» » » "Ənam” surəsi (37-38)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    "Ənam” surəsi (37-38)
    0
    Müəllif: Huseynci Medine | 2-02-2019, 10:00 | Baxılıb: 407
    "Ənam” surəsi (37-38)
    37. وَقَالُواْ لَوْلاَ نُزِّلَ عَلَيْهِ آيَةٌ مِّن رَّبِّهِ قُلْ إِنَّ اللّهَ قَادِرٌ عَلَى أَن يُنَزِّلَ آيَةً وَلَـكِنَّ أَكْثَرَهُمْ لاَ يَعْلَمُونَ
    "Dedilər: "Nə üçün Allah tərəfindən ona (Məhəmmədə (s) bizim istədiyimiz) bir möcüzə nazil olmadı?” De ki, şübhəsiz, Allah nişanə və möcüzə gətirməyə qadirdir, Amma onların çoxu bilməz.”
    Nöqtələr
    Ayənin nazilolma şəni haqqında deyilir: Bəzi Qüreyş başçıları mənfi təbliğata əl ataraq İslam peyğəmbərinə deyirdilər ki, Quranın möcüzə olması bəs etmir, İsa, Musa, Saleh kimi möcüzələr gətir. 
    Əlbəttə ki, həzrət Peyğəmbər (s) digər peyğəmbərlər kimi möcüzə gətirə bilərdi. Əgər o bu işi bacarmasaydı, o biri peyğəmbərlərin möcüzələri haqqında danışmazdı. Şiə və sünni rəvayətlərinə əsasən, İslam peyğəmbərinin Qurandan əlavə də möcüzələri olmuşdur.
    Möcüzə gətirilməsində məqsəd Allahla peyğəmbər arasındakı xüsusi əlaqəni göstərməkdir. Bu işdə inadkar xalqın yersiz istəkləri səbəb ola bilməz. Əlbəttə ki, bəzən höccətin tamamlanması, bəhanələrə son qoyulması məqsədi ilə xalqın möcüzə istəyi yerinə yetirilir.
    Tarix şahiddir ki, inadkar insanlara ardıcıl möcüzələr də təsir göstərmir. Belə möcüzələrdən sonra onlar Allahın qəzəbinə düçar olurlar. Quran buyurur ki, əgər biz mələkləri xalqa nazil etsəydik və ya ölülər onlarla danışsaydı, yenə də bəzi inadkarlar iman gətirməzdi. 
    Bildirişlər
    1. Müxaliflərin bəhanələrinə cavab verin.
    2. Allah qadirdir, amma həm də hikmət sahibidir. O, qüdrətini o zaman göstərir ki, iş hikmətə əsaslansın.
    38. وَمَا مِن دَآبَّةٍ فِي الأَرْضِ وَلاَ طَائِرٍ يَطِيرُ بِجَنَاحَيْهِ إِلاَّ أُمَمٌ أَمْثَالُكُم مَّا فَرَّطْنَا فِي الكِتَابِ مِن شَيْءٍ ثُمَّ إِلَى رَبِّهِمْ يُحْشَرُونَ
    "Yerdə heç bir canlı, iki qanadı ilə uçan heç bir quş yoxdur ki, onlar da sizin kimi ümmətlər olmasın. Biz bu kitabda (Quran və ya Lövhi-məhfuzda) heç nəyi ötürmədik. Sonra hamı öz Rəbbinin yanında toplanar.”
    Nöqtələr
    Quranda heyvanların həyatına xüsusi diqqət yetirilir. Onların yaranışı, şüuru və sifətlərinin xatırlanmasından xalqın hidayəti üçün istifadə olunur. Rəvayətlərdə, eləcə də təcrübədə heyvanların şüur və dərkini təsdiqləyən nümunələr çoxdur. Heyvanların həyatı ilə tanışlıq üçün diqqət göstərmək lazım gəlir. 
    Ayədə kitab deyilərkən Quran və ya Lövhi-məhfuz nəzərdə tutulur. Onlar əslində yaranış kitabıdır.
    Ayələrdə Quranın kamillik nişanəsi olan təbirlər az deyildir. 
    İmam Baqir (ə) buyurmuşdur: "Həzrət Peyğəmbər (s) və məsum imamların bütün sözlərinin Qurandan qaynaqlanması onun kamal göstəricisidir. Bir hədis deyəndə, bizdən onun Quran sənədini istəyin.”
    Bir hədisdə həzrət Peyğəmbər (s) söz-söhbəti, iqtisadi çəkişmənin və ardıcıl sualları qadağan edir. İmam Baqirdən (ə) bu hədisin sənədi haqqında soruşulduqda buyurur: "Nisa” surəsinin 5, 114-cü, "Maidə” surəsinin 101-ci ayələri deyilənlərin Quran sənədidir.” 
    Heyvanların şüuru
    Ayə və rəvayətlərdən, eləcə də, təcrübədən məlum olur ki, şüur təkcə insana məxsus deyildir. Nümunələrə nəzər salaq:
    1. Həzrət Süleyman öz qoşunu ilə bir məntəqədən keçərkən bir qarışqa o birilərinə dedi: "Dərhal evlərinizə dönün ki, Süleymanın qoşununun ayaqları altında qalmayasınız.  Düşməni tanımaq qarışqaların xüsusiyyətidir. Amma Süleymanın və onun qoşununun haqqında deyilənlər adi xüsusiyyət deyil.
    2. Hud-hud quşu səmada ikən xalqın şirkindən xəbər tutub Süleymana bu barədə xəbər verir. Bildirir ki, Səba məntəqəsinin sakinləri allahpərəst deyil. Bu vaxt ona xüsusi bir əmr verilir. Tövhidi, şirki, şirkin pisliyini, bu barədə Süleymana xəbər çatdırılmasının zəruriliyini bilməsi və xüsusi tapşırıq alması hud-hud üçün adi bir xasiyyət sayılmamalıdır. 
    3. Hud-hud bir müddət görünməməsinin səbəbini Süleymana açıqlayarkən dəlil gətirir. Bu dəlil onun şüurlu olmasını göstərir. 
    4. Bütün mövcudların Allaha təsbih deməsi barədə Quranın bildirişi təkvini təsbihi nəzərdə tutmur. Ayə bu təsbihin insanlar tərəfindən dərk olunmamasını qeyd edir. Təkvini təsbihi isə bizlər anlayırıq. Demək, Quran başqa bir təsbihdən danışır.
    5. Quran ayələrində bütün mövcudların Allaha səcdə qıldığı bildirilir. 
    6. Həzrət Süleymanın hərbi təlimlərində quşlar da iştirak edirdi. 
    7. Quşlar bir-birləri ilə danışırdılar və Süleyman Allahın ona quş dili öyrətməsi ilə fəxr edirdi. 
    8. Quranda qiyamət günü heyvanların məhşur olacağı bəyan olunur. 
    9. Ayələrdə heyvanların şüur və agahanə ibadət nişanələri var. 
    10. Bəzi heyvanlarda, o cümlədən itdə ev sahibi və onun övladlarına qarşı sədaqət var.
    11. Ov itlərinin və polis itlərinin təlimi bu heyvanlarda xüsusi bir agahlığın olduğunu göstərir.
    12. İslam bir heyvanı o biri heyvanın gözü qarşısında kəsməyə icazə vermir. Bu göstəriş heyvanlarda şüurun olduğuna işarədir.
    Bildirişlər
    1. Yaranışdakı ilahi qüdrət, varlıq aləminin məqsədli olması bütün mövcudlara münasibətdə eynidir.
    2. Nəzm və ictimai həyat yalnız insanlara aid deyildir. Heyvanların həyatında da xüsusi bir nizam-intizam müşahidə olunur.
    3. Həm insanlar, həm də heyvanlar İlahi tədbirə ehtiyaclıdırlar. Allah Öz məsləhəti əsasında onlara şüur verir və onların hər birində nizam-intizam vardır.
    4. Qurani-kərim ən əhatəli və ən kamil səmavi kitabdır.
    5. İnsanın hidayət, tərbiyə və inkişaf səbəbləri Quranda bəyan olunmuşdur. Quranda İslam peyğəmbərinin haqq olması və xalqın hidayəti məsələlərində heç bir əskiklik yoxdur.
    6. Heyvanlara münasibətdə də zülm və biganəliyə yol verməyək. Onların da bizim kimi yaşamaq haqları var. 
    7. Məad və həşr (qiyamət hüzuru) yalnız insanlara aid deyildir.
    8. Mövcudların Allaha doğru hərəkəti təkamül hərəkətidir və ilahi rübubiyyətdən bir cilvədir.
    Kitabın adı: Nur təfsiri (üçüncü cild)
    Müəllif: Möhsin Qəraəti
     
     
    Bölmə: Quran / Qurana aid
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.