"Ənam” surəsi (13-14)
13. وَلَهُ مَا سَكَنَ فِي اللَّيْلِ وَالنَّهَارِ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ
"Gecə və gündüzdə qərarlaşan hər şey yalnız Ona aiddir. O, eşidən və biləndir.”
Gecə-gündüz beşik tək insan və digər mövcudları öz ağuşuna almışdır. Bəzi mövcudlar gecə, bəziləri isə gündüz istirahət edir.
1. Həm bütün varlıq aləmi, həm də ona nəzarət Allaha məxsusdur.
14. قُلْ أَغَيْرَ اللّهِ أَتَّخِذُ وَلِيًّا فَاطِرِ السَّمَاوَاتِ وَالأَرْضِ وَهُوَ يُطْعِمُ وَلاَ يُطْعَمُ قُلْ إِنِّي أُمِرْتُ أَنْ أَكُونَ أَوَّلَ مَنْ أَسْلَمَ وَلاَ تَكُونَنَّ مِنَ الْمُشْرِكَينَ
"De ki, yoxsa Allahdan qeyrisini özünüzə rəhbər seçirsiniz? Halbuki O, göylərin və yerin yaradıcısıdır. Kimsə Ona yox, O hamıya təam verir. De ki, həqiqətən, mənə Onun əmrinə təslim olan ilk kəs olmaq əmr edilib. (Mənə deyilib ki,) heç vaxt müşriklərdən olma.”
Ayənin nazil olma şəni haqqında deyilir ki, Məkkə əhlindən bir qrupu Peyğəmbərə (s) dedi: "Sən fəqirlik səbəbindən bütlərə arxa çevirmisən. Biz sənin ehtiyaclarını ödəyərik, amma bizimlə müxalifətçilik etmə.” Ayə nazil oldu və həmin qrupa cavab verildi.
1. Xalqın düşüncəsini oyatmaq məqsədi ilə peyğəmbərin təbliğ və hidayət üsullarından biri sual formasında dəlillərin bəyanıdır.
2. İnsan üzləşdiyi ehtiyaclar və məhdudiyyətlər səbəbindən fitri olaraq himayədar və sığınacaq sorağındadır. Əsas məsələ odur ki, insan bu məqsədlə kimə üz tutur?
3. Allah göyü və yeri ilkin nümunə olmadan yaratmışdır. "Fatir” ilkin yaradan mənasını bildirir.
4. Ehtiyacları ödəmək Allahın vilayət şənindəndir.
5. Allahdan savay bütün varlıqlar ehtiyaclıdır.
6. Allah bəşəriyyətin həm xaliqi, həm də ruzi verəni olduğundan, insan Ona tabe olub vilayətini qəbul etməlidir.
7. Peyğəmbərə öz əqidəsini izhar etmək əmr olunur.
8. Rəhbər ayinlərin icrasında ilk addım atmalı və ən yüksək ixlasa, təslimçiliyə malik olmalıdır.
9. Allahdan qeyrisinin vilayətini, hakimiyyətini qəbul etmək şirkdir.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti