"Muhəmməd” surəsi
İmam Sadiq (ə) buyurmuşdur: "Muhəmməd” (s.v.s) surəsini
oxuyan şəxs ölənə qədər (haqqı batildən ayırmaqda) əsla şəkkə düçar
olmaz, Allah ona kasıbçılıq göstərməz və heç bir sultan qorxusu ona yol
tapa bilməz. Elə ki, həmən şəxs öldü Allah min mələyə onun üçün namaz
qılmağı əmr edər, namazların savabını ona verər və mələklər onun
dəfnində iştirak edərlər. Qiyamətdə də Allahın hüzurunda olar.
"Fəth” surəsi
İmam Sadiq (ə) buyurmuşdur: Mal - dövlət, arvad – uşaq və
kənizlərinizin tələf olmasının qarşısını "Fəth” surəsini oxumaqla alın.
Kim bu surəni oxusa qiyamətdə uca səslə (bu səsi qiyamətdəkilərin hamısı
eşidəcək) ona deyiləcək. Sən mənim ixlaslı, pak ürəkli
bəndələrimdənsən. Gəl mənim saleh bəndələrimə qoşul və Cənnətimə keç.
Mələklərə xitab olunacq ki, ona gözəl ətirli, heç kəsin əli dəyməmiş
qablarda kafur qatılmış şərab içirin.
"Yasin” surəsi
Savabı həddən artıqdır. Hər şeyin bir qəlbi var, Quranın
qəlbi də "Yasin” surəsidir. Bu surə axşam düşməmiş oxu, axşam düşməmiş
ruzun yetişir.
"Yunis” surəsi
İmam Sadiq (ə) buyurmuşdur: Kim 2-3 aydan bir "Yunis” surəsini oxusa
onun heç bir qorxusu olmaz. Dünyada mücahidlərdən, qiyamətdə isə Allahın
yaxın bəndələrindən olar.
"Hud” surəsi
İmam Baqir (ə) buyurmuşdur: Kim hər cümə günü "Hud”
surəsini oxusa Peyğəmbər(s.v.s) - lə bir yerdə olar, hesab asan olar və
onun nə günah etdiyi məlum olmaz.
"Yusif” surəsi
İmam Sadiq (ə) buyurmuşdur: Kim "Yuif” surəsini hər
gecə, ya gündüz oxusa Allah qiyamətə onu Yusif peyğəmbər (ə) –ın
gözəlliyində gətirər, qiyamətin qorxusu ona təsir etməz və Allahın ən
yaxşı bəndələrindən olar.
"Şura” surəsi
Kim daima "Şura” surəsini oxusa, Allah qiyamətdə onun
sifətini qar və ya günəş kimi ağ edər. Ona nida edib deyər: "Ey mənim
bəndəm! "Şura” surəsini oxudun, lakin onun savabından xəbərin yox idi.
Əgər onun savabını bilsəydin heç vaxt onu oxumaqdan yorulmazdın. İndi
mən onun savabını sənə verəcəyəm.”