başqalarının məclislərində və qonaqlıqlarında, ya gərək öz əllərini və üzlərini naməhrəmdən örtsün, yaxud da zinət əşyalarından istifadə etməsinlər. 
Məsələ (Sual) 130: Üzün artıq tüklərinin alınması (təmizlənməsi) qadınlar üçün zinət hesab olunurmu? Üzlərinin artıq tüklərini təmizləyən qadınlar özlərini naməhrəmdən örtməlidirlərmi?
Xamenei, Fazil: Camaat arasında zinət hesab olunursa, onu naməhrəmdən örtmək vacibdir. 
Təbrizi: Əgər üzün islah olunması, hətta qoca qadınlarda belə, adi bir hal olarsa, onu naməhrəmdən örtmək vacib deyil. İstifta. 
Bəhcət: Bəli, zinət hesab olunur və naməhrəmdən örtülməlidir. İstifta. 
Məkarim: Üzünü naməhrəmdən örtməsi vacib deyil, yalnız xüsusi bir fəsada səbəb olduğu halda vacibdir. İstifta. 
Məsələ (Sual) 131: Bir qadın özünün izdivac üzüyünü (bu özü də çox sadə şəkildədir) zinət məqsədilə deyil, əksinə yadigarlıq və öz ərinə vəfadarlıq ünvanı ilə barmağına taxır. Onu naməhrəmdən örtmək vacibdirmi?
Cavab: Ələ hər növ üzük salmaq zinət hesab olunur və onu naməhrəmdən örtmək vacibdir. 
İmam: "İstifta. 
Bəhcət: Əgər təhrikedici olsa, örtülməlidir və bundan qeyri hallarda ehtiyatdır. İstifta.
Təbrizi: Adi hallarda qadınların barmaqlarına taxdıqları üzüyü naməhrəmdən örtmək vacib deyil. "Siratun-nəcat", 882, 883 və 884-cü suallar.
Xamenei: Əgər camaat arasında zinət hesab olunursa, onu naməhrəmdən örtməlidirlər. Amma əgər nəzəri cəlb etməyən və zinət adlandırıla bilməyən şeylərdən olsa, işkalı yoxdur. İstifta.
Sistani: Onu və eləcə də bilərziyi naməhrəmdən örtmək lazım deyil. İstifta.
Fazil: Əgər camaat arasında zinət hesab olunursa, örtmək lazımdır. "Camiul-məqasid", 1-ci cild, Sual: 1707.
Məkarim: Ələ üzük salmağın eybi yoxdur. İstifta.
Məsələ (Sual) 132: Son zamanlar cəmiyyət arasında belə bir şey yayılmışdır ki, qadınlardan və kişilərdən bəziləri dodaqlarını və burunlarını gözəlləşdirmək üçün cərrah həkimlərə müraciət edirlər, dodağı, burunu və s. cərrah əməliyyatı ilə dəyişdirirlər. Gözəllik məqsədilə bu iş caizdirmi?
Bəhcət: Əgər müalicə yönü olmasa, işkalı vardır. İstifta.
Xamenei: Bu əməl öz-özlüyündə caiz və işkalsızdır, lakin vacibdir ki, onun ardınca gələn haram işlərdən, o cümlədən naməhrəmin toxunması və baxmasından ciddi şəkildə çəkinsinlər.

* NƏTİCƏDƏ:

Bu kimi hallarda naməhrəm həkimə müraciət edilməməlidir və hökmən həkim məhrəm, yaxud müraciət edənlə eyni cinsdən olmalıdır.
Məsələ (Sual) 133: Bəzənməyin arasında fərq varmı? Yəni əgər bir şəxs çox pis zinətlənsə, misal üçün özlərinin adət-ənənələrinə uyğun olaraq zinət sayılsa, halbuki başqalarının nəzərində zinət olmamaqdan əlavə, onların nəzərində çox pis, çirkinlik də sayılsa, bu cür zinətlər də naməhrəmdən örtülməlidir?
Cavab: Zinətlənmək çirkinlik və gözəlliklə deyil, hər şey camaat arasında zinət sayılsa, naməhrəmdən örtülməlidir. 
İmam, Bəhcət və Xamenei: "İstifta. 
Fazil: "Camiul-məsail", 1-ci cild, Sual: 1707. 
Təbrizi: Əgər əllərdə və üzlərdə olan zinət camaat arasında adi qayda olan qəbildən, həmçinin üzün islah olunması və sürmə çəkilməsi də, hətta qoca qadınlar arasında da bir adət olan şeylərdəndirsə, onların örtülməsi qadına vacib deyildir, lakin bunlardan qeyri hallarda örtülməsi vacibdir (istər gözəllik olsun, istərsə də çirkinlik).
İstifta. və "Siratun-nəcat", 882, 883 və 884-cü suallardan istifadə etməklə.
Sistani: Hər şeyə camaat arasında zinət deyilsə, naməhrəmdən örtülməlidir. Əlbəttə, sürmə çəkmək və üzük taxmaq, bilərzik salmaq əvvəlki məsələdə qeyd olunan şərtlərlə istisna olunur. İstifta.
Məkarim: Üzdə və biləyə qədər olan əllərdəki yüngülvari və adi olan bəzənmələrin eybi yoxdur. İstifta.
Məsələ (Sual) 134: Qadınlar və kişilər üçün naməhrəmlərin tərəfindən hiss olunan ətirlər vurmaq, müəyyən maddələr və digər mayelər vasitəsilə ətirlənməyin işkalı vardırmı?
Cavab: Ətir vurmağın eybi yoxdur, lakin əgər qadınların ətir vurması fəsada və təhrikə səbəb olarsa, caiz deyildir. 
İmam: "Əhkami izdivac" kitabının istiftası, səh.194. 
Xamenei: "İstifta. 
Sistani: Camaat arasında fitnəyə  səbəb olursa, yaxud naməhrəm kişiləri giriftar etmək məqsədilə olarsa, caiz deyildir. İstifta.
Məkarim: Qadınların naməhrəm qarşısında ətir vurmaları işkallıdır. İstifta.
Sual: Əgər bir qadın özünü naməhrəm şəxs üçün ətirləsə, ona qusl etməsi vacibdirmi?
Cavab:
Fazil: Sualın fərz olunduğu halda qusl etməsi müstəhəbdir. "Camiul-məsail", 2-ci cild, Sual: 166
Məsələ 135: Ehtiyat-vacibə görə, qadınlar öz saçlarına yapışdırdıqları süni saçları, yaxud başlarına qoyduqları parikləri örtməlidirlər. Baxmayaraq ki, yapışdırılmış tüklər kişi tükündən, yaxud qadın tükündəndir. 
İmam, Fazil və Məkarim: "Ürvə" "sətr və satir", məsələ: 1. 
Xamenei: "İstifta. 
Bəhcət: Namaz halında onu örtmək vacib deyil və əgər zinət deyilməzsə, onun örtülməsi vacib deyildir. İstifta.
Sistani: Qadına vacibdir ki, naməhrəmdən örtsün. 
İstifta.
Məsələ (Sual) 136: Qadının özünü ərindən başqası üçün, məsələn, bəzi qadın məclislərində, o cümlədən, toy, qonaqlıq (arvad qonaqlığı) kimi yerlərdə bəzəməsinin hökmü nədir?
Cavab: Naməhrəm onu görməzsə, eybi yoxdur. 
İmam: "Əhkami izdivac" kitabının İstiftası, səh.188. 
İmam, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: "İstifta. 
Təbrizi: "Siratun-nəcat", Sual: 883. 
Bəhcət: Əgər naməhrəm onu görəcəksə, caiz deyil. İstifta.
Məsələ (Sual) 137: Qadınlar  üçün səsli ayaqqabı geymək caizdirmi, belə ki, yol gedərkən onların səslərini naməhrəm eşidir?
Cavab: Bu işin ardınca fəsad gələrsə, ondan çəkinmək lazımdır. 
İmam: " "Əhkami izdivac"" kitabının İstiftası, səh.194. 
Xamenei: İstifta və "Əcvibətul-İstifta", 2-ci cild, səh.283-cü sualdan istifadə etməklə. 
Bəhcət: Əgər naməhrəmi  təhrik edərsə, caiz deyil. 
İstifta.
Məkarim: İşkalı yoxdur. İstifta.
Məsələ 138: Əgər bir qadın naməhrəm şəxsin ləzzət və reybə qəsdilə onun əlinə və üzünə baxmağını bilirsə, hətta onun əli və üzü zinətlənməmiş olsa, bu iki yeri naməhrəmdən örtməlidir. 
İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaq. 
Bəhcət: Harama düşməyə kömək olarsa, örtməsi vacibdir. İstifta.
Sistani: Özünün harama düşmə qorxusu olmazsa və başqalarını günaha vadar etmək məqsədi olmazsa, eybi yoxdur. İstifta.
Məsələ 139: Başqalarını harama salmaq məqsədilə əli və üzləri açıq qoymaq caiz deyil. 
İmam, Xamenei: İstifta. 
Fazil: "Camiul-məsail", 2-ci cild, 1066-cı sualdan istifadə etməklə. 
Sistani: Minhacus-salihin", "nikah", 18-ci məsələdən istifadə etməklə; "Tovzihul-məsail", məsələ: 2444. 
Bəhcət: Harama kömək fərzində caiz deyildir. İstifta.
Fazil: Ora getməyin öz-özlüyündə eybi yoxdur, lakin gedərsə, öz hicabına riayət etməli və özünü naməhrəmin gözü önündə qərar verməməlidir. İstifta.
Məsələ 140: Naməhrəmlərin ləzzət məqsədilə ona baxacağını bildiyi yerlərə getməsi qadına caiz deyildir. 
İmam: İstifta. 
Bəhcət: Günaha kömək qəbilindən o yerə getməsi caiz deyildir. İstifta.
Fazil: Ora  getməyin özü haram deyildir, "yalnız ona baxsınlar deyə", ora getmək məqsədi istisna olunur. 
İstifta. 
Məkarim: Qadının naməhrəmlərin ləzzət qəsdilə ona baxdığını bildiyi yerlərə getməsi caiz deyildir, yalnız həyat və məişət zərurətləri istisna olunur. İstifta.
 
 
Mənbə: "Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri" kitabı

 
 
Bölmə: Dərslər / Əhkam
Şərhlər: 1
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: solmaz76 | Status: İstifadəçi Offline | 9 Ekim 2014 20:37 | İstifadəçi | Şərh yazdı
BISMILLAH Salamun aleykum,xahis edirem momkundurse qeyd etdiyiniz zinet hokmleri ile bagli Vaehid Xorasani aqanin da fetfalarini qeyd edin,onceden tesekkurumu bildirirem.
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.