11. قُلْ سِيرُواْ فِي الأَرْضِ ثُمَّ انظُرُواْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ
"(Ey peyğəmbər! Onlara) de ki, yer üzündə dolanın, sonra baxın ki, təkzib edənlərin aqibəti necə oldu?”
"Siru fil-ərz”, yəni "yer üzündə dolanın, gəzin” cümləsi Quranda altı dəfə işlədilmişdir. Təəssüf ki, kafirlər bu göstərişə bizdən öncə əməl etdilər və İslam ölkələrini qarış-qarış dolanıb onun təbii sərvətləri, güclü və zəif nöqtələri, mədəniyyət abidələri və əsərləri, dəyərli kitablarından xəbər tutdular. Bütün bu sərvətlər onlar tərəfindən qarət edildi. Müsəlmanlar isə hələ də qəflət yuxusundadırlar.
1. Elm və bilik qazanmaq məqsəd ilə olan və ibrətamiz səfərlər bəyənilmişdir.
2. Haqqa qarşı çıxanların məğlubiyyəti və süqutu qətidir. Əgər şəkk edirsinizsə, onların tarixini oxuyun, səfərlərə çıxmaqla deyilənləri gözünüzlə görün və ibrət götürün.
3. Cəmiyyətin yüksəliş və ya süqut amilləri qanunauyğundur. Həqiqətin inkarı kimi amillər hansısa bir dövrdə insanların həlak olmasına səbəb olmuşsa, başqa dövrlərdə də uyğun nəticə ilə qarşılaşasıyıq.
4. Mədəniyyətlərin süqut amillərindən biri peyğəmbərlərin təkzibidir.
5. Ötəri görüntülər mühüm deyil, mühüm olan şey işin sonudur.
12. قُل لِّمَن مَّا فِي السَّمَاوَاتِ وَالأَرْضِ قُل لِلّهِ كَتَبَ عَلَى نَفْسِهِ الرَّحْمَةَ لَيَجْمَعَنَّكُمْ إِلَى يَوْمِ الْقِيَامَةِ لاَ رَيْبَ فِيهِ الَّذِينَ خَسِرُواْ أَنفُسَهُمْ فَهُمْ لاَ يُؤْمِنُونَ
"De ki, göylərdə və yerdə olan kimin üçündür? De ki, Allah üçündür. O, rəhməti göstərməyi Özü üçün vacib etmişdir. O hökmən sizi heç bir şübhə olmayan qiyamət günündə toplayacaq. Özünü uduzanlar (istedadlarını inkişaf əvəzinə süquta sərf edənlər) həqiqətən iman gətirmirlər.”
Nöqtələr
Allahın rəhməti özünə vacib etməsi mövzusu Quranda iki dəfə xatırlanmışdır.
"La rəybə fihi”, yəni "heç bir şübhə yoxdur” cümləsi həm Quran, həm də qiyamət günü haqqında işlədilmişdir.
Allah bizim üçün vəzifələr müəyyənləşdirdiyi kimi, Özü üçün də vəzifə müəyyənləşdirmişdir. Məsələn, hidayət etmək , ruzi vermək , lütf etmək , Allah dininin qələbəsi . Amma Allahın rəhmətinə çatmaq şərti Onun bəndələrinə rəhm etməkdir. Hədislərdə nəql olunur ki, rəhm etməyənə rəhm olunmaz.
Salman Farsi nəql edir ki, həzrət Peyğəmbər (s) buyurdu: "Allahın rəhməti yüz dərəcədir. Onun bir dərəcəsi dünyadakı bütün ilahi lütflərin qaynağıdır. Allah qiyamət günü Öz rəhmətinin bütün yüz dərəcəsi ilə xalqla rəftar edəcək.”
Quran ilahi rəhməti hər şeyə şamil edir. Bu rəhmətin bir çox nümunələri vardır: yağış ; külək ; gecə-gündüz ; peyğəmbər ; Quran ; Tövrat ; azadlıq ; həyat yoldaşına meyl ; bitkilər və meyvələr ; tövbənin qəbulu.
1. Peyğəmbərə əmr olunmuş təbliğ üsullarından biri sual-cavabın tərtibidir.
2. Varlıq rəhmətə əsaslanır. İlahi rəhmət hər yeri və hər şeyi əhatə edir.
3. Allahın yaratdıqları, məsələn külək, yağış, gecə-gündüz, nəbatat rəhmət olduğu kimi, məad da rəhmətdir.
4. Qiyamətin bərpa olma dəlili xalqın ilahi rəhmətdən bəhrələnməsidir.
5. İlahi rəhmət nə qədər əhatəli olsa da, bəziləri özünü bundan məhrum edir.
6. Dəlil-sübut əvəzinə nəfs istəkləri ardınca qaçmaq, Allahın övliyaları yerinə tağuta üz tutmaq, axirətə etiqad əvəzinə küfr etmək, nura təslim olmaq yerinə oda təslim olmaq kafirlərin böyük zərərlərindəndir.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti