"Ənam” surəsi (23-24)
23. ثُمَّ لَمْ تَكُن فِتْنَتُهُمْ إِلاَّ أَن قَالُواْ وَاللّهِ رَبِّنَا مَا كُنَّا مُشْرِكِينَ
"(Bütlərə aldanışlardan sonra Allah hüzurunda) bir üzr tapmazlar. Yalnız bunu deyərlər: "And olsun Allaha! Ey Rəbbimiz, biz heç vaxt müşrik olmamışıq.”
24. انظُرْ كَيْفَ كَذَبُواْ عَلَى أَنفُسِهِمْ وَضَلَّ عَنْهُم مَّا كَانُواْ يَفْتَرُونَ
"Bax ki, öz əleyhlərinə necə yalan dedilər? (Düzəltdikləri bütlər və şəriklər məhv oldu.) Yalan və iftira olaraq Allaha aid etdikləri əllərindən çıxdı.”
İmam Sadiq (ə) buyurmuşdur: "Ləm təkun fitnətuhum” təbirindəki "fitnə” müşriklərin üzrxahlığına işarədir.”
«Zəlləş-şəy» bir şeyin məhv olmasını bildirir.
Yalançılar dünyada qazandıqları xasiyyətlərin tələbi ilə qiyamətdə də yalan deyirlər.
Həzrət Əli (ə) bu ayə ilə bağlı buyurur: "Bu yalandan sonra onların dodaqlarına möhür vurular və digər əzaları haqqı təkrarlayar.”
İmam Sadiq (ə) buyurmuşdur: "Allah qiyamət günü kimsənin ağlına gəlməyəcək şəkildə bağışlayar. Hətta müşriklər də deyər: "Biz müşrik olmamışıq.” (Bununla bağışlama diləyərlər.)
1. Qiyamət o qədər qətidir ki, sanki indi də vardır. Peyğəmbər (s) bu dünyada da bəsirət gözü ilə qiyamət səhnələrinə şahid ola bilər.
2. Qeyri-ilahi istinadgahlar məhv olacaqdır.
3. İlahi məhkəmədə insanın yalanları və andları səmərəsizdir.
4. Qeyri-ilahi istinadgahlara bir bu qədər israr boş xəyaldan başqa bir şey deyildir.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti