» » Quranda surələrin oxunmasının savabı


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6693

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6677

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Quranda surələrin oxunmasının savabı
+5
Müəllif: Allahıma aşiqəm | 3-01-2014, 07:56 | Baxılıb: 4 986

QURANIN BƏZİ SURƏLƏRİNİN OXUNUŞUNUN SAVABI
1-"Fatihə” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs "Fatihə” surəsini oxusa, Allah-taala ona nazil olmuş bütün ayələrin tilavətinin savabını verər.”
2-"Bəqərə” və "Ali-İmran” surələri: İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs "Bəqərə” və "Ali-İmran” surələrini oxusa, qiyamət günündə bu iki surə iki bulud parçası kimi ona kölgə salar.”
"Bəqərə” surəsində yerləşən ən fəzilətli ayə – "Ayətəl-kürsü” haqqında göstəriş verilmişdir ki, hər gün onu yetmiş dəfə oxuyun. Əgər səhralıqda olsanız, bir dairə xətt çəkdikdən sonra dəstəmazlı halda, dairənin içində üzü qibləyə oturub onu oxusanız, hacətlərinizin qəbul olunması üçün çox faydalıdır.
3-"Nisa” surəsi: Əmirəl-möminin Əli (ə) buyurmuşdur: "Hər kəs "Nisa” surəsini hər cümə günü oxusa, qəbir əzabından amanda qalar.”
4-"Maidə” surəsi: İmam Baqir (ə) buyurmuşdur: "Hər kəs "Maidə” surəsini hər cümə axşamı oxuyarsa, zülm imanına qalib gəlməz və heç vaxt Allaha şərik qoşanlardan olmaz.”
5-"Ənam” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: "Ənam” surəsi birdəfəyə nazil olmuşdur. Yetmiş min mələk onu Allahın yetmiş böyük adı olduğu halda, Peyğəmbərə gətirmişlər. Əgər camaat onun oxunuşunun nə qədər fəzilət və savaba malik olduğunu bilsəydilər, onu oxumağı heç vaxt tərk etməzdilər.”
İmam Rza (ə) buyurmuşdur: "Hər kəs bu surəni oxusa, yetmiş min mələk onun üçün qiyamət gününədək təsbih deyərlər.”
İmam Baqir (ə) buyurmuşdur: "Əgər bir şəxsin vasitəsilə həlak olacağından qorxsan, "Ənam” surəsini oxu ki, sənə heç bir zərər yetirə bilməz.”
6-"Əraf” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs "Əraf” surəsini hər ayda bir dəfə oxusa, qiyamət günü Allah-taalanın buyurduğu qorxu və qüssəsi olmayan, hər cümə günü oxusa isə, qiyamət hesabı asan tutulan şəxslərdən olacaqdır.”
7-"Ənfal” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs "Ənfal” və "Tövbə” surələrini hər ay oxusa, Şeytan ona yaxınlaşa bilməz və Əmirəl-möminin Əli (ə)-ın şiələrindən olar.”
8-"Hud” surəsi: İmam Baqir (ə) buyurmuşdur: "Hər kəs hər cümə günü "Hud” surəsini oxusa, Allah-taala qiyamət günü onu peyğəmbərlər cərgəsində gətirəcək və günahlarını bağışlayacaq.”
9-"Yusif” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs "Yusif” surəsini hər gün və ya hər gecə bir dəfə oxusa, Allah-taala qiyamət günü onu Yusif (ə)-ın gözəlliyində gətirəcək, camaat üçün olan çətinlik onun üçün olmayacaq və onun (behiştdəki) qonşuları Allahın saleh bəndələrindən olacaqdır.”
10-"İbrahim” və "Hicr” surələri: İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs "İbrahim” və "Hicr” surələrini cümə gününün namazının iki rükətində oxusa, heç vaxt fəqirliyə və dəliliyə tutulmaz.”
11-"Taha” surəsi: Onu ruzinin artması və işlərin sahmana düşməsi üçün sübh azanından sonra gün çıxana qədər oxumaq faydalıdır. İmam Sadiq (ə) buyurmuşdur: "Taha surəsini oxumağı tərk etməyin, çünki Allah-taala onu və onu oxuyanı sevir. Hər kəs onu oxumağa müdavimət etsə, Allah-taala qiyamət günü əməl dəftərini onun sağ əlinə verər və onun İslamda olan əməllərindən ağır hesab çəkməz, həmçinin o, razı olanadək ona (Öz nemətlərini) əta edər.”
12-"Həcc” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs "Həcc” surəsini hər üç gündən bir oxusa, həmin ildə ona həcc qismət olar və əgər həcc səfərində ölsə, behiştə daxil olar.”
13-"Yasin” surəsi: Hər gün üzü qibləyə oturub, onu oxuduqdan sonra yüz dəfə salavat deməyin savabı çoxdur.
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs qabiristanlığa daxil olarkən "Yasin” surəsini oxusa, o gün qəbiristan əhlindən (əzab) azalar və oxuyan şəxs üçün qəbiristanda olan hər bir qəbrin müqabilində çoxlu savab verilər.”
14-"Zümər” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs "Zümər” surəsini oxusa, Allah-taala ona dünya və axirət şərəfini verər və onu mal-dövlətsiz  və qohum-əqrəbasız halda, başıuca edər.”
15-"Fussilət” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs "Fussilət” surəsini oxusa, qiyamət günü göz işlədikcə nur və sevinc görəcək, dünyada isə başqalarının tərif və qibtəsi ilə yaşayacaqdır.”
16-"Duxan” surəsi: İmam Baqir (ə) buyurmuşdur: "Hər kəs vacib və müstəhəb namazlarda "Duxan” surəsini oxusa, Allah-taala qiyamət günü onu amanda olanlardan qərar və ona Öz ərşinin kölgəsində yer verəcək, ondan asan hesab çəkərək əməl dəftərini sağ əlinə verəcəkdir.”
17-"Zariyat”, "Şərh” və "Təlaq” surələri: Bu surələri hər gün bir dəfə ruzinin artması, gündəlik xərcin əldə edilməsi və güman etmədiyi yerdən ruzinin yetişməsi üçün oxumaq faydalıdır.
18-"Ər-rəhman” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: "Ər-rəhman” surəsini oxumağı tərk etməyin, həqiqətən bu surə münafiqlərin qəlbində yer tutmaz. Hər kəs bu surəni həmişə namazda oxusa, qiyamət günündə şəfaət edər.”
19-"Vaqiə” surəsi: Hər gecə işa namazından sonra və ya yatmazdan qabaq bir dəfə oxumaq faydalıdır.
İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs işa namazından sonra "Vaqiə” surəsini oxusa, heç vaxt fəqir və camaata möhtac olmaz.”[209]
20-"Təlaq” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs "Təlaq” surəsini oxusa, Allahın Rəsulunun davranışı əsasında vəfat edər.”
21-"Məariç” surəsi: Bu surəni oxumaq insanı Şeytanın şərrindən qoruyub saxlayır.
22-"Nuh” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs "Nuh” surəsini oxuyub, Allahdan bir hacət diləsə, Allah-taala o hacətin yerinə yetirməsini asanlaşdırar.”
23-"Cin” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs bu surəni çox oxusa, dünyada cinlərin gözündən, sehrindən və şərrindən amanda qalar və behiştdə həzrət Peyğəmbəri-Əkrəm (s)-in dostlarından olar.”
24-"Müzzəmmil” surəsi: Ruzinin artması üçün qırx bir gün müddətində hər gün bir dəfə oxumaq faydalıdır.
25-"Nəbə” surəsi: Hər kəs hər gün sübh namazından sonra – bir ildən üç il müddətində – oxusa, Allah-taala ona həcc ziyarətini qismət edər. Həmçinin, hər gün əsr namazından sonra onu xəstənin şəfa tapması üçün oxumaq çox faydalıdır.
26-"Fəcr” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: "Bu surə imam Hüseyn (ə)-ın surəsidir. Hər kəs onu vacib və müstəhəb namazlarda oxusa, behiştdə imam Hüseyn (ə)-la birgə olar.”
27-"Bələd” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs bu surəni oxuyub, ona əməl etsə, Allah-taala onu Peyğəmbər (s)-lə məhşur edər.”
28-"Şəms” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs "Şəms” surəsini oxusa, sanki üzərinə günəş və ay sacan hər bir şeyin sayı qədər sədəqə vermişşdir.”
29-"Ləyl” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs "Ləyl” surəsini oxusa, Allah-taala ona razı olanadək ruzi verər, onu çətinlikdən qurtarar və ona asanlıq əta edər.”
30-"Zuha” surəsi: Hər gün, yaxud hər cümə gecəsi arada fasilə vermədən oxumağın çoxlu savabı vardır.
31-"Qədr” surəsi: Hər bir hacətin yerinə yetirilməsi üçün bir məclisdə (bir oturumda) üç yüz altmış dəfə, həccə getmək və ruzinin artması üçün iyirmi dörd saat ərzində min dəfə oxumaq faydalıdır.
İmam Baqir (ə) "Qədr” surəsinin oxunuşunun savabı haqqında buyurmuşdur: "Hər kəs "Qədr” surəsini uca səslə oxusa, Allah yolunda qılınc çəkən; hər kəs onu yavaş oxuyarsa, Allah yolunda öz qanına boyanmış kimi olar. Həmçinin, hər kəs onu on dəfə oxusa, onun min günahı bağışlanar.”
32-"Zəlzələ” surəsi: İmam Rza (ə) buyurmuşdur: "Bu surəni dörd dəfə oxuyan şəxsə Quranın hamısını oxuyub qurtaran şəxsin savabı verilər.”
İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs bu surəni oxusa, dünyada zəlzələ və ildırım kimi böyük bəlalara düçar olmaz.”
33-"Qariə” surəsi: İmam Baqir (ə) buyurmuşdur: "Hər kəs "Qariə” surəsini oxusa, Allah-taala bu dünyada onu Dəccalın fitnəsindən, qiyamətdə isə cəhənnəmin hərarətindən qoruyub saxlayar.”
34-"Təkasur” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs "Təkasur” surəsini yatanda oxusa, qəbir fitnəsindən amanda qalar.”
35-"Əsr” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs "Əsr” surəsini ardıcıl oxusa, Allah-taala onun axır-aqibətini yaxşılıqla sona bitirər və haqq səhabələrindən olar. Əgər həmin surə xəzinəyə oxunsa, sahibi o xəzinəni acanadək, Allah-taala onu qoruyub saxlayar.”
36-"Huməzə” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs vacib namazların birində "Huməzə” surəsini oxusa, Allah-taala yoxsulluğu ondan uzaqlaşdırar, ruzisini artırar və pis (faciəli) ölümü ondan uzaq edər.”
37-"Kövsər” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs bu surəni vacib və müstəhəb namazlarda oxusa, Allah-taala onu "Kövsər” bulağından sirab edər. Belə şəxs "Tuba” ağacının altında Peyğəmbəri-Əkrəm (s)-lə birgə olar.”
38-"Kafirun” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs bu surəni vacibi namazda oxusa, Allah-taala onu, atasını və anasını bağışlayar, dünyada başıuca edər.”
39-"İxlas” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs "İxlas” surəsini bir dəfə oxusa, sanki Quranın üçdə birini, onu iki dəfə oxusa, sanki Quranın üçdə ikisini və onu üç dəfə oxusa, sanki bütün Quranı oxumuşdur.”
40-"Fələq” və "Nas” surələri: İmam Baqir (ə) buyurmuşdur: "Hər kəs vətr namazında "Fələq”, "Nas” və "İxlas” surələrini oxusa, ona belə deyilər: "Ey Allahın bəndəsi! Müjdə olsun sənə, həqiqətən Allah-taala (sənin) vətr namazını qəbul etmişdir.”

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 7
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Ya_Zehra | Status: İstifadəçi Offline | 26 Eylül 2015 18:06 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun deyerli melumatlardi hamisini yazib goturdum halal edin...

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 27 Temmuz 2015 09:35 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun Allah oxuduqumuz Qurani qebul etsin Amin

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 15 Temmuz 2014 19:38 | İstifadəçi | Şərh yazdı
ALLAH RAZI OLSUN,MARAQLI MELUMATLAR UCUN SAQ OLUN
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Nur Gul | Status: İstifadəçi Offline | 30 Mayıs 2014 00:18 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun..

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Zehra | Status: İstifadəçi Offline | 23 Ocak 2014 00:04 | İstifadəçi | Şərh yazdı
burda bu sureler olarsa sevinib ve oxuyaram
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: miryaqub | Status: İstifadəçi Offline | 3 Ocak 2014 22:24 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Amine | Status: | 3 Ocak 2014 11:36 | Qonaq | Şərh yazdı
Allah razi olsun.
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.