1. Ruhiyyələri gücləndirmək lazımdır.
2. Müsəlmanlar iman sayəsində sığortalanmışlar.
3. Müxalifləriniz sizi məhv etmək üçün çalışırlar. Amma onlar öz məqsədlərinin cüzi bir hissəsinə çata bilirlər.
4. İmanı olmayanın müqavimət ruhiyyəsi də olmur.
5. Quran kitab əhlinin müsəlmanlar qarşısında duruş gətirməyəcəyini öncədən xəbər verir.
6. Düşmənə qalib gəlib onu qaçmağa vadar etmək iman, əmr be mərufda sabitqədəmlik sayəsində mümkün olur.
7. Günah döyüş cəbhəsində zəiflik yaradan səbəbdir.
8. Düşmənin gücünü gözlərdə alçaldın.
112. ضُرِبَتْ عَلَيْهِمُ الذِّلَّةُ أَيْنَ مَا ثُقِفُواْ إِلاَّ بِحَبْلٍ مِّنَ اللّهِ وَحَبْلٍ مِّنَ النَّاسِ وَبَآؤُوا بِغَضَبٍ مِّنَ اللّهِ وَضُرِبَتْ عَلَيْهِمُ الْمَسْكَنَةُ ذَلِكَ بِأَنَّهُمْ كَانُواْ يَكْفُرُونَ بِآيَاتِ اللّهِ وَيَقْتُلُونَ الأَنبِيَاء بِغَيْرِ حَقٍّ ذَلِكَ بِمَا عَصَوا وَّكَانُواْ يَعْتَدُونَ
"(Düşmənləriniz o qədər qorxaqdırlar ki,) harada olsa zillət damğası ilə damğalanmışlar. Yalnız ilahi ipə sarıldıqda və xalqa bağlandıqda belə olmaz. Onlar Allahın qəzəbinə düçar oldular və çarəsizlik möhürü ilə damğalandılar. Bunun səbəbi onların Allah ayələrinə küfr etməsi, peyğəmbərləri nahaqdan öldürmələri idi. Bunun səbəbi üsyan edib, həddi aşmaları idi.”
Rəvayətlərdə nəql olunduğu kimi, bu ayə Allah və Onun rəsuluna itaətsizlik səbəbindən qəzəbə gəlmiş yəhudi qövmü haqqındadır. Onlar zəlalət möhürü ilə damğalanmışlar. Onların bir günahı da peyğəmbərləri qətlə yetirmələri idi. Rəvayətlərə əsasən, burada qılıncla öldürmək yox, peyğəmbərlərin sirlərinin açılması nəzərdə tutulur. Bu sirlərin açılması zalım hakimlərin müvəffəqiyyəti və peyğəmbərləri qətlə yetirməsinə səbəb olmuşdur.("Kafi”, c. 2, səh. 371. )
1. Küfr və peyğəmbərləri qətlə yetirməyin nəticəsi zillət və çarəsizlikdir.
2. Yəhudilər həmişə zəlildir. Onlar bəzən təbliğat, iqtisadiyyat və siyasətdə önə keçsələr də, kəramət, izzət, məhbubiyyət və əmniyyət baxımından ən alçaq vəziyyətdədirlər. Necə ki, bir oğru böyük məbləğ əldə etsə də, heç vaxt böyük məqam qazana bilmir.
3. Müxaliflərin zəlil vəziyyətinin bəyanı ilə möminlərin ruhiyyəsini gücləndirin.
4. İki şey izzət rəmzidir: Allahın qüdrətinə daxilən inam, ümmət və millətlərlə gözəl rabitələr.
5. Yəhudilərin xilas yolu İslama iman gətirməkdir.
6. Əqidənin əmələ təsiri var.
7. Yəhudi qövmünə bir çox peyğəmbərlər gəlmişdir.
8. Ən böyük şəxsiyyətlərə münasibətdə də meyarları yaddan çıxarmayın. Peyğəmbərlərin öldürülməsi böyük günah olsa da "haqsız” sözü bu qətl meyarının batil olduğunu göstərir.
9. Günah və təcavüz küfr və peyğəmbərlərin qətli kimi böyük günahlara zəmin yaradır.
10. Təcavüz və küfrdən də pisi bu işlərdə israrlı olub onu davam etdirməkdir.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti