» » Rəfz nədir və Rafizi kimdir?


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 1

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2024    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Rəfz nədir və Rafizi kimdir?
    +5
    Müəllif: Ewqi_Kerbela | 3-12-2014, 10:00 | Baxılıb: 4 629
     

    Rəfz nədir və Rafizi kimdir?

    Tədqiqə ehtiyacı olan terminlərdən biri də "rəfz” və "rafizi” sözləridir. Tarix boyu İslam firqələri öz müxaliflərini əzmək, sıradan çıxarmaq üçün müxtəlif adlardan istifadə etmişlər. Təəssüflər olsun ki, Əməvilər dönəmində kütlənin məlumatsızlığı, hakim dairənin siyasəti nəticəsində bu metod geniş yayılmışdır. "Rəfz” və "rafizi” sözləri də belə terminlərdəndir. Bir çox müəlliflər şiəliyi belə adlandırmışlar. 

    Rəfz sözünün leksik və terminoloji mənası

    Rəfz sözü ərəb dilində "tərk etmək” mənasını ifadə edir. Nəyisə tərk edənə rafizi deyilir. Tarix və kəlam alimləri arasında bu sözün bir termin kimi hansı mənaları ifadə etməsi haqqında fikir ayrılığı var: Bəzilərinə görə, "rəfz” sözü bir termin kimi vəhyi tərk edib mifologiyaya, fetişizmə (büt-pərəstliyə) üz gətirmək mənasını ifadə edir. Başqa sözlə desək, "rəfz” yenidən cahiliyyət dəyərlərini qəbul etməkdir. Bu sözü Abdullah ibn Səba adlı birinə aid edirlər. Guya o, Əli ibn Əbu Talibi peyğəmbər (s) hesab edir və bu ideya ilə İslam dinini tərk edirdi."Məqalat əl-islamiyyin” kitabında deyilir: "Onları rafizi adlandırdılar. Çünki dini tərk etdilər”. Bəzilərinə görə, "rəfz” və "rafizi” ifadələri h. q. 122-ci ildə Zeyd ibn Əli dönəmində işlənməyə başlamışdır. Bağdadi yazır: "Zeydiyyə məzhəbini rafizi adlandırırdılar”. Fəyyumi yazır: "Rafizilər bir qrup Kufə şiələridirlər. Onları belə adlandırırdılar. Çünki onlar Zeyd ibn Əlini səhabələrə nalayiq sözlər demədikdə tərk etdilər. Lakin o, Əbu Bəkr və Ömərə qarşı çıxmadı. Sonralar bu termin məlum məzhəbdə ifrat edərək səhabələrə lənət oxuyanlar haqqında işlədilməyə başladı”. Bu versiya doğru deyil. Çünki tarixçilər Zeyd ibn Əli hərəkatı haqqında yazarkən bu məsələyə toxunmamışlar. Onlar yalnız kufəlilərin onu tək qoyduqlarını, beyətə vəfa qılmadıqlarını qeyd etmişlər. Kufəlilər bundan öncə də vəfasızlıqla məşhur olmuşlar. Çünki onun babası Hüseyni (ə) də tək qoymuşdular. "Rafizi” sözü kİmlər haqqında İşlənmİşdİr? Rical və tarix alimləri "rafizi” sözünü fərqli mənalarda işlətmişlər. İki şeyxin (Əbu Bəkr və Ömərin) müxalifləri; Zaman keçdikcə bu termin Əbu Bəkr və Ömərə qarşı olduqlarına görə İmamiyyə şiələrinə aid olunmağa başladı. Əbu əl-Həsən Əşəri yazır: "İmamiyyəni "rafizi” adlandırdılar. Çünki onlar Əbu Bəkr və Öməri tərk etdilər”. Zəhəbi "Mizan əl-etidal” və İbn Həcər Əsqəlani "Təhzib ət-Təhzib” əsərində "rafizi” sözünün iki şeyxə (Əbu Bəkr və Ömərə) lənət oxuyanlara aid olduğunu qeyd edir. Əlinin (ə) daha fəzilətli olduğuna inananlar; "Rafizi” sözü Əlinin (ə) Əbu Bəkr və Ömərdən daha fəzilətli, üstün olduğu haqqında da işlədilmişdir. Əsqəlani yazır: "Şiəlik Əliyə (ə) məhəbbətdən, onu digər səhabələrdən üstün hesab etməkdən ibarətdir. Deməli, Əlini (ə) Əbu Bəkr və Ömərdən üstün hesab edənlər rafizi və ifratçı şiədirlər”. Əhli-beytə (ə) məhəbbət bəsləyənlər.Rafizi sözünün digər işlək mənası isə Əhli-beytə sevgisi olanlardır. Belə ki, Məhəmməd ibn İdris Şafeinin şeirlərində deyilir:ان کان رفضا حب ال محمد                  فلیشهدوا الثقلان انی رافضی"Əgər Məhəmmədin (s) Əhli-beytinə (ə) məhəbbət bəsləmək rafizi olmaqdırsa, o zaman insanlar və cinlər mənim rafizi olduğuma şahid olsunlar”.2 Bu termİnİn meydana gəlməsİTarixçilər bu terminin meydana gəlməsinin tarixi haqqında bir neçə versiya irəli sürmüşlər:1.  Bu adı Zeyd ibn Əli ibn Hüseyn (ə) öncə ona beyət edib, sonra beyətlərinə əməl etməyən, onu tək qoyan Kufə şiələrinə vermişdir. Onlar Zeydin Əbu Bəkr və Ömər haqqında müsbət fikirdə olduğunu öyrənib onu tərk etdilər və buna görə də rafizi adlandılar.3Bu versiya doğru deyil. Çünki tarixçilər Zeyd ibn Əli hərəkatı haqqında yazarkən bu məsələyə toxunmamışlar. Onlar yalnız kufəlilərin onu tək qoyduqlarını, beyətə vəfa qaılmadıqlarını qeyd etmişlər. Kufəlilər bundan öncə də vəfasızlıqla məşhur olmuşlar. Çünki onun babası Hüseyni (ə) də tək qoymuşdular. 2Rafizi termini hələ Zeyd ibn Əli dünyaya gəlməzdən öncə adi insanlar arasında geniş yayılmış siyasi termin olmuşdur. Siyasi hakimiyyətin dini legitimliyini qəbul etməyənlər rafizi adlandırılmışlar. Buna görə də Müaviyə öz müxaliflərini rafizi adlandırmışdır.Nəsr ibn Müzahim "Vəqəti-Siffeyn” kitabında Müaviyənin Fələstində yaşayan Əmr ibn Asa ünvanladığı məktubda Mərvan ibn Həkəm və onunla həmfikir olan silahdaşlarını rafizi adlandırdığını yazır. Buna səbəb isə onların Əlinin (ə) hakimiyyəti ilə razılaşmamaları idi. Bu rafizi sözünün Zeydin dünyaya gəlişindən öncə də siyasi termin kimi işləndiyini göstərir.2. Tarixi qaynaqlar göstərir ki, Bəni-Üməyyə dönəmində Əhli-beyt (ə) və şiələrinin düşmənləri bu termini hakimiyyətə qarşı olduqları  üçün onlara aid edir və rafiziliyi bağışlanmaz günah hesab edirdilər. Əbu Bəsir nəql edir: "İmam Sadiqə (ə) dedim: "Camaat bizi "rafizi” adlandırır”. Həzrət (ə) buyurdu: "Allaha and olsun, onlar sizi "rafizi” adlandırmırlar. Sizi "rafizi” adlandıran Allahdır. Həqiqətən, Bəni-İsrailin yetmiş nəfər ən yaxşısı həzrət Musaya (ə) iman gətirdilər. Buna görə də onları "rafizi” adlandırdılar. Ey Əbu Bəsir! Camaat xeyri tərk edib şərə qucaq açdı. Siz isə şəri tərk edib xeyrə qucaq açdız”.1 Rafİzİ sözünün əhlİ-sünnə qaynaqlarına yol tapmasıBəni-Üməyyə, Bəni-Abbas və digər yanlış düşüncəlilər daim şiələri, Əhli-beytin (ə) imamətinə etiqad bəsləyənləri rafizilikdə ittiham etmişlər. Lakin təəccüblü olsa da ittiham etmələri ilə yanaşı şiə rəvayətçilərindən hədis nəql etmişlər. Misal üçün, əhli-sünnə hədisşünasları altı səhih kitabın bir qrup rəvayətçilərini rafizilikdə ittiham etmələri ilə yanaşı onlardan hədis də nəql edirlər. Bu, onları ədalətli, etimadlı hesab etdiklərini göstərir. Nümunə üçün bir neçə rəvayətçinin adını çəkmək olar:1. İsmayıl ibn Musa Fəzari (h. q. 245); İbn Həcər yazır: "O, rafiziliyə aid edilmişdir”. Zəhəbi yazır: "O, Kufə şiələrindən hesab olunur. İbn Ədi yazır: "Şiəlikdə ifrata vardığı üçün tənqid edilmiş. Buna baxmayaraq, Əbu Davud və İbn Macə ondan rəvayət nəql etmiş. Bükeyr ibn Abdullah Tayi (Zəxm kimi tanınmışdır. İbn Həcər onun məqbul olduğunu vurğulamış və onu rafizilikdə ittiham etmişdir. Buna baxmayaraq, "Səhihi-Müslim” və "Sünəni-Macə” kitablarında onun rəvayətləri qeyd edilmişdir. Təlid ibn Süleyman Məharibi (h. q. 190); Əbu Davud onu rafizi və Əbu Bəkri, Öməri söyən pis biri olaraq təqdim etmişdir. Lakin buna baxmayaraq, Tirmizi "Sünən” əsərində ondan rəvayət nəql etmişdir. Əccəli onun (nəql baxımından) qorxulu olmadığını qeyd etmişdir. Süveyr ibn Əbu Faxitə;Əccəli onun (nəql baxımından) qorxulu olmadığını qeyd etmişdir. Yunus ibn İshaqdan "Nə üçün Süveyrdən hədis nəql etmirsən?” - deyə soruşduqda dedi: "Süveyr rafizidir”. Lakin buna baxmayaraq, Tirmizi ondan hədis nəql edir. Cabir ibn Yəzid Cöfi (h. q. 128);Süfyan yazır: "Mən hədis nəql etməkdə Cabir Cöfi qədər təqvalı insan görmədim”. Zəhəbi onu böyük şiə alimlərindən hesab etmiş, İbn Həcər isə rafizi adlandırmışdır. Buna baxmayaraq, onun hədisləri "Sünəni-Əbu Davud”, "Sünəni-İbn Macə” və "Sünəni-Tirmizi”də nəql edilmişdir. Cümey ibn Ümeyr;İbn Hatəm onu düzdanışan və hədiz nəqlinə səlahiyyəti olan rəvayətçi hesab etmişdir. İbn Həyyan onu rafizi adlandırmışdır. Buna baxmayaraq, onun hədisləri "Sünəni-Əbu Davud”, "Sünəni-Nəsai”, "Sünəni-İbn Macə” və "Sünəni-Tirmizi”də nəql edilmişdir.. Haris ibn Abdullah Həmdani (h. q. 65);Zəhəbi onun haqqında yazır: "Əllamə İmam Züheyr Haris ibn Abdullah ibn Kəb ibn Əsəd Həmdani Kufi Əlinin (ə) səhabələrindən olmuşdur. O, böyük biliyə malik fəqih idi. İslamın erkən çağlarında şiə alimlərindən sayılırdı”. İbn Hibban onu şiəlikdə qülüv edənlər sırasına daxil etmişdir. İbn Həcər yazır: "Onun şiə olduğu göstərilmişdir”. Buna baxmayaraq, onun hədisləri "Sünəni-Əbu Davud”, "Sünəni-Tirmizi”, "Sünəni-İbn Macə” və "Sünəni-Nəsai” də nəql edilmişdir.8. Həmran ibn Əyun;İbn Hibban onu siqə rəvayətçilər sırasına daxil etmişdir. İbn Həcər isə onu rafizi adlandırmışdır. Buna baxmayaraq, "Sünəni-İbn Macə”də ondan hədislər nəql olunmuşdur. Ziyad ibn Münzir (h. q. 50);İbn Hibban onu etibarlı rəvayətçilər sırasına daxil etmişdir.  İbn Ədi onu Kufə qalilərindən biri kimi qələmə vermişdir. İbn Həcər isə onun rafizi olduğunu qeyd etmişd. Buna baxmayaraq, Tirmizi ondan rəvayət nəql etmişdir. 10. Səd ibn Tərif Kufi; Əbd ər-Rəhman ibn Həkəm ibn Bəşir ibn Salman onu şiəlikdə qülüv edən, Fəllas şiəlikdə ifrata varan, Əmr ibn Əli şiəliyə aludə olmuş və İbn Həcər rafizi hesab etmişdir. Buna baxmayaraq, "Sünəni-Tirmizi” və "Sünəni-İbn Macə”də onun nəql etdiyi hədislər qeyd edilmişdir.11. Süleyman ibn Qerm Nəhvi;Əhməd ibn Hənbəl onu etibarlı hesab etmişdir. Lakin İbn Hibban onun qülüv edən rafizi olduğunu bildirmişdir. Buna baxmayaraq, onun rəvayətləri "Səhihi-Buxari”, "Səhihi-Müslim” "Sünəni-Əbu Davud” "Sünəni-Tirmizi”də yer almışdır.12. Übbad ibn Yəqub Əsədi Kufi (h. q. 250);Əbu Hatəm onu etibarlı, Darqutni, İbn Həcər və Zəhəbi isə onu düz danışan hesab etmişlər. Buna baxmayaraq, İbn Həcər onu rafizi, Zəhəbi isə qülüv edən şiə, bidətlərin başında duran hesab etmişdir.Onun rəvayətləri "Səhihi-Buxari, "Sünəni-Tirmizi” və "Sünəni İbn Macə”də yer almışdır.13. Abdullah ibn əl-Qüddus Razı;İbn Həcər onun düz danışan olduğunu bildirmişdir. Buna baxmayaraq, Əbu Übeyd və ibn Həcər onu rafizlikdə ittiham etmişlər. Zəhəbi onun kufəli rafizi olduğunu bildirmişdir Onun rəvayətləri "Səhihi-Buxari” və "Səhihi-Tirmizi”də öz əksini tapmışdır.14. Abdullah ibn Saleh Hərəvi (h. q. 233);Yəhya ibn Muin onun etibarlı və düz danışan olduğunu bildirmişdir. Buna baxmayaraq, Darqutni onu xəbis rafizi adlandırmışdır Onun rəvayətləri "Sünəni-İbn Macə”də nəql olunmuşdur. 15. Əbd əl-Məlik ibn Əyun Kufi;Əbu Hatəm onu düz danışan və hədisləri yazılan biri olaraq təqdim etmişdir. İbn Hibban onu etibarlı rəvayətçilərdən biri hesab etmişdir. Əqili onu rafizi şiə adlandırmışdır. Buna baxmayaraq, onun rəvayətləri "Səhihi-Buxari”, "Səhihi-Müslim”, "Sünəni-Tirmizi” və "Sünəni-Nəsai”də nəql olunmuşdur.16. Abdullah ibn Musa (h. q. 120-213);İbn Səd onu etibarlı, çox hədis nəql edən kimi təqdim etmişdir. İbn Əsir onu səhih və Buxarinin hədis nəql etdiyi şeyxlərdən biri kimi təqdim etmişdir İbn Məndə Əhməd ibn Hənbəlin camaatı ona doğru çağırdığını nəql edir. Bir halda ki, o məşhur rafizi idi. Buna baxmayaraq, onun rəvayətləri "Səhihi-Buxari”, "Səhihi-Müslim”, "Sünəni-Əbu Davud”, "Sünəni-İbn Macə” və "Sünəni-Nəsai”də nəql olunmuşdur. 17. Osman ibn Əmir Bəcəli Kufi;İbn Ədi deyir: "O, səviyyəcə düşük etiqadlara malik idi və şiəlikdə ifrat edirdi. "Rəcət”ə inanırdı. Etimadlı şəxslər ondan hədis nəql etmişlər. Buna baxmayaraq, onun rəvayətləri "Sünəni-Əbu Davud”, "Sünəni-Tirmizi” və "Sünəni-İbn Macə”  nəql olunmuşdur.18. Əli ibn Zeydi Timi Bəsri (h. q. 129);Yəqub ibn Şeybə onunn etibarlı rəvayətçi olduğunu bildirmişdir. Yəzid ibn Zürəy onu rafizi kimi vəsf etmişdir. İbn Ədi onu şiəlikdə ifrat edən hesab etmişdir. Buna baxmayaraq, onun rəvayətləri "Səhihi-Müslim”, "Sünəni-Əbu Davud”, "Sünəni-Tirmizi” və "Sünəni-İbn Macə”də nəql olunmuşdur. 19. Əmmar ibn Züreyq Kufi (h. q. 195);Zəhəbi onun etimadlı olduğunu bildirmişdir. İbn Hibban onu etibarlı rəvayətçilər sırasında qeyd etmişdir. Süleymani onu rafizilərdən hesab edir. Buna baxmayaraq, onun rəvayətləri "Səhihi-Müslim”, "Sünəni-Əbu Davud”, "Sünəni-Nəsai”  və "Sünəni-İbn Macə”də nəql olunmuşdur. 20. Əmr ibn Sabit Bəkri (h. q. 172); İbn Həcər və Əbu Davud onu rafizilikdə ittiham etmişlər. Buna baxmayaraq, onun rəvayətləri "Sünəni-Tirmizi”  və "Sünəni-Əbu Davud”da nəql olunmuşdur.21. Əmr ibn Həmmad Qənnad (h. q. 22);Əbu Hatəm onu düz danışan, Məhəmməd ibn Abdullah Həzrəmi isə etibarlı hesab etmişdir. Acüri deyir: Əbu Davuddan Əmr ibn Həmmad ibn Təlhə haqqında soruşdum. Dedi: "O, rafizilərdəndir”. İbn Həcər onun rafizi olduğunu bildimişdir. Zəhəbi onu düz danışan rafizi adlandırmışdır. Buna baxmayaraq, onun rəvayətləri "Səhihi-Müslim”də, və "Sünəni-Əbu Davud”da nəql olunmuşdur. 22. Əmr ibn Abdullah ibn Übeyd Kufi (h. q. 127);Yəhya ibn Muin, Əhməd ibn Hənbəl, Əbu Hatəm və Əccəli onun etibarlı olduğunu bildirmişlər. O, otuz səkkiz nəfər Peyğəmbər (s) səhabəsindən hədis eşitmişdir. İbn Qüteybə və Şəhristani onu imamiyyə şiə şəxsiyyətlərindən hesab etmişlər. Buna baxmayaraq, onun rəvayətləri "Səhihi-Buxari”, "Səhihi-Müslim”, "Sünəni-Əbu Davud”, "Sünəni-Nəsai”,  "Sünəni-Tirmizi” və "Sünəni-İbn Macə”də nəql olunmuşdur.23. Qalib ibn Hüzel Kufi;Zəhəbi onu düz danışan kimi təqdim etmişdir. Buna baxmayaraq, İbn Həcər və digərləri onu rafizilikdə ittiham etmişlər və "Sünəni-Nəsai”də onun rəvayətləri nəql olunmuşdur. 24. Məhəmməd ibn Raşid Xuzai (h. q. 160);Nəsai onu etibarlı, Əbu Hatəm isə düz danışan və "həsən” hədislər nəql edən rəvayətçi hesab etmişdir. Buxari Əbd ər-Rəzzaqın belə dediyini nəql etmişdir. "Hədis nəql etməkdə ondan daha təqvalısını görmədim”. Məhəmməd ibn Raşid onu rafizi kimi təqdim etmişdir. Buna baxmayaraq, onun rəvayətləri "Sünəni-Əbu Davud”, "Sünəni-İbn Macə”,  "Sünəni-Nəsai” və "Sünəni-Tirmizi”də nəql olunmuşdur. 25. Musa ibn Qeys;İbn Həcər onu düz danışan, Yəhya ibn Muin isə etimadlı hesab etmişdir. Əqili onun rafizilikdə qülüv edən olduğunu bildirmişdir. Buna baxmayaraq, Əbu Davud "Sünən” əsərində ondan hədis nəql etmişdi. 26. Mina ibn Əbu Mina Qurəşi;İbn Hibban onu etibarlı rəvayətçilərdən hesab etmişdir. Buna baxmayaraq, İbn Həcər demişdir: "O, rafizilikdə ittiham olunmuşdur”. Tirmizi "Səhih” əsərində ondan rəvayət nəql etmişdir. 27. Nasih ibn Abdullah Kufi; 28. Nəfi ibn Haris Kufi;İbn Hibban onu etibarlı rəvayətçilərdən hesab etmişdir. İbn Ədi isə onu Kufə qülüv edənlərindən hesab etmişdir. Əqili onu ifratçı, qülüv edə rafizi hesab etmişdir Buna baxmayaraq, onun rəvayətləri "Sünəni-Tirmizi” və "Sünəni-İbn Macə”də nəql olunmuşdur. 29. Harun ibn Səd Əccəli;İbn Həcər onu düz danışan hesab etmişdir. Əqili onu ifratçı, qülüv edə rafizi hesab etmişdir. Buna baxmayaraq, onun hədisləri "Səhihi-Müslim”də yer alımışdır. 30. Haşim ibn Büreyd Kufi;İbn Muin, İbn Həcər və başqaları onun etibarlı olduğunu bildirmişlər. Zəhəbi onu rafizilyə aid etmişdir. İbn Ədi deyir: "Deyilənə görə, o şiəlikdə qülüv edirmiş”. Buna baxmayaraq, onun rəvayətləri "Sünəni-Əbu Davud” və "Sünəni-Nəsai”də nəql olunmuşdur. 31. Vəki ibn Cərrah; Zəhəbi onu elm dəryası adlandırmışdır. Əhməd ibn Hənbəl demişdir: "Mən Vəkidən daha hafiz, daha tutumlu adam görmədim”. İbn Səd onu etibarlı, əmin, alim, çox hədis nəql edən və höccət adlandırmışdır. Yəhya ibn Muin deyir: "Mən Mərvan ibn Müaviyənin yanında bir lövhə gördüm. Orada şeyxlərin (rəvayətçilərin) adları yazılmışdı. Misal üçün, filankəs rafizidir və s. və Vəki rafizidir”. Buna baxmayaraq, onun rəvayətləri "Səhihi-Buxari”, "Səhihi-Müslim”, "Sünəni-Əbu Davud”, "Sünəni-Tirmizi” və "Sünəni-İbn Macə”də nəql olunmuşdur. 32. Yusif ibn Həbbab Üsəyyidi;İbn Şahin onu etibarlı və düz danışan hesab etmişdir. İbn Həcər onu düz danışan hesab etmişdir. Əqili onu rafizilikdə ifrat və qülüv edən hesab etmişdir.İbn Həcər deyir: "Onu rafiziliyə aid etmişlər”. Zəhəbi onu açıq şəkildə rafizi hesab edir. Buna baxmayaraq, onun rəvayətləri "Sünəni-Nəsai”, "Sünəni-İbn Macə” və "Sünəni- Tirmizi”də nəql olunmuşdur.33. Əbu Həmzə Sümali (h. q. 150); İbn Həcər və Süleymani onu rafizi hesab etmişlər. Buna baxmayaraq, onun rəvayətləri "Sünəni- Tirmizi”də nəql olunmuşdur. 34. Əbu Abdullah Cədəli.Yəhya ibn Muin onu etibarlı hesab etmişdir. Zəhəbi onu şiə və xəlifələrə qarşı kinli hesab etmişdir. Lakin Əhməd onu etibarlı hesab etmiş və İbn Qüteybə qülüv edən rafizilər sırasında yer vermişdir. Buna baxmayaraq, onun rəvayətləri "Sünəni-Əbu Davud" və "Sünəni- Tirmizi”də nəql olunmuşdur.  "Rafİzİ”lİyİ məzəmMət edən hƏdİslərİN tənqİdİ Doktor Nasir ibn Abdullah ibn Əli əl-Qifari "Üsul məzhəb əş-şiə” kitabında yazır: "İbn Əbu Asim rafizilik haqqında dörd hədis nəql etmişdir. Lakin Nasir əd-Din Albani bu hədislərin sənəd silsiləsini incələyərkən onların zəif olduğunu etiraf etmişdir”. O, Təbəranidən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Ey Əli (ə), ümmətim arasında Əhli-beyt (ə) məhəbbəti ilə tanınan bir qövm yaşayacaq. Onların ləqəbi var. Onlar rafizi adlandırılacaqlar. Onları öldürün, onlar müşrikdirlər”.Sonra yazır: "Hədisin sənəd silsiləsində Həccac ibn Təmim olduğu üçün zəif hesab edilmişdir”. O, İbn Əbu Asimdən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Ey Əli (ə), sənə müjdə verirəm. Sən  və səhabələrin cənnətdə olacaqsınız. Bil ki, səni sevdiyini bildirən qövmlərdən biri İslamdan dönəcəkdir. Onlara rafizi deyiləcək. Onları gördükdə onlarla savaşın. Onlar müşrikdirlər”. Dedim: "Ey Allahın elçisi, onların nişanəsi nədir?” Buyurdu: "Onlar nə cümə, nə də camaat namazında iştirak edərlər. Onlar sələflərə tənə vurarlar” .Sonra yazır: "Şövkani bu hədisi qondarma hədislər sırasında qeyd etmişdir”. Doktor Qifari sözünə davam edərək yazır: "İbn Teymiyyə rafizi sözü keçən hədislərin yalan olduğunu anlamışdır. Çünki rafizi sözü hicri ikinci əsrə qədər işlənmirdi”. Beyhəqi də "əd-Dəlail” əsərində rafizilərin məzəmmət olunduğu hədisi İbn Abbasdan nəql etdikdən sonra yazır: "Bu məzmunda digər hədislər də mövcuddur. Lakin hamısı sənəd baxımından zəifdir”. Buna görə də Əqili bu hədisləri "əz-Züəfa” (zəiflər), İbn əl-Cövzi isə "əl-Mövzuat” (uydurma hədislər) qisminə daxil etmişdir. Şəbİnİn rəvayətlərİnİn tədqİqİİbn Teymiyyə öz kitablarında, xüsusilə "Minhac əs-sünnə” kitabında şiəliyə hücum etmiş, onları nalayiq xüsusiyyətlərlə ittiham etmişdir. O, şiəliyə qarşı ittihamlarında saxta hədislərə istinad etmişdir. Belə rəvayətlərdən biri Şəbinin şiəliyi yəhudilərlə müqayisə etdiyi rəvayətdir. O, yazır: "Əbu Həfz ibn Şahin "əl-Lütf fi əs-sünnə” kitabında Məhəmməd ibn Əbu əl-Qasim ibn Harundan, o, Əhməd ibn Vəlid Vasitidən, o, Cəfər ibn Nəsir Tusi Vasitidən, o, Əbd ər-Rəhman ibn Malik ibn Miğvəldən, o da atasından Şəbinin belə dediyini nəql edir: "Mən sizə azdırıcı meyllərdən uzaq olmağı tövsiyə edirəm. Bunların ən təhlükəsi rafizilərdir. Onlar İslamı öz rəğbətləri ilə qəbul etməmişlər. Onlar İslamı məhv etmək məqsədi ilə qəbul etmişlər”.Bu sözlərdən sonra rafizilərlə yəhudilər arasında oxşar cəhətləri qeyd etməyə çalışır. Lakin bunlar iftiradan başqa bir şey deyil. Onun qeyd etdiyi oxşarlıqlardan birini nəzərdən keçirək. O, yazır: "Yəhudilər Cəbraili alçaltmaq, onun qüsurlu olduğunu önə çəkmək niyyətində idilər. Onlar Cəbrailə düşmən münasibət bəsləyirlər. Rafizilər isə Cəbrailin vəhyi səhvən Məhəmmədə (s) gətirdiyini deyirlər”. Cavab: Birincisi, məlum hədis Şəbidən çoxsaylı sənədlərlə nəql edilmişdir. Sənəd silsiləsində Əbd ər-Rəhman ibn Malik ibn Miğvəl olduğu üçün zəif hesab edilir. İbn Teymiyyə özü də sonda bu məsələyə toxunur. Bundan başqa çoxlu sayda əhli-sünnə elm adamları, rical alimləri məlum hədisin zəif olduğunu qeyd etmişlər. Belə alimlərdən aşağıdakıları göstərmək olar: Əbu Bəkr Xəlllal "Kitab əs-sünnə” əsərində yazır: "Alimlər Əbd ər-Rəhman ibn Malik ibn Miğvəlin zəif olduğu haqda yekdil rəy irəli sürmüşlər”. Əbu Əli Saleh ibn Məhəmməd yazır: "Əbd ər-Rəhman ibn Malik ibn Miğvəl insanların ən yalançısıdır”. Yəhya ibn Muin yazır: "Mən onu görmüşəm. O, etibarlı şəxs deyil”. Yenə onun haqqında yazır: "O, çox yalançıdır”. Əhməd ibn Hənbəl yazır: "Biz onun hədislərini cırdıq”. Məhəmməd ibn Əmmar Mosuli yazır: "Əbd ər-Rəhman ibn Malik ibn Miğvəl olduqca yalançı və iftira yaxandır. Buna heç kimin şübhəsi yoxdur”. Əbu Davud Süleyman ibn Əşəs yazır: "O, hədis qondarmaqla məşğul idi”.Bundan başqa Əbu Zəkəriyyə, Əbu Zürə, Cüzcani, Darqutni, Buxari, İbn Hibban, Sədi, Nəsai və digər bir çox əhli-sünnə rical alimləri onun zəif olduğunu qeyd etmişlər. 1İkincisi, İbn Teymiyyə hədisin sonunda onun sənəd silsiləsində Əbd ər-Rəhman ibn Malik ibn Miğvəl olduğu üçün zəif hesab edildiyini bilmiş, lakin bu zəifliyi aradan qaldırmaq üçün yazmışdır: "Bu hədis Əbd ər-Rəhman ibn Malik ibn Miğvəldən müxtəlif vasitələrlə nəql olunmuşdur. Həmin vasitələrin biri digərini təsdiq edir”.Lakin bu yanlış fikirdir. Əbd ər-Rəhmanın zəiflik problemi həll olunası deyil. Çünki sözügedən vasitələrin hamısının sonu Əbd ər-Rəhmanla bitir. Bu problemin həlli üçün onun hədisi atasının vasitəsilə Şəbidən nəql etməsi sübut olunmalıdır. Bu isə İbn Teymiyyənin göstərdiyi yolla sübut oluna bilməz.Üçüncüsü, əgər hədisin doğru olduğunu qəbul etsək belə, Peyğəmbərdən (s) və heç bir səhabədən nəql edilmədiyinə görə mötəbər hesab edilə bilməz. Bu ittihamın rəvayətçisi yalnız Şəbidir. Şəbinin sözü haqqı tanımaq üçün meyar, dəlil ola bilməz. Bundan başqa məlum rəvayət şiəliyə qarşı əsassız ittihamdan başqa bir şey deyil.Dördüncüsü, hədisdə Şəbi şiəliyin ödərlərindən biri kimi göstərilir və hədisin rəvayətçisi ondan soruşur: "Rafizilərin öndərlərindən olduğuna baxmayaraq, onun əleyhinə nə dəlil göstərə bilərsən?” Halbuki Şəbi nəinki şiəliyin öndərlərindən, heç sıravi şiə belə olmamışdır. Bu, Şəbi haqqında ilkin məlumatı olan hər bir oxucuya bəllidir. Onun haqqında yazan heç bir tarixçi şiə olduğunu qeyd etməmişdir. O, qaynaqlarda Əbd əl-Məlik ibn Mərvanın Roma imperatoruna göndərdiyi qasid kimi göstərilmişdir. Hədİsİn məzmununda mövcud olan qüsurlarMəlum hədisin sənəd silsiləsində mövcud olan qüsurları araşdırdıqdan sonra onun məzmununun, şiələrlə yəhudilər arasındakı oxşarlıqlarına tənqidi baxış keçirəcəyik. Bİrİncİ bənzərlİyİn tənqİdİOnun iddiasına görə rafizilər İslam dinini öz rəğbətləri ilə qəbul etməmişlər. Onların İslamı qəbul etməkdə məqsədləri ona daxildən zərbə vurmaqdır. Buna görə də Əli (ə) onları yandırmış və ya digər şəhərlərə sürgün etmişdir. Bunlardan biri Abdullah ibn Səbadır. O, Yəmənin Səna bölgəsindən idi. Əli (ə) onu Sabata sürgün etdi.Cavab: Birincisi, əgər hədisdə məqsəd Abdullah ibn Səbanın tərəfdarlarıdırsa, onlar nə şiə, nə də rafizi olmuşlar. Əgər məqsəd on iki imamlı şiələrdirsə, Əli (ə) onları yandırmamış və ya sürgün etməmişdir. Çünki onlar İmam Əlinin (ə) həqiqi tərəfdarlarıdırlar.İkincisi, on iki imamlı rafizi şiələrin müsəlmanlara zərbə vurmaq məqsədi ilə İslamı qəbul etmələri iddiası yanlışdır. Şiəlik heç bir zaman belə bir məqsəd daşımamışdır. Əgər bu və ya digər məsələnin isbatı üçün sırf iddia yetərlidirsə, eyni iddianı biz də onlara qarşı səsləndirə bilərik. İkinci bəzərliyin tənqidi O, yazır: "Yəhudilər hakimiyyətə ləyaqəti yalnız Davud övladlarında gördülər. Eləcə də şiələr bu ləyaqəti yalnız Peyğəmbərin (s) övladlarında gördülər”. Cavab: Şübhəsiz ki, imamət və xilafət irsi deyil. Yəni irsi olaraq bir xəlifədən onun övladına ötürülmür. Lakin təəssüflər olsun ki, bəzi əhli-sünnə mənsubları şiə əqidəsini yetərincə bilmədiklərindən və ya şiəliyə qarşı bəslədikləri kin üzündən onları imamətin irsiyyət yolu ilə davam etməsinə etiqadlı olmaqda ittiham etmişlər. Guya onların imamətin yalnız Peyğəmbərin (s) övladlarına verilə biləcəyinə etiqad bəsləmələrinin kökündə də bu dayanır. Aşağıda sözügedən ittihama cavab vermək üçün belə bir sualı cavablandırmağa çalışacağıq. Şiələr imamətin irsiyyət yolu ilə davamını qəbul etmədikləri bir halda, nə üçün bu məqamın yalnız həzrət Peyğəmbərin (s) övladlarına aid olduğunu hesab edirlər? Kİtablardan İbarətləri  İbn Həzm yazır: "Müsəlmanlar xilafətin irsiyyət yolu ilə davam etmədiyini yekdilliklə qəbul edirlər”. Əbu əl-Qahir Bağdadi yazır: "Bəzi ravəndiyyə firqələri imamətin irsi olması qənaətindədirlər”. Əllamə Hilli "Şərhi-təcrid” əsərində yazır: "Abbasiyyə imamın təyin edilməsinin iki yolunu göstərir: dini dəlil (nəss) və irsiyyət”.  Əbd əl-Qahir Bağdadi yazır: "İmamiyyələrin əksəriyyəti imamətin irsiyyət yolu ilə davam etdiyi qənaətindədirlər”.  Əbu əl-Həsən Nədəvi yazır: "Təbii ki, Allahın və onun elçisinin hakimiyyət nəzəriyyəsi digər fatehlərin, cəngavərlərin, siyasi liderlərinin fikirləri ilə bir çox baxımdan fərqlənir... fateh, cəngavər və siyasi liderlərin məqsədi dünyaya hökm etmək, müəyyən dövlətlər yaratmaq, irsiyyətə əsaslanan idarəçilik sistemi tətbiq etməkdir. Bu, tarix boyu müşahidə olunan prosesdir”.O, sonda belə bir nəticə alır ki, şiə əqidəsinin imamət və xilafət nəzəriyyəsi Allahın və onun elçisinin hədəfləri ilə uyğun gəlmir. Onlar xilafətin irsi olduğu qənaətindədirlər.
     
    Kitabın adı: Haqqın izi ilə
    Müəllif: Əli Əsğər Rizvani

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 27 Aralık 2014 11:36 | Redaktor | Şərh yazdı
    OCAQ NEJAT AGADAN VEHABIYE MUKEMMEK CAVAB!
    BIR GUN HUSNIYYEDEN CUME NAMAZINDAN CIXARKEN, BIR NECE VEHABI OCAQ NEJAT AGANIN QARSISINI KESEREK SUAL VERMEK ISTEYENDE EHLI-BEYT (E) SEVENLER QOYMUR. AGA DEYIR; ICAZE VERIN SUALLARIN VERSINLER!
    -VEHABI;OCAQ NICAT, DE GORUM  SIE  ILE  iTLE  ARASINDA NE QEDER MESAFE VAR?
    -AGA DEYIR; 1 METR
    -VEHABI; AHA, TESDIQ ETDIZ HE RAFIZI! SEBEBI?
    -AGA BUYURDU; CUNKI SEN VE MENIM ARAMDAKI MESAFE 1 METRDIR!!!

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 3 Aralık 2014 12:32 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun bacim.Allah elminizi ve imaninizi daim etsin insAllah.Allah sizleri hifz etsin insAllah.
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.