13. فَبِمَا نَقْضِهِم مِّيثَاقَهُمْ لَعنَّاهُمْ وَجَعَلْنَا قُلُوبَهُمْ قَاسِيَةً يُحَرِّفُونَ الْكَلِمَ عَن مَّوَاضِعِهِ وَنَسُواْ حَظًّا مِّمَّا ذُكِّرُواْ بِهِ وَلاَ تَزَالُ تَطَّلِعُ عَلَىَ خَآئِنَةٍ مِّنْهُمْ إِلاَّ قَلِيلاً مِّنْهُمْ فَاعْفُ عَنْهُمْ وَاصْفَحْ إِنَّ اللّهَ يُحِبُّ الْمُحْسِنِينَ
"(Bəni-İsrailə) əhdlərini sındırdıqları üçün lənət etdik (rəhmətimizdən uzaqlaşdırdıq). Onların qəlblərini bərkitdik. Onlar (ilahi) kəlmələrin yerini təhrif edirlər. Onların nəzərinə çatdırılanlardan bir hissəsini unutdular. Sən daim onların xəyanətlərindən xəbərdar olarsan. (Onların hər gün yeni bir xəyanətləri, qurğuları vardır.) Onların bir hissəsi istisnadır. (Daşqəlbli, təhrifçi xain deyildirlər.) Onlardan keç və büdrəmələrinə göz yum. Həqiqətən, Allah yaxşı əməl sahiblərini dost tutur.”
Bu surənin ilk ayəsində əhdlərə vəfa, növbəti ayədə Allahın Bəni-İsraillə peymanı xatırlanmışdır. Bu ayədə isə vədə xilaflığın, əhdi pozmağın təsirləri bəyan olunur.
Unutqanlıq bəzən ixtiyarsız şəkildə baş verir. Bu hal tənqid olunmur. Amma unutqanlıq səbəbi etinasızlıq və diqqətsizlik olur. Bu hal tənqid olunur. Bu ayədə də uyğun halların nümunəsi bəyan olunmuşdur.
1. Bəni-İsrailin vədə xilaflığından və bu işin aqibətindən ibrət götürün.
2. Əhdi pozmaq ilahi lütfdən məhrumluq səbəbi və qəlbin daşlaşması üçün zəmindir. "Tövbə”, surəsinin 77-ci ayəsində əhdə vəfasızlıq nifaq səbəbi kimi göstərilmişdir.
3. Bəni-İsraildən bir dəstəsi daim xəyanət əhli olmuşdur.
4. Peyğəmbər daim yəhudilərin əməl və rəftarlarını izləmişdir.
5. Düşmənlə münasibətdə insafı yaddan çıxarmayın. ("İlla qəlilən” ifadəsi Bəni-İsrail arasında fitnəkar olmayanların da varlığını göstərir.)
6. Əfv və bağışlama ehsan nümunələrindəndir.
7. Kafirin də bağışlanması ehsan və yaxşılıqdır.
8. Xeyirxah insan Allahın sevimlisidir.
14. وَمِنَ الَّذِينَ قَالُواْ إِنَّا نَصَارَى أَخَذْنَا مِيثَاقَهُمْ فَنَسُواْ حَظًّا مِّمَّا ذُكِّرُواْ بِهِ فَأَغْرَيْنَا بَيْنَهُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاء إِلَى يَوْمِ الْقِيَامَةِ وَسَوْفَ يُنَبِّئُهُمُ اللّهُ بِمَا كَانُواْ يَصْنَعُونَ
"Biz məsihiyik” deyən kəslərdən əhd aldıq. Onlar (Bəni-İsrail kimi) nəzərlərinə çatdırılanların bir hissəsini unutdular. Düşmənçilik və kin-küdurəti qiyamət gününədək aralarında qərar verdik. Allah tezliklə onları gördüyü işlərdən agah edəcəkdir.”
"Nəsara” "nəsrani” sözünün cəm formasıdır. Həzrət İsa yardımçılarının şüarı da belə olduğundan onların «nəsara» adlandırılması nəzərə gəlir.
"Bəğza” qəlb düşmənçiliyi, "ədavət” isə onun zahirdə təzahürüdür.
Xatırlatmaların bir hissəsinin unudulması dedikdə, məsihilərin tövhid həddini aşıb üç üqnuma üz tutması və həzrət Məhəmmədi (s) qəbul etmək əvəzinə, onun nişanələrini gizlətmələri nəzərdə tutulur.
"Əğrəyna” əslində «yapışdırma» mənasını bildirir. Yəni onların bağlılıq səbəbi aralarındakı ədavətdir.