Əli (ə) - Kəbənin içində doğulan yeganə şəxsdir.
Əli (ə) - kamillik zirvəsini fəth edən ilk İmamdır.
Əli (ə) - Peyğəmbərin (s) elm şəhərinin qapısıdır.
Əli (ə) - o kəsdir ki, Qurani-Kərimdə haqqında ayələr nazil olmuşdur.
Əli (ə) - o kəsdir ki, ona məhəbbət - Allaha imanın nişanəsidir.
Əli (ə) - hicrət gecəsi Peyğəmbərin (s) yatağında canını fəda edən kəsdir.
Əli (ə) – o kəsdir ki, Xeybərin fəthi məhz onun əli ilə gerçəkləşdi.
Əli (ə) - dünya və axirətdə Peyğəmbər bayrağının sahibidir.
Əli (ə) - hər iki dünyada Peyğəmbər ümmətinin rəhbəridir.
Əli (ə) - Fatimeyi-Zəhraya (s.ə.) layiq hər cəhətdən kamil və pak olan yeganə insan idi.
Əli (ə) - İmam Həsən (ə) və İmam Hüseyn (ə) kimi parlaq şəxsiyyətlər yetişdirən bənzərsiz atadır.
Əli(ə) - bəşərin ən xeyirlisidir, şəfaət qapısıdır.
Əli (ə) - ehtiyaclılara həm maddi, həm mənəvi dayaq idi.
Əli (ə) – "Qul huvəllahu əhəd”in Qurani-Kərimdəki məqamının bənzəridir.