Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Bir neçə irada cavab
Vilayət ayəsinin həzrət Əlinin(ə) imamətinə dəlalət etməsi haqda bir sıra iradlar söyləmişlər. Biz onları qısa şəkildə şərh edirik:
1. "O kəslər ki" (الَّذينَ) sözü cəm şəkildə işlənmişdir və bu sözlə həzrət Əlinin(ə.) nəzərdə tutulması mümkün deyildir. Çünki cəm şəklində olan sözün bir nəfərə aid olması ərəb dilinin qaydaları ilə uyğun deyil.
Cavab: Ərəb dilinin qaydaları ilə uyğun olmayan budur ki, cəm formasında olan söz bir nəfər üçün işlədilsin. Amma bu kimi ayələrdə məsələ tamamilə başqadır. Burada ümumi bir hökm cəm şəklində bəyan olunmuşdur ki, öz predmetlərinə aid olsun, ancaq gerçək aləmdə onun predmeti birdən artıq deyildir. Quranda ona bənzər hallar çox müşahidə olunur. Məsələn; ayəsində (Münafiqun ayə 8) söhbət yalnız Abdullah ibn Übeyydən getdiyi halda cümlə "o deyir" yox,"onlar deyirlər" şəklində bəyan edilmişdir.
2. Başqa bir irad budur ki, bu təfsirə görə fəqirə üzük vermək zəkat sayılmalıdır, halbuki bu əmələ zəkat deyilmir.
Cavab: Bu irad zəkat sözünün leksik mənası ilə terminoloji mənasını səhv salmaqdan irəli gəlir.
Zəkat sözünün leksik mənası ümumiyyətlə malını sərf etmək və sədəqə verməkdir. Ancaq fiqhdə bir termin kimi öz malının bir hissəsini xüsusi şərtlər daxilində xüsusi yerlərdə xərcləməyə deyilir. Beləliklə, vilayət ayəsində zəkat sözü leksik mənada işlənmişdir və üzük vermək özü də malını sərf etməyin bir növüdür.
3. Digər bir etiraz budur ki, namaz əsnasında üzük vermək həzrət Əlinin(ə.) mənəvi məqamına yaraşmır. Çünki həmişə namazda onun qəlbi Allahla idi, halbuki zəkat vermək diqqəti Allahdan başqa şeylərə yönəltmək deməkdir.
Cavab: Əvvəla ayənin nazil olma səbəbi ilə bağlı hədislər o qədər çoxdur ki, bu haqda heç bir şübhə yeri qalmır. İkincisi, diqqətin Allahdan yayınmasına səbəb olan mənəvi işlər yox, dünya işləridir. Üçüncüsü, haqqında danışılan ayə rükü halında zəkat verməyi pisləməmiş, əksinə, tərifləmişdir. Halbuki bu iş diqqətin Allahdan yayınması olsaydı, təriflənməzdi.
Kitabın adı: Kəlam elmi
Müəllifin adı: Dr. Məhəmməd Səidimehr
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |