Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
İmam Huseyn (ə)-n Qurani Kərimdə fəzilətləri.
İmam Huseyn (ə) fəziləti Quran və hədislərdə öz əksini tapmış və inkar olunması mümkün olmayan həqiqətlərdir.Atası Hz Əli və qardaşı Hz Həsəndən sonra Allah tərəfindən İslam ümmətinə imam və xəlifə təyin olunmuş şəxsdir.Peyğəmbər (s) özündən sonraümmətə on iki imam rəhbərlik edəcəyini və onların isə imamlığına etiqadın vacib olduğunu bildirmişdir.Sünni məhzəbinin banilərindən biri olan Əhməd ibn Hənbəl "Müsnəd” kitabının 4 cü cild səhifə 96-da yazır.Peyğəmbər (s) buyurur.Hər kim zamanının imamını tanımadan ölsə cahiliyyət dövrünün ölüsü kimi ölər.Səhihi Müslümdə Kitabul İmamət əsərinin 3-cü cild 1452-ci səh-də yazır.Peyğəmbər (s) buyurur.Məndən sonra on iki imam xəlifə olacaq.Həqiqətən də İmam Huseyn (ə) dövrünün imamı və xəlifəsi idi.Lakin təəssüflər olsun ki onun dünyəvi xəlifəliyi zalımların ucbatından gerçəkləşə bilmədi.
Əbu Hureyrə deyir.Peyğəmbər (s) buyurur.Mən meraca gedəndə ərşin altında eşitdim ki,deyilirdi.Əli hidayət bayrağı və mənə sığınanların sevimlisidir.Ya Muhamməd (s) bunu öz ümmətinə çatdır.
İmam Sadiq (ə) buyurur.Peyğəmbər (s) Fatiməni (s.ə) çox öpərdi.Bunu görən Aişə etiraz etdikdə o Həzrət buyurdu. Ey Aişə!Meraca gedəndə cənnətə daxil oldum.Orada Cəbrayıl məni yanına çağırıb Tuba ağacının meyvəsindən yedirtdi.Ondan belimdə bir şey əmələ gəldiki, yer üzünə qayıtdıqdan sonra Xədicə ilə olan münasibətimdən Xədicə Fatiməyə hamilə oldu.Mən Fatiməni öpdükdə Tuba ağacının ətrini duyuram.(Əllamə Huveyz,Təfsir Nuri Səqəleyn c3,s131).Bundan əlavə İmam Huseyn (ə) Əhlibeytdən olduğuna görə xüsusi üstünlük və fəzilətə malikdir.Qurani Kərimdə Əhzab surəsinin 33-cü ayəsində buyurulur. Siz ey ev əhli,Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz pak etmək istəyir.Bütün təfsir əhlinə görə bu ayə "Təthir” ayəsi kimi tanınır.Bu ayə Peyğəmbərin (s)-n xanımı Ümmü Sələmənin evində nazil olub.Bu haqda Müslüm ibn Həccac Nişapuri belə rəvayət edir.Ümmü Sələmə deyir.Bu ayə mənim evimdə nazil olanda Əli (ə), Fatimə (s.ə), Həsən (ə), Huseyn (ə) Peyğəmbərin ətrafında oturmuş, mən isə qapının astanasında oturmuşdum.Peyğəmbər (s) onları əbasının altına alıb buyurdu.Allahım bunlar mənim əhlibeytimdir.Dedim ey Allahın Rəsulu mən də ora daxil olum.Dedi sən yerində qal,sən xeyir üzərindəsən.(Əhməd ibn Həmbəl Müsnəd c1,s330)
Əhli sünnə məhzəbinin banilərindən biri Şafei yazır.Ey Peyğəmbərin əhlibeyti!Sizi sevməyi Allah vaciv edib ayə endirmişdir.Qədir qiymətiniz böyük olmasına bu kifayətdir ki hər kəs sizə salavat göndərməsə onun namazı yoxdur.(İbn Həcər Əl Heytəmi Əs Səvaiqul Muhriqə s228)
Təfsir Nuri Səqəleyn c4,səh 572-də buyurulur.Hz Peyğəmbər (s) buyurur.Allah Peyğəmbərlərimüxtəlif ağaclardan yaratdı,mənimlə Əlini bir ağacdan,mən ağacın kökü,Əli gövdəsidir,Fatimə çiçəkləri,Həsən və Hüseyn meyvələri,tərəfdarlarımız isə budaqlarıdır.Hər kəs o ağacın budaqlarından möhkəm yapışsa nicat tapacaq.Hər kəs ondan üz çevirsə məhv olacaq.Əgər bir bəndə Səfa ilə Mərva arasında iki min il ibadət etsə,lakin biz əhlibeytə məhəbbət göstərməsəAllahonu cəhənnəmdə saxlayacaq.
İmam Huseyn (ə)-nın fəzilətinə işarə edən ayələrdən biri də Ali İmran surəsinin 103-cü ayəsidir.Hamınız bir yerdə Allahın ipindən möhkəm yapışın.Bir birinizdən ayrılmayın.İmam Sadiq (ə) buyurur.Biz Allahın ipiyik ki, bizim haqqımızda hamınız Allahın ipindən möhkəm yapışın,bir birinizdən ayrılmayın demişdir. Bu ayə və hədislərdən məlum olur ki, İmam Huseyn (ə) və Əhli Beytin məqamı Allah yanında ən ali məqamdır.
Allah bizləri həm bu dünyada,həm də axirətdə Əhlibeytdən ayrı salmasın.Amin
Hacı İlham.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |