132.Fürsət axtaran yəhudiyə diş sındıran cavab
Həzrət Musa (əleyhissalam) Fir`on və Fir`onçulara qalib gələndən sonra tağutların fitnə və əziyyətlərindən rahat olsa da böyük daxili çətinliklərlə qarşılaşdı. O cümlədən budur ki: Bəni İsrail Musa (əleyhissalam)-la dənizdən keçəndən sonra onlar öz yolları boyunca bir qrupu gördülər ki, xuzu və təvazo ilə öz bütlərinin ətrafını tutmuş və onlara pərəstiş edirdilər. Cahil və korqəlbli adamlar bu mənzərənin tə`siri altında qərar tutub aşkarcasına Musaya dedilər: «Ey Musa! Bizə bir mə`bud qərar ver necə ki, onların özləri üçün mə`budları vardır.»
Həzrət Musa (əleyhissalam) bu cahilanə təklifdən çox narahat oldu və onlara buyurdu: «Siz cahil və xəbərsizsiniz.»
Bir gün bir nəfər yəhudi Əli (əleyhissalam)-ın hüzurunda müsəlmanlara irad tutdu ki; «Siz hələ peyğəmərinizi torpağa tapşırmamışdınız ki, ixtilaf etdiniz?!»
İmam Əli (əleyhissalam) onun cavabında bu diş sındırıcı cavabı verdi:
«Biz Peyğəmbərdən yetişən dəstur və sözlər barəsində ixtilaf etdik, nəinki Peyğəmbərin özü və nübuvvət barədə (ta yaradanın Allahlığına dair), amma sizin ayağınız hələ dənizin suyundan qurumamışdı ki, Peyğəmbərinizə təklif etdiniz «bizim üçün mə`bud qərar ver, necə ki, bütpərəstlərin mə`budları vardır»
Musa (əleyhissalam) isə onlara belə cavab verdi: «Siz nadan cəmiyyətsiniz.»
Kitabın adı: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət)