"Ali-İmran” surəsi (45-46)
45. إِذْ قَالَتِ الْمَلآئِكَةُ يَا مَرْيَمُ إِنَّ اللّهَ يُبَشِّرُكِ بِكَلِمَةٍ مِّنْهُ اسْمُهُ الْمَسِيحُ عِيسَى ابْنُ مَرْيَمَ وَجِيهًا فِي الدُّنْيَا وَالآخِرَةِ وَمِنَ الْمُقَرَّبِينَ
"(Xatırla,) o zaman ki, mələklər dedilər: Ey Məryəm! Həqiqətən, Allah Məsih - Məryəm oğlu İsa adlı kəlmə və nişanə ilə sənə müjdə verir. O kəs ki, dünya və axirətdə möhtərəmdir və (Allaha) yaxınlardandır.”
Quranda həzrət İsa "kəlmə” sözü ilə yad edilir. Quran dilində bu söz "məxluq” mənasını verir. Necə ki, "Kəhf” surəsinin 109-cu ayəsində buyurulur: "Əgər ilahi kəlmələri yazmaq üçün dəryalar mürəkkəb olsa, onlar tükənər, amma ilahi kəlmələr tükənməz.”
"Dünya və axirətdə hörmətli” vəsfi Quranda yalnız həzrət İsa haqqında işlədilmişdir. Bu sifət digər heç bir kəsə aid edilməmişdir.
1. Qadının məqamı elə bir dərəcəyə çata bilər ki, Allah mələklər vasitəsi ilə onunla danışar.
2. Övlad bir nemətdir.
3. İsa Allahın oğlu yox, Onun məxluqudur. Amma o, yetərincə böyük və tanınmamış bir məxluqdur.
4. Allah Öz övliyalarına onlar dünyaya gəlməmiş ad qoyur.
5. Məryəmin doğduğu və bətnində bir dövr yaşamış varlıq Allahın övladı ola bilərmi?!
6. Dünyəvi ehtiram da bir dəyərdir və onu əldə etməyin eybi yoxdur.
46. وَيُكَلِّمُ النَّاسَ فِي الْمَهْدِ وَكَهْلاً وَمِنَ الصَّالِحِينَ
"(Sənə müjdə verilən körpə) beşikdə və orta yaşlarında (vəhy vasitəsi ilə) xalqla danışar. O salehlərdəndir.”
Bu körpənin beşikdə danışması həm gələcək haqqında verilən xəbər, həm də həzrət İsanın möcüzəsidir. Böyüdüyü vaxt danışması digər bir qeybi xəbərdir. Qabaqcadan bildirilir ki, o yaşlaşanadək sağ qalacaq. Onun ləyaqət və möhtərəmliyi haqqında verilən xəbərlər də öncədən verilən bir xəbər və müjdədir.
1. Məryəmə zövcəsi olmadan övlad verə bilən kəs həmin övladın beşikdə də dilini aça bilər.
2. Allah paklığı çirkin böhtanlardan qorumaq istədiyi vaxt körpənin də dilini açar.
3. İlahi bildirişi bir insan uşaq yaşında da başqalarına çatdıra bilər. (İmam Cavad (ə), imam Hadi (ə), imam Məhdi (ə) uşaq yaşlarında imamət məqamına çatmışlar.)
4. Allah istəyəndə körpə də böyük kimi danışır.
5. Məryəm kimi saleh bir qadından İsa kimi övlad dünyaya gəlir.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti