» » Novruz cahili adətdir deyənlərə Quran və sünnədən cavab


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6736

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6720

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Nisan 2025    »
    PtSaÇaPrCuCtPz
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Novruz cahili adətdir deyənlərə Quran və sünnədən cavab
    0
    Müəllif: Admin | 20-03-2018, 11:00 | Baxılıb: 1 534
    Novruz cahili adətdir deyənlərə Quran və sünnədən cavab.

    İslam dini kamil bir dindir. Bu dinin kamilliyini müxtəlif aspektdən yanaşaraq izah etmək olar. Bu mövzumuzda biz dinimizin insanların, xalqların mədəniyyətlərinə olan hörmətindən, onu assimlasiyaya məruz qoymamasından danışacağıq. İslam tarixinin şanlı səhifələrinə baxdıqda görürük ki, dinimiz yayıldığı coğrafiyalarda bir xalqın mədəniyyətində İslamın təməl prinsipləri ilə ziddiyyət təşkil edən bir nüans yoxdursa İslam ona toxunmamışdır. Peyğəmbərin (s) etdiyi hər bir əməl ümmət üçün bir nümünədir. Dediyimiz sözlərin dəlili Qurandır. İslam dini haram aylara ehtiram və hörmət əlaməti olaraq, o ayda döyüşməyi qadağan edir.Bir halda ki, o adəti İslam gəldikdə var idi və İslam bunu qadağan etmədi və hətta Allah da ayə nazil edərək bu işi təsdiqlədi.

    “Beləliklə, elə ki, haram aylar (verilmiş möhlət və döyüşməyin haram olduğu dörd ay) sona çatdı, müşrikləri harada görsəniz (istər Hərəmin daxilində olsunlar, istərsə də xaricində, haram aylarda olsun və ya başqa aylarda) öldürün...” (Tövbə 5)

    İslamın həcc ayinlərindəki məsələni aradan aparmır daha da təkid edir ki, əməl edin:
    “Ey iman gətirənlər, Allahın (həcc və ümrə əməlləri və o ibadətlərin məkanları kimi tövhid və pərəstiş) nişanələrinə, haram aylara (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm aylarına), nişansız qurbanlığa və boynunda boyunluq olan qurbanlığa və Rəblərindən lütf və razılıq diləyən Beytul-Həram zəvvarlarına hörmətsizlik etməyin...” (Maidə 2)

    Allah Rəsulu (s) buyurmuşdur: “Hər kim yaxşı bir dəb (sünnə) yaratsa, həmin sünnənin savabı və ona əməl edənlərin savabı onun üçün yazılar. Hər kim pis bir dəb (sünnə) yaratsa, həmin sünnənin vəbalı (günahı) və ona əməl edənlərin vəbalı onun üçün yazılar” (Lisan əl-ərəb, 8-ci cild, səh. 6; Kənzul-ummal, c 15, səh. 78)

    Camaatın yaxşı adətlərinin dəyişdirlməməsi Hz Əlinin (ə) sözlərində.

    Hz Əli (ə) Malik Əştərə buyurdu: “Bu ümmətin başçı və böyüklərinin əməl etdikləri, (camaat arasında) ülfət və ünsiyyət yaranmasına səbəb olmuş və rəiyyəti (onun işlərini) sahmana salmış gözəl adət və qaydanı (məsləki) pozma. Keçmiş adətlərdən nəyəsə ziyan vuran ənənə və üsulları icra etmə. Çünki, (əgər belə etsən bil ki, xeyir əldə etməyəcəksən) savab və mükafat həmin (gözəl) adət və qaydaları kökünü qoyanın, günah isə həmin adətləri pozduğun üçün sənin olacaqdır.” (Nəhcul-Bəlağə, səh. 631)

    Hz Əli (ə): “Xasiyyət və əxlaq cəhətindən xalqa yaxınlaşmaq (yaşayış tərzində onlar kimi olmaq) onların kinlərindən amanda olmaqdır (amanda olmağa səbəb olar. Çünki, kim dinə zidd olmayan işlərdə xalqla uyuşsa, onlar kimi olsa onu sevərlər və qəlblərində ona qarşı kin saxlamazlar).” (Nəhcul-Bəlağə, səh. 842)

    Hz Əli (ə): “İnsanlarla elə qaynayıb-qarışın və rəftar edin ki, əgər həmin halda ölsəniz (onlardan ayrıldığınız üçün) sizə ağlasınlar və əgər sağ qalsanız sizinlə ünsiyyətdə olmağa can atsınlar.” (Nəhcul-Bəlağə, səh. 693)

    Bundan əlavə İslamdan öncə (cahili) olmuş bir sıra adətlər vardır ki, İslam onları təsdiq etmişdir. Nümünə üçün deyə bilərik ki;
    1.100 dəvənin diyə (qanbahası) olaraq verilməsi. (Tarixul-qövmül-Məkkə və beytullahul-Kərim, c 1, səh. 112)
    2. Heyzli qadınların Kəbənin təvafı, o kimi müqəddəs məkanlara daxil olması İslamdan öncə də qadağan idi, İslamda bunu təsdiq etdi. (Müslim; hədis: 1218; Buxari, Həcc, 81; Müslim, Həcc, 120; Əhməd b. Hənbəl, 6/39, 219, 273; Tirmizi, Həcc, 98; Əbu Davud, Mənasik, 9; Əhməd b. Hənbəl, 1/364; Dairətul-Məariful-İslamiyyə, c 8, səh. 165)
    3. Hilful-Fuzul (əlahiddə and ya əhd peyman) müqaviləsində peyğəmbərin iştirakı və o günləri arzulaması: Tarixdə baş vermiş məşhur hadisədir ki, siyər və tarix kitablarına müraciət edə bilərsiz. (Xülasəsi budur ki, Məkkədən bir qrup şəxsin məzlumların haqqını müdaifə etməsi yolunda atdığı addım idi.) Allah Rəsulu (s) peyğəmbərliyə yetişdikdən sonrа buyurdu: “Cаhiliyyət dövründə Аbdullаh ibni Cədаnın evində bir müqаvilə məclisində iştirаk etdim. Əgər onun əvəzində mənə qızılı tüklü dəvələr versəydilər o qədər sevinməzdim. Əgər bizi yenidən belə bir məclisə dəvət etsələr biz orаdа iştirаk etməyə hаzırıq.” (Tarixi Siyasi İslam, c 1, səh. 72)
    4. Şöhrət libaslarının bəyənilməməsi: Məlumdur ki, hər cəmiyyətdə bəziləri öz geyim və həyat tərzləri ilə insanlardan seçilməyə səy göstərirlər. Bu əməl hər cəmiyyətdə məzəmmət olunaraq qınanılmışdır. İslam gəldikdən sonra da bu işi bəyəndi. Təkəbbürlük və öz zinət yaxud bahalı geyimlərini insanların gözünə çəkməyi qadağan etdi. (İsra 37)
    İslamda bir sıra nəfəqələrin miqdarı (Cəvahirul-Kəlam c 16, səh. 59), həcc mərasimində iştirakın maddi və fiziki baxımdan birgəliyi qoruması (Nəzəriyyətul-Urf, səh. 96), zəkatda bir sıra işlər (Şərhe Lümə c 1, səh. 308) də yenə İslamdan öncəyə qayıdır. Bəli, dinimiz həmişə yaxşı adətləri qəbul etmiş hətta o yaxşı adətləri İslamın hökmü olaraq qərar vermişdir. Novruz mövzusunda “Novruz başqa xalqın, yaxud cahili adətdir” deyib öz nəfslərinə görə fətva verənlər Quran, sünnə və fiqh kitablarında yer alan (İslamdan öncəki adətlərə) nə deyəcək? Sizin məntiq və düşüncənizə görə İslam da səhv yol tutaraq bu işi görüb? Bu dediklərimizə elmi cavab verin. 
    Peyğəmbərin həyatını mütaliə etdikdə həm də görürük ki, o həzrət xurafat və dinə zidd olan işlərlə də əməli şəkildə mübarizə aparmışdır. Bir neçə nümünə də qeyd edək;
    1. Hələ İslamı qəbul etməmiş məsihi olan Ədiy bin Hatəmə peyğəmbər (s) buyurdu: “Boynundan o xaçı çıxart, kənara qoy.”
    2. Hz Həlimə, Allah Rəsulu (s) hələ uşaq ikən onun əlinə bir ip (onu qoruması üçün) bağlamaq istədikdə peyğəmbər etiraz edərək, bütpərəstlərin istifadə etdiyi o əmələ mane olmuşdur.
    3. İslam şəriətinə zidd olan məsələnin əksinə getməsi; Məsələn: Zeynəblə evlənməsi. Camaat elə bilirdi ki, insanın oğulluğu da elə doğma oğul hökmündədir. Yəni, doğma oğul kimi atadan irs aparır və hətta oğul dediyinin xanımı boşandıqdan sonra ata hesab olunan şəxsin bir məhrəm kimi həmin xanımla evlənməyi qadağan idi. Allah Rəsulu (s) Zeyd Zeynəbi boşadıqdan sonar, ikinci cahil ənənəni aradan aparmaq üçün Zeynəblə evləndi. (Əhzab 37)
    Bu mövzulardan sonra gəlin Novruz mövzusuna da toxunaq. Əgər biz fərz etsək ki, əlimizdə Novruzla bağlı heç bir dəlil yoxdur. Yenə də gözəl bir adət baxımından baxımından bunu qeyd etməyin heç bir eyibi yoxdur. Yuxarıda qeyd etdiklərimiz buna dəlildir.

    Hər hansı bir bayramda naqislik, günah işlər və xurafatlar varsa, biz o bayramı bu işlərdən təmizləyib gözəl şəkildə qeyd edə bilərik. Novruzla bağlı hədis və rəvayətlər iki yönlüdür. Bəziləri o hədis və rəvayətləri qəbul edir, digərləri isə müxalif mövqedən çıxış edir. Novruza müxalif olaraq qeyd olunan hədislər çox azdır. Digər tərəfdən bu növ hədislər, hədis elmi baxımından da qəbul edilməzdir. Hətta bəzi hədislər təhrifə məruz qalmışdır. Bir qism hədislərin mətnində isə Qurana belə zidd olan məqamlar vardır. Bütün bunları mütaliə edib deyə bilərik ki, bu hədislər;
    1.Zəifdir.
    2. Novruza müxalif olan hədisləri nəql edən ravinin qəbul edilməz şəraiti vardır. (Məsələn ravinin yalançılığı ilə məşhur olması)
    3. Bir-birinə zidd hədislər. 
    4. Hədisin xəbəri vahid olması. 
    5. Hədisin tarixi hadisə ilə ziddiyyəti.
    6. Hədisi nəql edən ravinin, hadisə zamanı orada olmaması yaxud kiçik yaşlı uşaq olması.
    7. Hədisin təhrifi. (Əlavə və ixtisarlar)
    Şübhə: Bəziləri deyə bilər ki, axı Novruz sözü fars sözüdür, farslardan gəlib. Biz niyə bunu keçirək?
    Cavab: Əvvəla bunu deyək ki, bir sözün hansısa dildə olması, onun oradan gəlməsi və oraya mənsub olması demək deyildir. Novruzun tarixini İranla əlaqələndirənlər ya təəssüfkeşdirlər yaxud da tarixi mənbələrdən xəbərsizdirlər. Novruz ən azı üç, ən çoxu beş-yeddi min illik tarixə malikdir. Novruzun bu qədər qədim tarixi kökə malik olduğunu hər kəs çox gözəl bilir. Bu qədim tarixə malik olan bayramı bir ölkə ilə əlaqələndirənlər həqiqətən özlərini gülüş hədəfinə çevirirlər. 
    Mahir Şəkərov – İlahiyyatçı araşdırmaçı. 





     
     
    Bölmə: Mahir Şəkərov / İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.