112. إِذْ قَالَ الْحَوَارِيُّونَ يَا عِيسَى ابْنَ مَرْيَمَ هَلْ يَسْتَطِيعُ رَبُّكَ أَن يُنَزِّلَ عَلَيْنَا مَآئِدَةً مِّنَ السَّمَاء قَالَ اتَّقُواْ اللّهَ إِن كُنتُم مُّؤْمِنِينَ
"(Xatırla,) o zaman ki, həvarilər dedilər: Ey İsa ibn Məryəm! Rəbbin sənin duanla səmadan bizim üçün süfrə (Maidə) endirə bilərmi? "İsa dedi: "Əgər möminsinizsə, Allahdan qorxun.”
113. قَالُواْ نُرِيدُ أَن نَّأْكُلَ مِنْهَا وَتَطْمَئِنَّ قُلُوبُنَا وَنَعْلَمَ أَن قَدْ صَدَقْتَنَا وَنَكُونَ عَلَيْهَا مِنَ الشَّاهِدِينَ
"Dedilər: (Bizim pis məqsədimiz yoxdur və bəhanə axtarmırıq,) ondan yemək istəyirik ki, qəlblərimiz əminlik tapsın. Bilək ki, bizə doğru demisən və həmin səma süfrəsinə şahidlərdən olaq.”
Surə səma süfrəsi ("Maidə”) istəyi səbəbindən "Maidə” adlandırılmışdır.
"Maidə” həm qida, həm də qidalar düzülmüş süfrə mənasını bildirir.
Həvarilərin "ya rəsuləllah” əvəzinə "ya İsa”, "Allah lütf edər” əvəzinə "edə bilərmi”, "Rəbbimiz” əvəzinə "Rəbbin” demələri ədəbsizlik sayıldığından onlar "Allahdan çəkinin” cavabını eşidirlər.
1. Ey peyğəmbər! Xalqdan çox şey gözləmə! İsanın həvarilərinə ilham olunurdusa, onlar iman gətirib təslim olduqlarını etiraf edirdilərsə də, yenə də könüllərindən möcüzə keçirdi.
2. Həzrət İsanın beşikdə danışması, ölüləri diriltməsi kimi möcüzələrini gördükləri halda Allahın qüdrətində tərəddüd etmələri həvarilərə yaraşmırdı.
3. Pis bir niyyətimiz olmasa da, müraciət edib danışarkən şəxslərin hörmətini qorumalıyıq.
4. Mömin Allahı sınağa çəkməməlidir.
5.Təqva iman nişanəsidir.
6. Qəlb yəqinliyi, əminliyi imandan uca mərtəbədir.
Həzrət İbrahim də Allaha əminlik axtardığını bildirir.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti