Kitab əhlinin Rafizilərdən üstün tutulması iddiası
O, yazır: "Yəhudi və xristianlar bir baxımdan rafizilərdən üstündürlər. Çünki Yəhudilər dedilər: "Sizin ümmətinizin ən yaxşısı kimdir?” Onlar cavab verdilər: "İsanın (ə) həvariləri (apostollar)”. Rafizilərdən isə "ümmətinizin ən pisi kimdir” - deyə soruşdurqa dedilər: "Məhəmmədin (s) həvariləri”. Onlar Təlhə və Zübeyri nəzərdə tuturdular. Onlara həvarilər üçün Allahdan əfv diləmək əmr olunmuşdu. Onlar isə həvarilərə nalayiq sözlər yağdırdılar.”Cavab: Birincisi, hansı şiə bütün həvari və səhabələrin ümmətin ən pisi olduğunu iddia etmişdir? Şiələr böyük səhabələrə hörmətlə yanaşır və onların İslamın yayılmasındakı zəhmətlərini yüksək qiymətləndirirlər. Bəli, onlar bütün səhabələri ədalətli hesab etmirlər. Çünki bəzi səhabələr böyük səhvlərə yol vermişlər. Biz bu haqda "Şiəşünaslıq və iradlara cavablar” kitabında geniş söhbət açmışıq.İkincisi, şiələrin Təlhə və Zübeyrlə bağlı iradlarına səbəb məlum iki səhabələnin əhdlərinə vəfa qılmamalarıdır. Onlar öz imamlarına etdikləri beyəti sındırıb müsəlmanların haqlı xəlifəsinə qarşı çıxdılar. Bu, inkar edilməsi mümkün olmayan tarixi faktır.Üçüncüsü, hər iki məzhəbin rəvayətlərinə əsasən ümmətin ən bədbəxt və şər adamı Əlinin (ə) qatili Əbd ər-Rəhman ibn Mülcəmdir.Hakim Nişapuri və digərləri özlərinə məxsus sənədlə İmam Əlinin (ə) belə buyurduğunu nəql edirlər: "Ən doğru danışan insan olan həzrət Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: "(Həzrət (s) əlini gicgahıma sürtərək buyurdu:) Tezliklə buraya zərbə endiriləcək. Qan axıb üzünün tükünü qızardacaq. Bu zərbəni vuran ümmətin ən bədbəxtidir”. Dordüncüsü, Əhli-sünnə mənsubları bəzi səhabələrə qarşı nalayiq sözlər işlədən və onları lənətləyənlərə qarşı olduqca sərt mövqedən çıxış edir, heç bir üzrlərini, hətta nəql etdikləri rəvayətləri belə qəbul etmir, heç bir dəyər vermirlər. Lakin öz düşmənlərinə gəldikdə isə onları olmazın söyüşlərlə yad edirlər.Əhli-sünnə rical alimlərindən Yəhya ibn Muin yazır: "Osmanı və ya Peyğəmbərin (s) səhabələrindən birini söyən kimsə dəccal, fasiq və məlundur. Onun (nəql etdiyi) hədislər yazılmır. Allahın, mələklərin və bütün ümmətin lənəti ona olsun!” Zəhəbi "Mizan əl-etidal” əsərində Yəhya ibn Muinin Təlid ibn Süleyman Əbu İdris Kufi haqqında nəql etdiklərini qeyd edərək yazır: "O, Osmanı söyən yalançıdır. Bir gün divarın üstündə oturub Osmanı söyürdü. Osmanın övladları və onu sevənlər Təlidə hücum çəkib divardan düşürdülər və hər iki ayağını sındırdılar”. Lakin bütün bunlarla yanaşı nasibiləri, gecə-gündüz Əlini (ə) lənətləyən Həriz ibn Osman Rəhəbini etibarlı hesab edir və onun rəvayətlərini nəql edirlər.İbn Hibban deyir: "Həriz hər sübh və axşam çağı Əlini (ə) yetmiş dəfə lənətləyirdi”.
Müsəlmanları kafirlikdə ittiham etməyin yasaq olması
O, sonda yazır: "Qılınclar qiyamətə qədər rafizilərə qarşı sıyrılmışdır”.Cavab: "Müsəlmanların bir hissəsi haqqında bu şəkildə danışmaq böyük Əhli-sünnə alimləri tərəfindən irəli sürülən iddialara ziddir. Çünki onlar qibləyə doğru namaz qılan müsəlmanları sırf günah etdikləri üçün kafirlikdə ittiham etməyi yolverilməz hesab edirlər”.Əbu əl-Həsən Əşəri yazır: "Bizim etiqadımız heç bir qiblə əhlini (qibləyə namaz qılanı) Allahın halalını haram etməyincə etdiyi zina, oğurluq, şərab içmək kimi günahlar ucbatından kafir adlandırmamaqdır. Əhməd ibn Hənbəl Əhli-sünnə etiqadını açıqlayarkən yazır: "Kufə əhalisinə kobud sözlər yağdırmaqdan əl çəkmək lazımdır. Heç kim onları günah etdiyi üçün kafirlikdə ittiham etməməli, İslamdan çıxmış adlandırmamalıdır”. İbn Teymiyyə yazır: "Əhli-sünnə dini, imanı söz və ona əməl etməkdə görməsinə baxmayaraq, heç bir qiblə əhlini sırf böyük günah etdiyi üçün kafirlikdə ittiham etmir. Bu baxımdan əhli-sünnənin etiqadı Xəvaricin etiqadı ilə fərqlənir. Günah edilsə belə iman qardaşlığı öz qüvvəsində qalır”
Kitabın adı: Haqqın izi ilə
Müəllif: Əli Əsğər Rizvani