Yanıq Qapı
+5
Müəllif:
Zumral | 28-01-2014, 23:29 | Baxılıb: 2 348
YANIQ QAPI
Bismilləhir Rahmənir Rahim.
Bir mətləbi sorum sənə,
Yanıq qapı, yanıq qapı.
Olanları söylə mənə,
Yanıq qapı, yanıq qapı.
Kimlər səni yaxıb yıxdı,
Kimlər səni belə sıxdı?!
O gun zülm ərşə çıxdı,
Yanıq qapı, yanıq qapı.
Haqsız tökdün bir qanı sən,
Aldın məsum bir canı sən,
Əlin qanlı, sən canisən!
Yanıq qapı, yanıq qapı.
Lənət olsun o zalıma
Ki, o, saldı səni qana.
Can içində qıydı cana,
Yanıq qapı, yanıq qapı.
Tərsdən əsdi badi-Səba,
Əsir oldu Ali-əba,
Əli bağlı Şiri-Xuda,
Yanıq qapı, yanıq qapı.
İnşəallah, bir gün olar
Mehdi (ə.f.) gələr, öcün alar,
Haqq, ədalət yerin bular,
Yanıq qapı, yanıq qapı.
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.