100. قُل لاَّ يَسْتَوِي الْخَبِيثُ وَالطَّيِّبُ وَلَوْ أَعْجَبَكَ كَثْرَةُ الْخَبِيثِ فَاتَّقُواْ اللّهَ يَا أُوْلِي الأَلْبَابِ لَعَلَّكُمْ تُفْلِحُونَ
"(Xalqa) de ki, xəbisin (napakın) sayı səni heyrətə gətirsə də xəbislə (napakla) pak eyni deyil. Ey düşüncə sahibləri! Allahdan qorxun, bəlkə nicat tapasınız.”
Paklıq və napaklıq həm var-dövlətə, həm qazanca, həm qidalara, həm də müxtəlif əşyalara aiddir.
Bildirişlər
1. Dəyər ölçüsü çoxluq və ya azlıq yox, haqq və batildir.
2. Çoxluq aldadıcıdır, ehtiyatlı olaq. (Çoxluq nə haqlılıq, nə də üstünlük nişanəsidir.)
3. Rüsvayçılıqdan qurtarmaq üçün xalqa uyğunlaşmaq Quran məntiqi deyil.
4. Təqvasızlıq düşüncəsizlik nişanəsidir.
5. Pakı xəbisdən (napakdan) seçmək, təqvalı olmaq, cəmiyyətin hay-küyünə təslim olmamaq düşüncə sahiblərinin işidir.
6. Qurtuluş ağıl və düşüncədən əlavə ilahi təqvaya ehtiyaclıdır.
101. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَسْأَلُواْ عَنْ أَشْيَاء إِن تُبْدَ لَكُمْ تَسُؤْكُمْ وَإِن تَسْأَلُواْ عَنْهَا حِينَ يُنَزَّلُ الْقُرْآنُ تُبْدَ لَكُمْ عَفَا اللّهُ عَنْهَا وَاللّهُ غَفُورٌ حَلِيمٌ
"Ey iman gətirənlər! Aşkarlanacağı təqdirdə sizi narahat edəcək işlər barədə soruşmayın. Əgər Quran nazil olan vaxt onlar haqqında soruşsanız, sizin üçün aydınlaşar. Allah sizin yersiz suallarınızı bağışladı. Allah bağışlayan və həlimdir.”
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti