3. وَهُوَ اللّهُ فِي السَّمَاوَاتِ وَفِي الأَرْضِ يَعْلَمُ سِرَّكُمْ وَجَهرَكُمْ وَيَعْلَمُ مَا تَكْسِبُونَ
"Göylərdə və yerdə olan Allah Odur. Sizin gizlində və aşkarda olanınızı bilir, əldə etdiklərinizdən xəbərdardır.”
Azğın çoxallahlılıq əqidəsinin cavabında (yağış Allahı, döyüş Allahı, sülh Allahı, yer Allahı) ayə buyurur: "Hər şeyin və hər yerin Allahı birdir.”
İmam Sadiq (ə) bu ayə haqqında buyurmuşdur: "O Öz elmi, qüdrəti, hakimiyyəti ilə bütün məxluqları əhatə edir.”
1. Bütün varlıq aləmi Allahın hakimiyyəti dairəsidir.
2. Allah hakim olduğu kimi də agahdır.
3. İnsanın aşkar və gizlini Allah üçün eynidir.
4. Allahın əhatəli elminə iman həm iş, həm də pis işdən çəkinmək üçün stimuldur.
5. Allah insanın gələcək işlərindən agahdır.
4. وَمَا تَأْتِيهِم مِّنْ آيَةٍ مِّنْ آيَاتِ رَبِّهِمْ إِلاَّ كَانُواْ عَنْهَا مُعْرِضِينَ
"Allahın nişanələrindən onlar üçün elə bir nişanə gəlmədi ki, (təsdiq və iman əvəzinə) ondan üz döndərməsinlər.”
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti