Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Mahir Şəkərovun
Əkrəm Həsənovun vəhhabi şeyxinə aid olan Novruzla bağlı tərcümə etdiyi məqaləsinə cavab – “Sələfilər əhli sünnə deyil bəy”.
Novruzla bağlı 2013-də dərc edilən bir yazı diqqətimi çəkdi. Məqalənin əsl müəllifi Muhəmməd Saleh əl-Münəccid, türk-dilinə çevirən Muhammed Şahin, tədqiq edən Ümmü Nəbildir. Yazını dilimizə tərcüməsi isə Əkrəm Həsənova məxsusdur. O tərcümə ilə yanaşı öz fikirlərini də oxucular ilə bölüşmüşdür. Hər şəxsin fikrinə hörmətlə yanaşırıq. Lakin, yazıda bir sıra mətləblər İslam dininin əsas ana prinsiplərinin əleyhinə olduğundan, dinimizin müdafiəsi baxımından mövzuya cavab verməyi şəri vəzifə hesab etdik. Bu yazıdakı əksər fikirlərə biz Novruzla bağlı araşdırmalarımızda cavab vermişik. Biz yenə də müəllifə hörmət əlaməti olaraq elmi cəhətdən fikirlərinə cavab verək.
QEYD: Yazıdakı sual və xitablar əvvəla birbaşa yazının əsl müəllifinə daha sonra isə o yanlış iddiaları tərcümə edən ilahiyyatçıya məxsusdur.
Bu yazının əsl müəllifi sələfi-vəhhabi alimi şeyx Muhəmməd Saleh əl-Münəcciddir. Biz vəhhabiləri İslamdan bilmirik. Özlərini əhli sünnə kimi qələmə versələr belə, onların bu sözlərinin heç bir dəyəri yoxdur.Yazıya cavab verməkdə məqsəd, ilahiyyatçıların bu məsələdə daha da diqqətli olması üçündür.
Yazıda Novruz farsların bayramı kimi qələmə verilir. Bu bir ilahiyyatçı tərəfindən (əsl müəllifi və daha sonra eyni səhvi tərcümə edən tərcüməçi) olduqca ciddi bir səhvdir. Digər tərəfdən, siz bu bayramı farslaşdırmaqla nəyə nail olmaq istəyirsiniz? Axı gün kimi aydındır ki, Novruz bir xalqa və millətə məxsus deyil. Tarixə bu mövzuda müraciət etməklə məsələ sadə şəkildə həllini tapardı.
Siz Misirdə keçirilən Novruzu dəlil gətirirsiniz və qeyd edirsiniz və orada göstərilib ki, guya müsəlmanlar Novruz mövzusunda Misirliləri özünə nümunə götürmüşdür. Halbuki, sözünüzün əvvəlində Novruzu farslara nisbət vermişdiniz.
Yazıda həqiqətən təəssüfümə səbəb olan bir məqam oldu. O, əllərdə dolaşan və sənəd baxımından zəif, olan və hətta Qurana belə zidd olan hədisdir. O hədisdə deyilir ki, guya peyğəmbər Novruzu haram edib. Siz ilahiyyatçınız, siz bu kimi mövzularda daha çox həssas olmalı və hədisi araşdırmalı idiniz.
Novruzun bidət olduğunu qeyd edirsiniz. Bu bidət sözünü hansı yöndən istifadə etmisiniz? Əgər məqsədiniz yenilikdirsə bu yenilik deyil. Bu məntiqlə yola çıxsaq internetə yazı qoyamağınız belə bidətdir. Yox, əgər dinə olunan əlavə kimi qeyd etmisinizsə, sizə kim deyib ki, “Novruz dini bayramdır”, yaxud “İslam Novruzu gətirib”. Belə düşüncə və təfəkkür mövcud deyil.
Siz qeyd edirsiniz ki, bu adət İslamdan öncə var olduğundan, müşrik və cahillərə aid olduğundan bunu qeyd edə bilmərik. Halbuki, Quran sizin sözünüzü qəbul etmir və Quran bu dediyinizi öz mübarək ayələri ilə alt-üst edir. Quran hətta İslamdan öncə olan bir sıra adətləri şəriətə daxil edib və Allah da Quran ayəsi ilə onları təsdiq edib. Bəs buna sözünüz nədir?
Bunuda qeyd edək ki, bu aspektdən çıxış edərək başqa qövmə oxşamaq mövzusundakı hədisləri Novruza aid etmək yanlışdır. İslamdan öncə olan bir sıra əməlləri bu gün də İslam dünyası həyata keçirir. Həcc ayinləri və s. Amma heç kim onlara müşrik və cahil demir.
Bu yazıda bəzi məqamlara Mədinədə çap olan bir jurnaldan dəlil gətirilib. O, jurnalda dərc olan yazı kimindir niyə müəllifi qeyd olunmayıb? Hansısa dərgi və jurnalda qeyd olunan fikirlər müəllif olmadan, o müəllifin İslamda söz sahibi olub olmadığını bilmədikdən sonra niyə biz onun sözünü qəbul edək?
Yazıda olan bir neçə təqdirə layiq cümlə də vardı. Bunu deməmək insafsızlıq olar. Qeyd etmisiniz ki, bayramın qeyd edib etməməkdə heç kimə zor tətbiq etmə və məcbur etmək olmaz. Və xüsusi qadağa qoyulmasının əleyhinə olduğunuzu qeyd edibsiniz. Tamamilə razıyam.
Bəzi alimlərin fətvası var, amma mənbəsi yox. Peyğəmbərə (s) nisbət verilən hədis saxta çıxırsa, bu fətvalara necə mənbəsiz inanaq?
Mənbə və dəlil tələb etməyimiz Quranın bizə verdiyi haqdır. (“Bəqərə” surəsi, 111)
Abdullah ibn Əbdur-Rəhman ibn Cibrin adlı sələfi alimindən gətirdiyiniz fətvaları İslam ümməti necə və niyə qəbul etsin? Məlumdur ki, yazını tərcümə edibsiz və mümkündür ki siz özünüz yazmayıbsınız. Bunları anladıq. Amma tərcümə edərək onu təqdim etməyiniz başa düşülən deyil. Çünki, sələfi-vəhhabilər əhli sünnə vəl-cəmaətdən deyildir və etdikləri iş və əməllər İslama uyğun deyil. Bu haqda 200-dən çox əhli sünnə alimi bəyanat yayıb bəy. (Bax: http://www.islaminsesi.az/200-sunni-muftise-alimi-vtekfircilere-qarsi-beyanat-verdiler--52346.html)
Bu mövzuda sizinlə fikirlərimi bölüşməyi istədim. Xüsusən sizin yazınızda olan “Etirazlara və fikirlərinizə hər zaman qapım açıqdır.” cümləsindən güc alaraq bunu etdim. Allah yar və yardımcınız olsun. Salam olsun doğru yola tabe olan hər kəsə. (“Taha” surəsi, 47)
Mahir Şəkərov – ilahiyyatçı araşdırmaçı
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |