78. لُعِنَ الَّذِينَ كَفَرُواْ مِن بَنِي إِسْرَائِيلَ عَلَى لِسَانِ دَاوُودَ وَعِيسَى ابْنِ مَرْيَمَ ذَلِكَ بِمَا عَصَوا وَّكَانُواْ يَعْتَدُونَ
"Bəni-İsraildən kafir olan kəslər Davud və Məryəm oğlu İsanın dili ilə lənətləndilər. Bunun (lənət və nifrinin) səbəbi bu idi ki, onlar üsyan edib, Allahın göstərişlərinə təcavüz edirdilər.”
Həzrət Davud Bəni-İsraili ovun qadağan edildiyi şənbə günlərində yollarını azdıqları üçün lənətlədi. Həzrət İsa isə Bəni-İsrailə səmavi süfrədən yedikdən sonra növbəti dəfə küfr etdikləri üçün lənət yağdırdı.
İmam Baqir (ə) buyurmuşdur: "Həzrət Davudun nifrini onları donuza, həzrət İsanın nifrini isə onları meymuna döndərdi.”
Bildirişlər
1. Bəni-İsraildən bir dəstəsi öz peyğəmbərinin lənətinə düçar oldu.
2. Üsyan və təcavüz insanı küfrə çəkir.
3. Peyğəmbərlər heç də həmişə şəfaətçi olmur. Bəzən onlar nifrin də yağdırır.
4. Günah və təcavüzün ardınca peyğəmbərlərin lənəti gəlir.
5. Təcavüz və qanunları pozmaq Bəni-İsrailin yoludur.
79. كَانُواْ لاَ يَتَنَاهَوْنَ عَن مُّنكَرٍ فَعَلُوهُ لَبِئْسَ مَا كَانُواْ يَفْعَلُونَ
"Onlar bir-birlərini gördükləri pisliklərdən çəkindirmirdilər. (Nəhy əz münkər etmirdilər.) Doğrusu, gördükləri iş necə də pisdir!”
İmam Sadiq (ə) buyurmuşdur: "Allah-təalanın bu ayədə məzəmmət etdiyi Bəni-İsrail dəstəsi günah məclisinə daxil olmasalar da, günahkarları gördükdə onlarla xoş davranırdılar.
Digər bir rəvayətdə Həzrət Əlidən (ə) belə nəql olunur: "Bəni-İsrail zalımların günaha batdığını görsə də, onlardan faydalandığı üçün nəhy əz münkər etmirdi. (Qorxurdular ki, mənafeləri əldən çıxsın.) Allah onları pislikləri ilə xatırlayır.
1. Fitnə-fəsada biganə qalanlar peyğəmbərlər tərəfindən lənətlənmişlər.
2. Nəhy əz münkər yalnız İslam dininə məxsus deyil.
3. Nəhy əz münkər əhatəli və ümumi bir vəzifədir.
4. Bəni-İsrail və yəhudi cəmiyyətində fitnə-fəsad rəvac tapmışdır.
5. Əmr be mərufun tərk olunması küfrə zəmin yaradır.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti