"Ali-İmran” surəsi (115-116)
115. وَمَا يَفْعَلُواْ مِنْ خَيْرٍ فَلَن يُكْفَرُوْهُ وَاللّهُ عَلِيمٌ بِالْمُتَّقِينَ
"Onların gördüyü xeyir işlər heç vaxt dəyərləndirilməmiş qalmaz. Allah təqvalılardan xəbərdardır.”
"Bəqərə” surəsinin üçüncü ayəsində imanla yanaşı, namazda xatırlandığı kimi, bu ayədə də imanla yanaşı əmr be məruf və nəhy əz münkər yada salınır.
Quranda əmr be mərufun nəhy əz münkərdən öncə gəlməsi bir qaydadır. Bəli, yaxşılıq qapıları açıldıqda, pisliyin yolu bağlanır. Asan izdivac günahın qarşısını alır. Namaz insanı çirkin işlərdən uzaqlaşdırır. Faydalı bir iş ictimai fəsadlara mane olur. İnsanların şəxsiyyətinin qiymətləndirilməsi onları süqutdan saxlayır.
Salehlər hamının qoşulmaq istədiyi kəslərdir.("Yusif”, 108; "Şüəra”, 83. )Hər bir müsəlman hər gün onlara beş dəfə salam verir.
Allah dərgahında heç bir saleh əməl zay olmur. Quranda oxuyuruq: "Həqiqətən, Allah müttəqilərdən qəbul edir.”("Maidə”, 27. )Bəli, iman və təqva qəbul şərtidir. Ona görə də bu ayədə oxuyuruq: «Biz özümüz müttəqilərin kim olduğunu bilirik. Onların əməli qəbul olasıdır.»
1. Digər dinlərdə də əmr be məruf və nəhy əz münkər (yaxşılığa əmr və pisliyin qadağası) öz əksini tapmışdır.
2. Sübhün səcdələri gün uzunu əmr və qadağalarla müşayiət olunmalıdır.
3. Xeyir işə tələsmək onun dəyərini artırır.
4. Salehlərin yaxşılıqda fəaliyyəti mövsümi yox, daimidir.
5. O şəxslər salehdirlər ki, bəzi xeyir işlərə yox, bütün xeyir işlərə həvəslə gedirlər.
6. İman, ibadət, tilavət, əmr be məruf və nəhy əz münkər, xeyir işdə sürət insanı salehlər zümrəsinə qatır.
116. إِنَّ الَّذِينَ كَفَرُواْ لَن تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلاَ أَوْلاَدُهُم مِّنَ اللّهِ شَيْئًا وَأُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ
"Həqiqətən, kafir olanların malları və övladları heç vaxt onlardan Allahın əzabını dəf etməz. Onlar oda yoldaşdırlar və daim orada qalarlar.”
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti