"Ali-İmran” surəsi (109-110)
109. وَلِلّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ وَإِلَى اللّهِ تُرْجَعُ الأُمُورُ
"Göylərdə və yerdə olanlar Allaha məxsusdur. Bütün işlərin qayıdışı yalnız Allaha doğrudur.”
İlahi ayələr peyğəmbərə artırılıb-əskildilmədən, haqq və həqiqət əsasında nazil olur. Eləcə də, əməllər və reaksiyalar, mükafatlar və cəzalar möhkəm üsul və qaydalara əsaslanır. Allah Öz bəndələrinə onların gücündən artıq vəzifə tapşırmır, mükafat və cəzada insanların fərqli şəraitləri və istedadları nəzərə alınır, zülmə yol verilmir.
Yalnız nöqsanı olan və ya haqq yolla məqsədinə çata bilməyən kəs zülm edir. Həmçinin zülmün pisliyindən xəbərdar olmayan kəs bu yola əl atır. Allahda isə bu sifətlərin heç biri yoxdur. Əgər hər şey Allahındırsa və qayıdış yalnız Ona doğrudursa, Allahın zülm etməyə nə ehtiyacı ola bilər?!
1. Peyğəmbərə vəhy nazil olması haqdır. Vəhy təxəyyül məhsulu deyil.
2. Qiyamətdəki üzüağlıq və üzüqaralıq Allahın zülmü yox, insanın öz əqidə və əməllərinin nəticəsidir.
110. كُنتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِالْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَتُؤْمِنُونَ بِاللّهِ وَلَوْ آمَنَ أَهْلُ الْكِتَابِ لَكَانَ خَيْرًا لَّهُم مِّنْهُمُ الْمُؤْمِنُونَ وَأَكْثَرُهُمُ الْفَاسِقُونَ
"Siz xalq üçün zahir olmuş ən yaxşı ümmətsiniz. Yaxşılıqları əmr edir, pisliklərə qadağa qoyursunuz və Allaha imanınız var. Əgər kitab əhli (də belə nurani ayələrə iman gətirsəydilər, şübhəsiz onlar üçün yaxşı olardı. Onlardan bəziləri mömindirlər. Amma çoxları günahkardır.”
Bu surənin 104-cü ayəsində əmr be məruf və nəhy əz münkərin xüsusi bir rəsmi qrup tərəfindən gerçəkləşən ayrıca mərhələsi haqqında danışıldı. Bu ayədə isə hamının vəzifəsi olan ümumi mərhələyə işarə olundu.
1. Bir ümmət şüarla yox, iman, əmr be məruf və nəhy əz münkərlə ən üstün ümmət ola bilər.
2. Səsini çıxarmayan, qorxaq ümmətdə xeyir yoxdur.
3. Əmr be məruf və nəhy əz münkər (yaxşılığa əmr və pisliyin qadağası) o qədər mühümdür ki, bu meyarın yerinə yetirilməsi ümmət üçün imtiyaz sayılır.
4. Yaxşılığa əmr və pisliyə qadağa müsəlmanlar vahid bir ümmət olub hakimiyyət əldə etdikdə gerçəkləşir.
5. Müsəlmanlar bütün dünyanı islah etməyə məsuldurlar.
6. Fəsadla mübarizə aparmadan yaxşılığa dəvət etmənin nəticəsi cüzidir.
7. Ümmətin hər bir fərdi yaxşılığa əmr etməli və pisliyə qadağa qoymalıdır.
8. Əmr be mərufda yaşın, insanın sakin olduğu yerin, irqin, millətin, savadın, iqtisadi və ictimai mövqeyin rolu yoxdur.
9. Müsəlman xahiş və yalvarışla yox, hökmlə əmr etməli və qadağa qoymalıdır.
10. Əmr be məruf nəhy əz münkərdən öndə gəlir.
11. Yalnız imandan qaynaqlanmış əmr və qadağanın təsiri var.
12. Allah kitab əhlini İslama dəvət edir.
13. İslam bütün digər dinləri gücdən salmışdır.
14. İnsan yol seçimində azaddır.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti