17. وَإِن يَمْسَسْكَ اللّهُ بِضُرٍّ فَلاَ كَاشِفَ لَهُ إِلاَّ هُوَ وَإِن يَمْسَسْكَ بِخَيْرٍ فَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَديرٌ
"Əgər Allah (sınaq, inkişaf və ya əməllərinin cəzası üçün) səni zərər-ziyanla üzləşdirsə, Özündən savay kimsə onu aradan qaldıra bilməz. Əgər sənə bir xeyir yetişsə, Onun hər şeyə gücü çatar.”
1. Bütün işlər bir mənbədən qidalanır. Xeyirin bir, şərin başqa bir mənbəsi yoxdur.
2. Bütün ümidlər Allaha bağlanmalı və bütün qorxular Ondan olmalıdır.
3. İlahi qanunlarda istisna yoxdur. Həzrət Peyğəmbər (s) də acı-şirin hadisələrdə diqqətini Allaha yönəltməlidir.
18. وَهُوَ الْقَاهِرُ فَوْقَ عِبَادِهِ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ
"Odur Öz bəndələrinə qalib və hakim olan. Odur hikmət sahibi və agah.”
Elə bir qələbə növü "qəhr” adlanır ki, qəhrə gələn qahir qarşısında zəlil olsun.
On dördüncü ayədə Allahın vilayət və ruzi verməsi bəyan olundu. 15-ci ayədə isə Allahın qəhr və qiyamətindən danışıldı. 16-cı ayədə ilahi qurtuluş və rəhmətə işarə edildi, 17-ci ayədə müşküllərin həlli və xeyirə çatmaq barədə danışıldı. Bu ayədə isə Allahın mütləq qüdrəti bəyan olunur.
1. Kimsədən qorxmayaq. Allahın qüdrəti bütün qüdrətlərin fövqündədir.
2. Allahın qüdrət və qəhri hikmət və elmlə müşayiət olunur.
3. Allahın xeyir və ya zərər yetirməsi onun hikmət və agahlığına əsaslanır.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti