![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||
Allahdan qeyrisinə olunan bütün pərəstiş və ibadətlər, nəfsə olunan pərəstiş sayılır
Bütün əxlaq müəllimləri bəşər övladını mal-dövlət hərisi olmaqdan çəkindirmişlər.
Həzrət Əli (ə) buyurur:
«Dünya bəşər üçün qərargah deyil, keçid məkanıdır».
Sonra buyurur:
«İnsanlar dünyada iki sinfə bölünürlər; bə᾽ziləri özlərini sataraq kölə olur və bə᾽ziləri isə özlərini alaraq azad edir və köçüb gedirlər».
Bəşər övladı dünya malı qarşısında iki cür olduğunu çox yaxşı dərk edir. İstəsə onun qarşısında kölə və əsir, istəsə də azad olur.
Dünya malı qarşısında kölə və qul olmaq nə deməkdir? Görəsən dünya malının insanları özünə qul etməyə gücü çatarmı? İnsan canlı, sərvət isə cansız və qeyri-üzvi bir maddədir. Cansız bir varlıq da, canlı varlığı özünə qul edə bilərmi? Cavab mənfidir. Bəs həqiqət nədir?
İnsan həqiqətdə dünya malının deyil, öz mə᾽nəvi xüsusiyyət və hərisliyinin quludur. O, öz iyrənc fikirlərinin qulu olmuşdur, əks təqdirdə pul heç vaxt insanı özünə qul edə bilməz. Ümumiyyətlə cansız varlıqların insanı məğlub edə biləcək güc-qüvvəsi yoxdur. İnsan bu məsələ üzərində dərindən fikirləşsə, öz-özünü qul etməsini yaxşı anlayar. O, görər ki, onda olan hərislik və ya şəhvət həqiqətdə öz vücudunda bəslədiyi tamah və qəzəb adlı qüvvələrdir ki, onu kölə etmişdir.
«Öz heyvani hisslərini özlərinə allah seçən şəhvət düşkünlü insanları gördünmü? Bunlardır öz heyvani hisslərinə qul olanlar».
Artıq burada bəşər övladı əsil həqiqəti anlayaraq görür ki, məzəmmət olunası şey, heç də dünya malı deyildir. Bə᾽zən insanlara xitab olaraq: «Səni özünə qul edəcək şeylərdən qorx» sözləri deyilirsə, əslində bu, «heyvani hisslərinin səni özünə qul edəcəyindən qorx» mə᾽nasındadır.
Kitabın adı: İnsanı tanımaq
Müəllif: Ustad Şəhid Mürtəza Mütəhhəri
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









