"Ənam” surəsi (29-30)
29. وَقَالُواْ إِنْ هِيَ إِلاَّ حَيَاتُنَا الدُّنْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ
"Onlar dedilər: "Bizim dünya həyatımızdan başqa heç bir həyat yoxdur və biz (öləndən sonra) dirildilməyəcəyik.”
30. وَلَوْ تَرَى إِذْ وُقِفُواْ عَلَى رَبِّهِمْ قَالَ أَلَيْسَ هَذَا بِالْحَقِّ قَالُواْ بَلَى وَرَبِّنَا قَالَ فَذُوقُواْ العَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ
"Əgər görsən ki, onlar Rəblərinin hüzurunda saxlandıqları vaxt (Allah) buyurar: "Bu (qiyamət), haqq deyilmi?” Deyərlər: "Bəli, and olsun Rəbbimizə (ki, haqdır).” O buyurar: "Belədirsə, öz küfrlərinizin cəzası olaraq əzabı dadın.”
"Əgər görsən” təbiri 27 və 30-cu ayələrdə iki dəfə təkrarlanmışdır. Burada məqsəd qiyamət səhnəsini təsvir etmək və xalqın hidayəti üçün addım atmaqdır.
30-cu ayəyə əsasən, Allah günahkar bəndəsi ilə danışır. Amma bəzi ayələr bu danışığı inkar edir. Bu fərqi doğuran ya qiyamətin müxtəlif dayanacaqları və səhnələridir, ya da söhbətin ürəkaçan olmaması nəzərdə tutulur.
22-ci ayədə Allah kafirləri tövhid inancına qarşı çıxdıqları üçün məzəmmət edir. 27-ci ayədə isə nübüvvətin təkzibinə görə cəza vəd edilir. 30-cu ayədə qiyamətin inkarı önə çəkilir.
İslam insanlar üçün bir neçə növ həyat təsvir edir: dünya həyatı ; bərzəx həyatı ; mənəvi həyat, hidayət həyatı ; ictimai həyat ; (aram və qane qəlb sayəsində) pak həyat.
1. Müşriklər darbaxışlı və maddiyyatçı fərdlərdir. Onlar həyatın yalnız dünya həyatından ibarət olduğunu düşünürlər və qiyaməti inkar edirlər. Müşriklər bütləri şəfaətçi seçərkən dünya şəfaətini nəzərdə tuturlar.
2. Allah bütün inadkarlıqların cavabsız qalmayacağını bildirməklə peyğəmbərə təsəlli verir.
3. Günahkarlar zəlil əsirlər tək tutular və saxlanılarlar.
4. Qiyamətdə ilkin dərəcədə hakim və sorğuçu Allahdır.
5. Kafirlərin və müşriklərin qiyamətdəki etirafları səmərəsizdir.
6. Kafirlər qiyamətdə təkrar-təkrar and içərlər.
7. Qiyamət cəzaları dünyadakı küfr və inkarlara xatirdir.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti