Səy göstərməyən və qədir-qiyməti olmayan insanlar
Səy göstərməyən və qədir-qiyməti olmayan insanlar
Mərhum Mütəhhəri belə şəxslərin xüsusiyyətlərini bəyan etmək məqsədi ilə, nümunə olaraq sərvət əldə etmək sahəsini misal çəkir. Sərvət əldə etmək üçün insanların çalışqanlığı heç də bərabər deyildir. Bə᾽ziləri azacıq da olsa, sərvət toplamaq üçün sə᾽y etmirlər. Onları yalnız qarınlarının tox olması maraqlandırır. Bir qarın çörəkdən ötrü nökərçilik etməyə də hazırdırlar. Hətta bu yolda rüsvay olmağa da razı olurlar. Bu cür insanlar bə᾽zən sərvət toplamaq üçün iş dalınca gedən insanları təhqir edir, onlara rişxəndlə gülürlər. Görəsən bunlar dünya malından əl çəkmiş və yalnız mə᾽nəviyyatları ilə məşğul olan zahidlərdirmi? Əlbəttə belə deyildir. Dünyapərəst və həris insan, tənbəl şəxslərdən daha üstün və daha şəxsiyyətlidir. Heç bir çalışqanlığı olmayan insan məzəmmət olunmağa daha layiqdir. Həris və dünyapərəst insanı həqiqətən zahid olan bir şəxs məzəmmət edə bilər. Məsələn, Əli (ə) kimi çalışqan, sərvətli, amma eyni zamanda səxavətli və sərvəti başqalarına kömək etmək məqsədi ilə qazanan bir insan bu işi görə bilər.
Kitabın adı: İnsanı tanımaq
Müəllif: Ustad Şəhid Mürtəza Mütəhhəri
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.