17. لَّقَدْ كَفَرَ الَّذِينَ قَآلُواْ إِنَّ اللّهَ هُوَ الْمَسِيحُ ابْنُ مَرْيَمَ قُلْ فَمَن يَمْلِكُ مِنَ اللّهِ شَيْئًا إِنْ أَرَادَ أَن يُهْلِكَ الْمَسِيحَ ابْنَ مَرْيَمَ وَأُمَّهُ وَمَن فِي الأَرْضِ جَمِيعًا وَلِلّهِ مُلْكُ السَّمَاوَاتِ وَالأَرْضِ وَمَا بَيْنَهُمَا يَخْلُقُ مَا يَشَاء وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
"Allah Məryəmin oğlu Məsihdir” deyənlər, şübhəsiz ki, kafir oldular. (Ey peyğəmbər, onlara) de ki, əgər Allah Məryəm oğlu Məsih, onun anası və yer üzündə olan hər kəsi həlak etmək istəsə, kimin bunun (qəhrin) qarşısında əlindən bir iş gələr? Göylər və yer, onların arasında olanlar Allahın hakimiyyətindədir. İstədiyini yaradır, Allah hər şeyə qadirdir.”
Məsihilərin Allahla bağlı bir neçə əsassız iddiaları var. Quran onlara işarə edir:
1.Üç məbuda etiqad.
2. Yaradan Allahın üç məbuddan biri (ata Allah) olmasına etiqad.
3. İlahiliyin Məsihə aid edilməsi. (Bu ayə həmin iddianı rədd edir.)
"İstədiyini yaradır” ifadəsi İsanın atasız, Adəmin ata-anasız yaranışına işarədir.
Əgər həzrət Məsih Allah idisə, necə oldu ki, (məsihilərin əqidəsinə görə) öldürüldü və xaç onun məzlumiyyət nişanəsi oldu? Allah sui-qəsd edə bilməz!
1. İslam istənilən bir məktəbə aid küfr, şirk və xurafatla müxalifdir. (Həddi aşmaq da küfrün bir növüdür.)
2. Peyğəmbərə müxaliflərlə məntiq əsasında danışmaq əmr olunub.
3.Əgər məsih Allah olsaydı, qadın bətnində qərar tutmazdı.
4. Fəna və yoxluq Allahlıqla uyğun gəlmir.
5. İsa, onun anası və bütün bəşəriyyət Allah qarşısında acizlikdə eynidirlər.
6. İsa kimi bir insanı Allah bilmək məsihilərin Allahı tanımaması nişanəsidir.
7. İlahi qüdrət məhdud bir nizam çərçivəsində deyil. Allah, ata olmadan da övlad yarada bilər.
18. وَقَالَتِ الْيَهُودُ وَالنَّصَارَى نَحْنُ أَبْنَاء اللّهِ وَأَحِبَّاؤُهُ قُلْ فَلِمَ يُعَذِّبُكُم بِذُنُوبِكُم بَلْ أَنتُم بَشَرٌ مِّمَّنْ خَلَقَ يَغْفِرُ لِمَن يَشَاء وَيُعَذِّبُ مَن يَشَاء وَلِلّهِ مُلْكُ السَّمَاوَاتِ وَالأَرْضِ وَمَا بَيْنَهُمَا وَإِلَيْهِ الْمَصِيرُ
"Yəhudilər və məsihilər dedilər: "Biz Allahın oğulları və (xüsusi) dostlarıyıq.” De ki, bəs nə üçün sizi günahlarınıza görə cəzalandırır? (Belə deyil,) siz də Onun məxluqlarından olan insanlardansınız. (Üstünlüyünüz yoxdur.) (Allah) istədiyini (layiqli bilsə) bağışlayar və istədiyinə əzab verər. Göylərin və yerin, onların ikisi arasında olanların hakimiyyəti Allahındır. Qayıdış və son yalnız Ona doğrudur.”