Sonra Əli (əleyhissalam) bu xütbədə (160) Həzrət Musa (əleyhissalam)-ı xatırlayıb buyurur: İstəyirsən, İslam Peyğəmbərindən sonra Allahın elə dostunu xatırlayam ki, Allah dərgahına sarı hacət əlini götürüb belə dua buyurmuşdur?:
"İlahi hər nə xeyir və yaxşılıq mənə nazil etsən ona ehtiyacım vardır.” ("Qəsəs” surəsi, 24)
And olsun o böyük Allaha ki, Musa (əleyhissalam) Allahdan yeyəcəyi çörəkdən başqa bir şey istəmədi. Çünki, o Həzrət yerin otunu (ələfini) yeyirdi belə ki, arıqlıqdan və ətinin azlığından yediyi otun göyü qarnının nazik dərisinin arxasından görünürdü! Rəvayətlərdə gəlib ki, bir gün Musa (əleyhissalam) Allaha belə ərz etdi:
"Mən acam” Allah buyurdu: "Sənin aclığını bilirəm” Musa ərz etdi: "Məni öz yeməyinlə (ruzinlə) qidalandır.”
Allahın Musa (əleyhissalam)-la olan vəhylərindən biri də bu idi:
"Ey Musa! Yoxsul o kəsdir ki, mənim kimi başçısı yoxdur. Xəstə o kəsdir ki, mənim kimi təbibi yoxdur, qərib o kəsdir ki, mənim kimi munisi yoxdur.
Ey Musa! Bir tikə arpa çörəyinə razı ol. Dünya sənə tərəf üz döndərdikdə de:
"Hamımız Allah tərəfinən gəlmişik və onun tərəfinə də qayıdacağıq.” Dünyanın sənə arxa çevirdiyini gördükdə isə belə de:
"Afərin salehlərin şüarına.” Ey Musa! O şey ki, Allah Firona verib təəccüblənmə, onlar dünyanın davamsız həyat zirvələridir!”
Kitabın adı: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət)